Bu şəxslər ilk dəfə işə düzələndə 4615 AZN birdəfəlik pul alacaqlar
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman birdəfəlik müavinət verilməsi həyata keçirilir.
Sonxeber.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O bildirib ki, bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərdədir.
"Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar.
Müavinətin məbləği ölkə üzrə orta aylıq əməkhaqqının beş misli qədərdir. Hazırda orta aylıq əmək haqqı 923 manat olduğu üçün həmin şəxs müraciət edən zaman 4615 manat müavinət ödəniləcək.
Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Bu zaman aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti, əmək kitabçasının surəti, Valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.
Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər", - deyə o qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1456 Tarix: 22 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığ
12 aprelTərtərdə iki qadın DÖNƏRDƏN ZƏHƏRLƏNDİ
Tərtər rayonunda iki nəfər dönərdən zəhərlənib. -a istinadən xəbər verir ki, hadisə aprelin 10-da qeydə alınıb. Tərtər şəhər sakinləri - 199-cu il təvəllüdlü Şəfaqət İslam qızı Paşayeva və 1983-cü il təvəllüdlü Nuranə Ədalət qızı Məmmədova qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər. Məlumat
11 aprelPaytaxtın qəsəbələrində iməclik keçirilib
Bakı şəhərinə yağan yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə aprelin 11-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməclik keçirilib. Keçirilən iməclik zamanı şəhə
11 aprelZığ yolunda dəhşətli qəza - Anbaan video
Aprelin 12-si gecə saatlarında paytaxtın Suraxanı rayonu, Zığ şosesində ağır yol qəzası olub. "Qafqazinfo" xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisənin görüntülərini yayıb. Bildirilib ki, baş verən bu yol-nəqliyyat hadisəsi sükan arxasında olarkən diqqətli olmağı
13 aprelAprelin pensiyası bu TARİXDƏ VERİLƏCƏK
Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix məlum olub. -un məlumatına görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayı üzrə pensiyalar qrafika uyğun şəkildə ödəniləcək. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək. Daha sonra isə qrafikə uyğu
12 aprelAzərbaycanda toylarla bağlı MÜHÜM DƏYİŞİKLİK - Artıq bəylə gəlin…
"Aprel ayında toyların sayında ötən illərə nisbətdə azalma yoxdur". Bu sözləri -a restoran sahibi Mürvət Həsənli toyların azalması iddiaları haqda danışarkən deyib. O bildirib ki, apreldə toylarla bağlı kifayət qədər sıxlıq müşahidə olunur:. "Bu da Ramazan ayından sonrakı dövrün təbi
11 aprelİrandan Azərbaycana indiyədək 3 439 nəfər təxliyə olunub
İrandan fevralın 28-i saat 08:00-dan aprelin 11-i saat 10:00-dək Azərbaycana ümumilikdə 3 439 nəfər təxliyə olunub. "Report"un əldə etdiyi məlumata görə, təxliyə olunanların 612 nəfəri Azərbaycan vətəndaşıdır. Eyni zamanda, Çinin 735, Rusiyanın 374, Hindistanın 284, Banqladeşin 198, Tacikistanı
11 aprel