Kürdəmirdə yolu keçən 45 yaşlı kişini avtomobil vuraraq öldürüb
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Şıxımlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü, 67 yaşlı Novruzov Nizami Əlisahib oğlu həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən Şahsevən kənd sakini 1979-cu il təvəllüdlü Həşimov Mübariz Tofiq oğlunu vurub.
Zərbənin təsirindən piyada aldığı xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 716 Tarix: 21 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəfinə axtarışı faciə ilə nəticələndi: Girdiyi tuneldə həyatını itirdi
Türkiyənin Aydın vilayətinin Efeler rayonunda iddiaya görə, dəfinə axtarmaq məqsədilə aparılan qanunsuz qazıntı faciə ilə nəticələnib. türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, qanunsuz şəkildə dəfinə axtaran şəxslərdən biri qazılan tünelə daxil olub. Tunel xaricində qalan dostu
22 dekabrBank qarşısında silahlı quldurluq cəhdinin təfərrüatları üzə çıxıb
İstanbulun Başakşehir rayonunda bir bank filialının qarşısında baş verən silahlı quldurluq cəhdinin maraqlı detalları məlum olub. türk mediasına istinadən xəbər verir ki, hadisə İkitelli Organize Sənaye Bölgəsində yerləşən bank filialının çıxışında qeydə alınıb. İlkin məlumata görə, A.Ö. (44), T.T. (41
23 dekabrLerikdə dərs vaxtı məktəb yandı
Lerik rayonun Buzeyir kənd məktəbində dərs vaxtı yanğın olub. Bu barədə İqtisadiyyat.az-a məktəbin direktoru Mirzəli Əliyev məlumat verib. Onun sözlərinə görə, yanğın təhsil müəssisəsinin damında qısaqapanmadan baş verib. Direktor söyləyib ki, hadisə ilə əlaqədar məktəbin bütün heyəti təxliyə olunub
23 dekabrOrta məktəb şagirdi məktəb direktorunu tüfənglə vurdu
Türkiyənin Mersin vilayətinin Anamur rayonuna bağlı Çarıklar məhəlləsində yerləşən Rüştü Kazım Yücelen Orta Məktəbində dəhşətli hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, 12 yaşlı şagird M.K. hələlik naməlum səbəbdən məktəbin həyətində məktəb direktoru, 39 yaşlı Ender Karanı tüfəngl
22 dekabrGöyçayda iki ev birdən yandı - Fotolar
Göyçayda yanğın hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə axşam saatlarında rayonun Füzuli küçəsində qeydə alınıb. Yanğın nəticəsində iki evə ciddi ziyan dəyib. Belə ki, rayon sakinləri - 1977-ci il təvəllüdlü Elnur İsmayılov və 1955-ci il təvəllüdlü Almaz Əliyevaya məxsus evləri
22 dekabr2 ay əvvəl dünyaya gətirdiyi körpəsinin ölümünə səbəb oldu
Diyarbəkirin Kayapınar rayonuna bağlı Fırat məhəlləsində yerləşən bir yaşayış binasında hamını sarsıdan hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, ilkin iddialara görə, təxminən 2 ay əvvəl doğuş edən N.E. naməlum səbəbdən psixoloji sarsıntı keçirib. Bu zaman o, 2 aylıq körpəsini götürərə
25 dekabr