Fanatları Madonnanı məhkəməyə verib
Madonnanın pərəstişkarları müğənninin dekabrın 13-də Nyu-Yorkda verdiyi konsertdə səhnəyə gecikdiyini iddia edərək onlara dəymiş ziyanı tələb ediblər.
"Celebration" turnesindən bir müddət əvvəl Madonna ciddi bakterial infeksiya keçirərək reanimasiyaya yerləşdirilib.
Müalicə aldıqdan sonra dünya turnesinə başlayan ulduz musiqisevərlərlə görüşməyə davam edir. Müğənni Nyu-York konsertində səhnəyə gec çıxıb.
Konsertlərinə gec başlamaq müğənnidə adət halını alıb. Bundan qəzəblənən fanatları Madonnanı məhkəməyə verib.
Michael Fellows və Jonathan Hadden konsertin 20:30-da başlamalı olmasına baxmayaraq, saat 22:30-da başladığını bildiriblər. İkili qeyd edib ki, konsertin gec başa çatması ictimai nəqliyyat imkanlarını azaltdığından konsert izləyicilərini çətin vəziyyətə salır.
Oxşar hallar 2016 və 2019-cu illərdə də baş verib. 2016-cı ildə "Rebel Heart" turnesinə çıxan Madonna konsertə iki saat gec gəldiyi üçün tənqidlərə tuş gəlmişdi.
Bundan qəzəblənən fanatlar müğənnini və konsert təşkilatçılarını məhkəməyə veriblər.
Ötən il isə "Renaissance" adlı dünya turu çərçivəsində Vaşinqtonda iki saatlıq gecikmə ilə səhnəyə çıxan Beyonce, konsertdən sonra metroya 100 min dollar ödəyib ki, fanatları evə rahat gedə bilsin.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ceki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
17 avqustPikassonun tablosu 1,7 milyon dollara satıldı
İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo
26 iyunCeki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş
Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər
4 avqust"Odissey"in kitab satışları 1400 faiz artdı
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri
31 iyulTofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind
24 avqust"Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14 avqustBöyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)
Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə
16 sentyabr