Bu telefon markası tezliklə yox olacaq – SƏBƏB
1 fevral 2024-cü ildə bu markanın smartfonlarının olduğu bölmə "Nokia" rəsmi saytından silinəcək .
Lent.az xəbər verir ki, hazırda "Nokia" brendi altında cihazları "Nokia"dan mobil telefon biznesini almış "HMD Global" şirkəti təqdim edir.
2026-cı ildən isə "HMD Global" artıq "Nokia" smartfonlarını satmayacaq.
Məlumata görə, "Nokia" saytında smartfonlar bölməsi artıq rəsmi olaraq bağlanıb. Ancaq siz hələ də "nokia.com/phones" saytına birbaşa keçidi vasitəsilə daxil ola bilərsiniz. "HMD Global"a görə, fevralın 1-dən etibarən bu bölmə "brend transformasiya planının" bir hissəsi kimi tamamilə silinəcək.
Niyə Nokia müasir bazarda yer tapa bilmədi?
Texnologiya dünyası bu gün sürətlə irəliləyir və dəyişən tendensiyalara və istehlakçı tələblərinə uyğunlaşa bilməyən şirkətlər tez bir zamanda özlərini rəqabətin arxasında tapa bilirlər. Bir vaxtlar dünyanın ən yaxşı mobil telefonlarının istehsalçısı sayılan "Nokia"nı indi demək olar ki, hamı unudub. Görünür, brendin smartfonların təkamülünə müqaviməti buna səbəb olub. Rəqiblər smartfonlar istehsal etməyə, getdikcə daha yeni funksiyalar təqdim etməyə başladıqları üçün "Nokia"nın bu inqilabı tam şəkildə qəbul etmək istəməməsi onun uğursuzluğunun əsas səbəblərindən biri idi.
Uzun müddət "Nokia" rəhbərliyi insanların toxunma ekranlı telefonları qəbul etməyəcəklərini və QWERTY klaviatura düzümündən istifadə etməyə davam edəcəklərini düşünürdü. Bu yanlış fikir brendin süqutunun başlanğıcı oldu.
Bazar tendensiyalarını çox gec dərk edən "Nokia", smartfonlarında tətbiq etdiyi "Symbian" əməliyyat sistemini təqdim etdi. İstifadəçilər, gözlənildiyi kimi, yeni əməliyyat sistemində iOS və Android kimi rəqib platformalar tərəfindən təklif olunan proqram dəstəyi və tərtibatçı ekosistemindən məhrum olduğu üçün bir sıra istifadə problemi ilə üzləşdilər. Sərt istifadəçi interfeysi və proqramların məhdud seçimi "Symbian"ın yuxarıda qeyd olunan əməliyyat sistemləri ilə effektiv rəqabət aparmasına mane oldu.
Bütün bunlar, uğursuz marketinq strategiyası, məhsul innovasiyasının olmaması, "Microsoft" ilə vaxtında və düzgün düşünülməmiş sövdələşmə və kifayət qədər tez uyğunlaşmaq və dəyişmək qabiliyyətinin olmaması ilə yanaşı, nəticədə "Nokia"nın bazardan birdəfəlik çıxma ehtimalına səbəb oldu.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2588 Tarix: 19 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla
14 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrHər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
7 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrMətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü
7 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabr