Bakının iki qəsəbəsində qorxulu epidemiyanın səbəbi - Quyu suyu?

Bakının iki qəsəbəsində qorxulu epidemiyanın səbəbi - Quyu suyu?Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit A virusu xəstəliyi yayılıb. Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, xəstəliyin yayılması ilə bağlı tədbirlər davam etdirilir:

"Aparılan profilaktik tədbirlərlə əlaqədar "Azərsu" ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçirilir. Profilaktik tədbir olaraq su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su anbarının ərazisində 1 ədəd xlor tərkibli reagent dozalayıcı nasos quraşdırılıb. Eyni zamanda "Azərsu" ASC-nin Suraxanı rayon Sukanal idarəsinin mütəxəssisləri rayon GEM-in əməkdaşları ilə birgə fərdi yaşayış evlərində yerləşən ehtiyat su çənlərinin yuyulub dezinfeksiya edilməsi ilə bağlı tədbirlər həyata keçirib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, yerli əhali buna kanalizasiya sularının içməli suya qarışmasının səbəb olduğunu deyir.

Məsələ ilə bağlı Sabunçu Rayon Xəstəxanasının mətbuat katibi Səkinə Yusibli Publika.az-a açıqlamasında bildirib ki, hazırda xəstəliyin hansı səbəbdən yarandığı araşdırılır: "Dəqiqliklə deyə bilmərik ki, xəstəlik sudan olub, ya hava-damcı yolu ilə keçib. İlk müraciətlər 11-12 yanvar tarixlərində olub. Hələ də davam edir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin Yoluxucu Xəstəliklər Şöbəsində hazırda hepatit (sarılıq) səbəbi ilə stasionar müalicə alan 14 nəfərin hər birinin yaşayış ünvanı Suraxanı rayonudur və əsasən Bülbülə və Əmircan qəsəbəsi sakinləridir. Onların doqquzu qadın, beşi isə kişidir. Vəziyyətləri stabil olaraq dəyərləndirilir".

Sakinlər isə "Sputnik Azərbaycan"a bildiriblər ki, yoluxanların çoxu Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasındadır. Xəstəxanadan isə bildirilib ki, Bakı kəndlərindən sarılığa yoluxma ilə bağlı bir müddət əvvəl müraciətlər çox olsa da, hazırda qismən səngimə var. Xəstəxanadan yoluxanların çoxunun "qaraçılar" kimi tanınan köçəri tayfa nümayəndələri olduğu, sarılığa yoluxan uşaqlar arasında sığınacaqlarda məskunlaşan uşaqların da olduğu qeyd olunub.

Bülbülə Qəsəbə Bələdiyyə sədri Natiq Həsənov bildirib ki, qəsəbədə uşaqlar arasında sarılıq xəstəliyi qeydə alındıqdan sonra ərazidəki yeraltı və yerüstü su çənləri boşaldılaraq dezinfeksiya olunub.

"Ərazidə yaşayan insanlara da xəbərdarlıq edilib ki, çiy su içməsinlər. Analizlər götürülərək yoxlanılması üçün göndərilib. Ehtimal olunur ki, yoluxma heç sudan yox, məktəbdə ayaqyolundan yayılıb", - deyə bələdiyyə sədri bildirib.
Ətraflı

Həkim-infeksionist Vasif Əliyev mövzu ilə bağlı "Yeni Müsavat"a açıqlamasında bildirib ki, el arasında "sarılıq xəstəliyi" kimi tanınan Hepatit A virusu daha çox antisanitariya səbəbi ilə yayılır: "Bu xəstəlik zamanı əsasən yüksək hərarət, gözdə və bədəndə sarılıq, sidiyin rəngində tündləşmə, halsızlıq, ağrı, ürək bulantısı şikayətləri olur. Xəstəlik daha çox fekal-oral yolla yoluxur.

Bu virus əsasən çirkab, mənbəyi, mənşəyi bilinməyən sulardan, natəmiz yerlərdən, eyni zamanda gigiyena qaydalarına əməl edilmədiyində və yaxşı təmizlənməmiş qida məhsullarının tükədildiyi zaman yoluxa bilir.

Qeyd edim ki, bu xəstəliyə qarşı hansısa xüsusi bir müalicə yoxdur. Sadəcə, xəstə dəstəkləyici müalicə ilə sağalır. Bu xəstəlik xroniki formaya keçmir. Yəni hepatitə yoluxan bir adam təcili şəraitdə xəstəxanaya yatırılaraq müalicə edilir və tam sağalır. Sadəcə, fulminan dediyimiz ildırım sürətli hepatitə də yoluxma ola bilər ki, insanda hətta qaraciyər transplantasiyasına qədər yol aça bilər".

Vasif Əliyev qeyd edib ki, Hepatit A virusundan qorunmağın ən doğru yolu gigiyena qaydalarına əməl olunmasıdır: "Hepatitdən natəmiz yerlərdən uzaq durmaq, eyni zamanda kirli sulardan və ya çirkli meyvə-tərəvəz və digər qida məhsullarından istifadə etməməklə qorunmaq olar. Həmçinin hepatitə qarşı peyvənd vurduraraq da profilaktik olaraq bu xəstəlikdən qorunmaq mümkündür".

Həkim-infeksionist qeyd edib ki, Əmircan və Bülbülə qəsəbələrində epidemioloji vəziyyət nəzarətə götürülməli, bu virusa yoluxanların ortaq ünvanı araşdırılmalıdır: "Çox güman ki, həmin şəxslər qonşudur və yaxud bir yerdə çalışır. Onların ortaq qida və yaxud sudan istifadə edib-etmədikləri araşdırılmalıdır. İlk növbədə mənbə tapılmalıdır".

Məlum olduğu kimi, Bakının kəndlərində ən ciddi problem sudur. Hepatit A virusunun da sudan yarandığı deyilir. Əmircan və Bülbülə qəsəbələrinin sakinlərinin əksəriyyəti quyudan istifadə etmək məcburiyyətində qalır. Bəs bu qəsəbələrin nə qədər hissəsinə içməli su quyudan, nə qədəri isə mərkəzi mənbədən verilir?

"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı "Yeni Müsavat"a açıqlamasında bununla bağlı konkret statistikanın olmadığını, lakin Hepatit A virusunun yayıldığı ilk gündən adıçəkilən qəsəbələrdə tədbirlər görüldüyünü deyib: "Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və "Azərsu" ASC-nin əməkdaşları tərəfindən şəbəkədə, fərdi yaşayış evlərində yerləşən su çənlərindən nümunələr götürülüb, onların monitorinqi və təhlili aparılıb, tərkibi öyrənilib. Heç bir halda standartlardan kənarlaşma halları aşkar olunmayıb. Qeyd etmək istərdim ki, Hepatit A virusunun yayılmasının su ilə heç bir əlaqəsi yoxdur. Həmin ərazidə yaşayan vətəndaşların iddia etdiyi kimi, suyun çirklənməsi, kanalizasiya suyunun içməli suya qarışması halları baş verməyib. Onu da qeyd edim ki, həmin əraziləri içməli su ilə qidalandıran 54 Ramana su anbarı eyni zamanda Suraxanının digər və Sabunçunun böyük bir hissəsini içməli su ilə təmin edir. Həmçinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə profilaktik tədbirlər davam etdirilir".

Xatırladaq ki, ötən ilin noyabr ayında Mingəçevir və Yevlaxda uşaqlar arasında sarılıq xəstəliyi yayılmışdı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1487   Tarix: 19 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021