Buzlu suda çimmək faydalıdırmı? - ARAŞDIRMA

Buzlu suda çimmək faydalıdırmı? - ARAŞDIRMAUşaqlıqdan hamımızın əzbərlədiyi, xəstəliklərdən ən vacib qorunma metodu soyuqdan qaçmaq olub. Qar yağanda, qartopu oynayanda da üşüməmək üçün maksimum qalın geyinmişik. Çünki əksəriyyətimiz soyuqda sətəlcəm olmaqdan ehtiyat etmişik.

Son vaxtlar soyuq suda çimməyin, özünü qarla basdırmağın, qışda dənizdə üzməyin faydalı olduğunu deyənlərin sayı artır. Sosial şəbəkələrdə tez-tez məşhur simaların buz dolu çəlləyə girməyi, buzlu suda çimməyi, bəh-bəhlə qışda dənizdə üzməyini müşahidə edirik. TV aparıcısı İlqar Mikayıloğlu da qarda çimənlərdəndir. O, "Bakıda qar yağdısa, mütləq həmin qarda çimmək lazımdır", deyir.

Bəs mütəxəssislər nə deyir? Əzbərlərimizi dəyişməliyikmi? Həqiqətən soyuq suda çimmək faydalıdırmı?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Sağlamlıq haqqında elmi araşdırmalar aparan mütəxəssis, bloqer Emil Allahverdiyev açıqlamasında bu metodun sağlamlıq üçün faydalarından danışıb.

O, özü də soyuq aylarda mütəmadi olaraq buz vannası qəbul edir, qarla çimir. Deyir ki, insanların izlədikdə belə, üşüməsinə səbəb olan bu məşğuliyyət immun sistemini gücləndirir:

"Hər birimizin bədənində iki növ, ağ və qonur piy toxuması var. Ağ toxuma enerjini qoruyur, qonur isə istilik əmələ gətirərək bədənin temperaturunu tənzimləməyə kömək edir. Qonur piy toxumasının tərkibində olan mitoxondriaların bizim bədənimiz üçün çox faydası var. O, immun sistemimizi möhkəmləndirir, soyuğa qarşı daha dözümlü olmağımıza səbəb olur. Çünki qonur piy işə düşəndə, bədənimizi daxildən isitməyə başlayır. Məsələn, mən bu proseduru etdiyimə görə, daha az üşüyür, xəstələnir, xəstələndikdə belə rahatlıqla qalib gəlirəm".

Bloqer bildirib ki, qonur piy toxuması insan yaşlandıqca azalır. Yaşlı insanlarda ağ piy toxumasının tərkibi qonur piy toxumasının miqdarını xeyli üstələyir. Qonur piy toxumasını qorumaq üçün özümüzü isti ilə yanaşı, soyuğa da alışdırmalıyıq:

"Biz özümüzü ancaq istiyə öyrəşdirir, istiyə qaçırıq. Amma qonur piy toxumasının azalmasını istəmiriksə, bədənimizi ekstremal soyuğa da öyrəşdirməliyik. Fikir versəniz, xüsusilə də Azərbaycanda insanlar yaşlandıqca daha çox üşüyürlər. Məsələn, yaşlı qadınlar yayda isti geyimlər geyinir, bürünürlər. Çünki onların qonur piy toxumaları azalır və daimi üşüyürlər".
Həkim-pulmonoloq Əsəd Beydullayev qeyd edib ki, insan orqanizmi istiyə də, soyuğa da tədricən uyğunlaşır. Amma insan bədənini tanımalı, bu proseduru bir anda etməməlidir:

"Soyuq suda, buzda çimən, bu proseduru edən xüsusi qrup insanlar Rusiyada daha çoxdur. Amma onlar birdən-birə isti iqlimdən çıxıb soyuq suda çimmirlər. Onlar soyuq iqlimdə yaşadıqları üçün orqanizmləri öncədən soyuğa alışır. İsti iqlim qurşağında yaşayan insanın birdən-birə buzlu suya girməsi böyük səhvdir və bu, ciddi fəsadlara, hətta bədənin donmasına, ciddi ağciyər və digər xəstəliklərə gətirib çıxara bilər. Bunu tədricən etmək faydalıdır".

Mütəxəssisin sözlərinə görə, insanlar əsasən, durğun havada, soyuq suda çimirlər. Amma Bakı "küləklər şəhəri" olduğu üçün bu prosedur təhlükəlidir:

"Küləkli havada buzlu sudan çıxan insan soyuğun təsirinə daha çox məruz qalır. Müşahidə etdikdə görürük ki, məsələn, -10 dərəcə soyuqda Bakıda üşüyürük, amma Rusiyada -15 dərəcə bizə təsir etmir. Çünki Rusiya şəhərlərində şaxta olsa da, külək yoxdur. Bizdə iqlim həm rütubətli, həm də küləklidir. Ona görə də soyuq daha ciddi təsir edir. Təbii ki, buna da alışa bilən insanlar var. İnsanların soyuq suda çimməsini, bunu bacarmasını alqışlayıram. Bu, sağlam bədən və sağlam həyat tərzinin göstəricisidir. Amma bunu kiminsə acığına, kiməsə özünü göstərmək üçün deyil, sırf planlı şəkildə, məşqçi nəzarəti ilə etmək daha məsləhətlidir".

Rus terapevt Anna Bakşeyeva isə deyir ki, qarlı yaxud buzlu suda çimmək prosedurunda əsas məqam bunu ildə bir dəfə deyil, mütəmadi etməkdir:

"Bu zaman insan orqanizmi sərtləşir. Bu prosesin ürək-damar sistemi, immunitet və stress üçün faydaları çoxdur. Amma burada əsas məqam nizamlılıqdır. Yəni ildə bir dəfə buzla çimməyin insan sağlamlığına ciddi təsiri yoxdur, əksinə, zərəri çoxdur. Çünki soyuq suya girdikdə, orqanizminiz bədəni hərəkətə gətirən stress hormonları ifraz edir və siz sanki "dağları yerindən tərpətmək" iqtidarında olduğunuzu hiss edirsiniz. Amma sudan çıxdıqdan sonra immun sistemi zəifləyə, tənəffüs xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə, sərxoş halda buz çuxuruna dalmaq ciddi təhlükədir. Bu vəziyyətdə insan bədənini tam idarə edə bilmir, nəticədə boğulmaya səbəb olur. Ümumiyyətlə, soyuq suda çimmək hazırlıqsız orqanizm üçün ciddi problemlərə yol aça bilər. Müntəzəm olaraq bunu edən insanlar isə soyuqdəymədən daha az əziyyət çəkir, hipertoniya, şəkərli diabet və depressiya riskləri daha az olur".

Son vaxtlar yayılan xəstəliklərin soyuq hava ilə əlaqələndirilməsinə gəldikdə isə, pulmonoloq Əsəd Beydullayev təsdiqləyir ki, qış aylarında xəstəliyin yayılmasının səbəbi soyuq hava deyil, qapalı şəraitdir:

"Soyuq aylarda infeksion, hava-damcı yolu ilə keçən xəstəliklər artır. Bunun əsas səbəblərindən biri soyuq deyil, soyuq hava səbəbindən insanların qapı, pəncərəni bağlayıb, bir yerə toplaşmasıdır. Düzgün qidalanan, normal geyinən, xəstə ilə təmasda olmayan insana soyuq ciddi təsir etmir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 821   Tarix: 21 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr