Klopp: Salah zədəsini sağaltmaq üçün "Liverpul"a qayıdacaq
Misir millisinin kapitanı Məhəmməd Salah Afrika Millətlər Kubokunda aldığı zədəsini sağaltmaq üçün "Liverpul"un düşərgəsinə qayıdacaq.
Bu barədə jurnalist Lyuis Stili sosial şəbəkədə "Liverpul"un baş məşqçisi Yürgen Kloppdan sitat gətirib.
"Salahın "Liverpul"da reabilitasiyadan keçəcəyi nəzərdə tutulub. Finala hazır olarsa, yəqin ki, Afrika Millətlər Kubokunda finalda çıxış etmək üçün yığmaya qayıdacaq", – almaniyalı çalışdırıcı söyləyib.
Misir Futbol Assosiasiyası futbolçunu millinin düşərgəsini tərk edəcəyini təsdiqləyib.
Qeyd edək ki, Məhəmməd Salah Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci turunda Qanaya qarşı oyunda (2:2) belindən zədələnib.
Xatırladaq ki, daha öncə Misir Futbol Assosiasiyası Salahın zədə səbəbindən buraxacağı oyunlarının sayını açıqlamışdı.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 763 Tarix: 22 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" bir milyon avroluq transferi rəsmiləşdirdi
"Sabah" müdafiəçi Timoteuş Puxaçın transferi üçün Almaniyanın "Holştayn Kil" klubu ilə danışıqları uğurla yekunlaşdırıb. Qaynarinfo xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb. Bildirilib ki, "Sabah" 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb. Polşalı futbolç
14 may"Mançester Yunayted" Mikki van de Veni heyətinə qatmaq istəyir
İngiltərənin "Mançester Yunayted" klubu Niderland millisinin üzvü Mikki van de Veni heyətinə qatmaq istəyir. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Tottenhem"də çıxış edən futbolçunu transfer etməkdə maraqlıdır. Klub rəhbərliy
2 mayÇempionlar Liqasında ikinci finalçı müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olacaq. "Qafqazinfo" xəbər verir ki, "Bavariya" PSJ-ni qəbul edəcək. Münhendə keçiriləcək matçda qarşılaşmaya 23:00-da start veriləcək. Cütün qalibi finalda "Arsenal"la qarşılaşacaq. UEFA Çempionlar Liqası. Yarımfina
6 may"Qarabağ" ilk transferini etdi - Klubu təsdiqlədi
Kiprin "Omoniya" klubunun futbolçusu Jali Muaddibin "Qarabağ"a keçidi təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun baş meneceri Giorqos İrakleus açıqlama verib. İrakleus 25 yaşlı fransalı vingerin Azərbaycan təmsilçisi ilə müqavilə razılaşdığını deyib: "Qarabağ"l
12 may"Qarabağ" "Neftçi"yə uduzdu, "Sabah" çempionluğu rəsmiləşdirdi
"Sabah" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib. Qaynarinfo-nun məlumatına görə, bu, XXI turundan təxirə salınmış oyunda "Neftçi"nin "Qarabağ"ı məğlub etməsi ilə reallaşıb. "Palms Sports Arena"dakı qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşı
30 aprelPremyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
Misli Premyer Liqasında XX turun daha bir oyunu bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, "Qarabağ" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq
4 mayPortuqaliyalı baş məşqçi Bakı metrosunda GÖRÜNTÜLƏNDİ - FOTO
"İmişli" futbol klubunun portuqaliyalı baş məşqçisi Jorj Kaşkilya Bakıda görüntülənib. xəbər verir ki, J.Kaşkilya ötən axşam Bakı metrosundan istifadə edib. Onun bu marşrutla "Palms Sports Arena"da keçirilən Azərbaycan Kubokunun finalını ("Sabah" - "Zirə") izləməy
14 may