"Evin tək övladı hərbi xidmətdən azad olunmalıdır" - AÇIQLAMA
Dünya ölkələrində sağlamlıq, təhsil, sosial vəziyyət kimi müxtəlif səbəblər hərbi xidmətə mane olan şərtlər arasındadır. Belə halda hərbi xidməti təxirə salmaq və ya azad etmək mümkündür. Hərbi xidmətin təxirə salınmasında yaxud azad edilməsində şəxslərin ailə vəziyyətləri də rol oynaya bilər. Bu kateqoriyaya tək oğlan övladı olan ailələr də daxildir. Dünya təcrübəsində belə bir qayda var ki, ailəsində tək oğlan övladı olan və ailə üzvünə qulluq etmək vəzifəsi daşıyan kişilər hərbi xidmətdən azad edilə bilər. Bəs Azərbaycanda ailənin tək oğlu hərbi xidmətdən azad edilə bilərmi?
Bununla bağlı, hərbi ekspert Elxan Şıxəliyev Sonxeber.az-a bildirib ki, ailənin tək övladlarının əsgərliyə hərbi xidmətə cəlb olunmaması yaxud onların ödəniş qarşılığında hərbi xidmətdən azad edilməsi qanunvericilikdə öz əksini tapmalıdır:
"Azərbaycan Silahlı Qüvvələrində xidmət keçmək "Hərbi xidmət keçmək" haqqında əsasnamədə öz əksini tapıb. Ailənin tək övladlarının hərbi xidmətə cəlb olunmaması yaxud onların ödəniş qarşılığında hərbi xidmətdən azad edilməsi qanunvericilikdə öz əksini tapmalıdır. Bu gün üçün bizim qanunvericilikdə öz əksini tapmadığı üçün bu qayda da Azərbaycanda həyata keçirilmir. Digər bir məsələ bu qayda üzrə dəyişiklik həyata keçirilə bilərmi sualıdır. Bəli. Dəyişiklik həyata keçirilə bilər. Həqiqətən bizim səfərbərlik ehtiyatlarımız, resurslarımızın mövcudluğu, hesabatda, statistikada belə bir qanunun qəbul edilməsi üzərində ehtiyac olarsa, qanunvericilikdə təklif götürülməlidir".
Ekspertin sözlərinə görə, daha sonra Milli Məclis belə bir qanun qəbul edib, " Hərbi xidmət keçmək haqqında" əsasnaməyə dəyişiklik edilməlidir:
"Bunun ümumi praktikası var. Digər ölkələrdə ödənişli təcrübəçi hərbi xidmət qanunları üzərindən silahlı qüvvələrdə xidmət keçmənin müddətinin azaldılması, 1-6 aylıq ödənişə əsasən təyin edən ölkələr var. Bu gün bizdə nə qədər real olması güc strukturlarındakı tələbatların, hesabatlarında təsdiqlər götürüləndən sonra həyata keçirilə bilər. Ona görə də, digər ölkələrdə praktika varsa, bizim ölkədə tətbiq olunması məsələsi müzakirə mövzusu ola bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar