"Bu ərazilər istisna olmaqla, digər evlər sənədləşdirilə bilər" - EKSPERT AÇIQLADI
Bakı və ətraf qəsəbələrdə sənədsiz evlərin sayı artmaqda davam edir. Sənədsiz tikililər məsələsini artıq paytaxt üçün ciddi sosial problemə çevrildib. Bəs sənədsiz evlərin taleyi necə olacaq?
Bununla bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sonxeber.az-a açıqlama verib. Çıxarışlı mənzillər ilə bağlı məsələ hələ ki, əvvəlki aktuallığında deyil. Hökumətin bununla bağlı prioriteti tam şəkildə məlum deyil:
"Bir müddət əvvəl 2019-cu ildə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya qəbul olundu. Həmin konsepsiya icrası istiqamətində müəyyən işlər təşəbbüslər oldu. Hətta neytralizasiya işlərinə başlanılmışdı. Sonradan onun icrası ilə bağlı proses dayandı. Bu gün artıq bu istiqamətdə hələ ki normativ hüquqi aktlara, daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna müəyyən dəyişikliklər edilməklə bu məsələlərin həlli istiqamətində addımlar atılırki, bu da prosesi tənzimləmək və bu problemi kökündən tam həll etmək imkaninda deyil. Nəticə ondan ibarətdir ki, müzakirələr hələ ki, lazım olan, istənilən nəticəni vermir".
Ekspertin sözlərinə görə, yəqinki qarşıdan gələn dövrlərdə, yaxın bir neçə ay ərzində bu istiqamətdə ciddi əhəmiyyətli dönüş yarada biləcək qərar qəbul olunacaq:
"Hər halda müəyyən informasiyalara əsaslanıb bunu demək olar. Bu problemin həllini konkret olaraq desək, ayrı-ayrı hüquqi aktlara və daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8-ci maddəsinə dəyişiklik etməklə həll etmək mümkün deyil. Bu mənada hökumətdə yəqinki problemdən çıxış yolunu bizim düşündüyümüz kimi bir qərarla həll etmək formasında görür. Bu mənada təbii ki, sürüşmə zonasında düşən və aktiv mədən ərazilərində, mühafizə zolaqlarında yerləşən tikililər istisna olmaqla, digər tikililərin sənədləşdirilməsi ilə bağlı qərar gözlənilir. Bu qərarın qəbulu çox vacibdir. Bu həm hökumətə lazımdır, həm də əhalinin bu istiqamətdə probleminin həlli üçün vətəndaşların buna ehtiyac vardır".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3775 Tarix: 19 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021