Sürücülük təlimi verən şəxs dərs zamanı "TikTok"da canlı yayım açıb: Qəza olsa, günahkar kimdir? - FOTO/VİDEO

Sürücülük təlimi verən şəxs dərs zamanı "TikTok"da canlı yayım açıb: Qəza olsa, günahkar kimdir? - FOTO/VİDEO"TikTok" platformasından istifadə edənlərin müxtəlif məkanlardan canlı yayımlara çıxmaları artıq normal qəbul olunur. Ancaq son günlər sürücülük kursu keçən bir xanımın dərs prosesində canlı yayıma qoşularaq rahat şəkildə söhbət aparması izləyicilərin canlı yayımların məkanı və məramı ilə bağlı fikirlərini haçalandırıb. Bir qismi bunu maraqlı hesab etsə də, başqa bir qismi təlimçinin bu hərəkətini tənqid edib, onun sürücülük dərsinə yazılan şəxsin fikrini yayındırdığını qeyd edib.

Bəs görəsən, bu nə dərəcədə doğrudur? Qeyd olunan vəziyyətdə qəza baş verərsə, məsuliyyəti kim daşıyacaq?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, bu kimi hallar qayda pozuntusu hesab olunmur:

Sürücülük təlimi verən şəxs dərs zamanı "TikTok"da canlı yayım açıb: Qəza olsa, günahkar kimdir? - FOTO/VİDEO"Qayda pozuntusunu müəyyən edən amillər var. Telefonu əldə tutaraq istifadə edən zaman cəza tətbiq olunur. Kimsə kənardan durub, canlı çəkirsə, digəri avtomobili idarə edirsə, bu, qayda pozuntusu deyil.

Düzdür, şəxsin fikri yayına bilər. Müəyyən qədər təhlükə yarana bilər. Çünki yeni sürücüdür. Ona qalsa, avtomobildə həm öndə, həm də arxada monitorlar var. Sürücü də, sərnişin də nəsə izləyə bilərlər. İstehsalçı bunu elə quraşdırıb ki, sürücüyə mane olmasın. Vətəndaşın bu cür hərəkəti qayda pozuntusu deyil.

Onu İnzibati Xətalar Məcəlləsində hər hansı maddə ilə məsuliyyətə cəlb etmək olmaz. Ancaq bu cür davranmasa, daha yaxşıdır. Çünki yeni öyrənən, sürücü olmaq istəyən şəxs kamera ilə çəkiliş zamanı xarici görünüşünün necə olacağını düşünərək fikri yoldan yayına bilər".

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə sürücü əlli manat məbləğində cərimə edilir.

Həmin görüntüləri təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1215   Tarix: 19 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021