Uşaqlarla zorakı rəftar edən məşqçidən AÇIQLAMA: "Böyük qardaş kimi vurmuşam" - VİDEO

Uşaqlarla zorakı rəftar edən məşqçidən AÇIQLAMA: "Böyük qardaş kimi vurmuşam" - VİDEOAzərbaycanda idmançının məşq zamanı yeniyetmələrlə davranışı sosial şəbəkədə müzakirələrə səbəb olub.

Elvin Səfərov adlı idmançı "Instagram" hesabında məşq prosesindən bir hissə paylaşıb.

Görüntülərdən aydın olur ki, məşqçi idman zalında sıra ilə düzülmüş uşaqların ayaqlarına, bədənlərinə təpiklə ağır zərbələr endirir. Bu zərbələrdən yayınmaq istəyənlərin isə başına qapaz vurur.

Uşaqların reaksiyalarından zərbələrin ağır olduğu hiss olunur. Görüntülər cəmiyyətdə aqressiya ilə qarşılanıb.

Bu aqressiyanın bir səbəbi də ötən il yeddi yaşlı uşağın məşq zamanı aldığı zədələrdən vəfat etməsi olub.

Xatırladaq ki, ötən il aprel ayında yeddi yaşlı Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində yeddi yaşlı uşaq vəfat edib.

Məsələyə aydınlıq gətirmək üçün idmançının özü ilə əlaqə saxladıq.

Məşqçi Elvin Səfərov Bizim.Media-ya açıqlamasında burada zorakılıq hallarının olmadığını və idmançını zərbəyə hazırladığını deyib:

"Kənardan baxan peşəkar idmançı görər ki, ayağa geyinilən xüsusi idman ayaqqabısı var, adi ayaqla vuranda zərbə yüz faizdirsə, həmin ayaqqabı ilə vuranda zərbə 50 faiz olur. Səs eləyir, amma zədə vermir, dərini "bişirir". İdmançını zərbəyə hazırlayır. Orada yeni və köhnə idmançılar var, idmançılara uyğun zərbələr vururam.
Bura uşaq bağçası deyil, idmançılar yetişməlidir, onları sığallamaq lazım deyil. Bizim məşqlərimiz elə getmir, məşqlərimiz əl-ayaq zərbələri, müəyyən hərəkətlərlə baş tutur, axırda, sadəcə, bir-iki dəqiqəlik bədən bərkitmə məşqləri gedir".

10 ildir sambo məşqçisi kimi fəaliyyət göstərdiyini vurğulayan Elvin Səfərov altı dəfə dünya, üç dəfə Avropa, 10 dəfə Azərbaycan çempionu olduğunu qeyd edib:

"Ola bilər ki, video ictimaiyyətə sərt görünür, burada heç bir zorakılıq yoxdur. 21 ildir idmanla məşğulam, dəfələrlə çempion olmuşam, bir dəfə çempion olanda heç belə ictimailəşdirməyiblər. Mən hər dəfə o yarışlara bədənim gömgöy getmişəm, çünki zərbə almasam, zərbəyə öyrəşməsəm, zərbə vura bilmərəm.

Mənim əlavə, yəni peşəkar yox, özü üçün məşq edənlərdən ibarət qruplarım da var, orada mən heç bir tələbəyə barmağımla da toxunmaram. Çünki o, özü üçün məşq edir. Amma bir də var peşəkar şəkildə məşğul olasan, bunun üçün də gərək idmançını yetişdirəsən, hazırlayasan, loru dildə desək, bişirəsən ki, idmançı döyüşə hazır olsun".

Elvin Səfərov videoda başına şillə vurduğu yeniyetmələrdən də danışıb:

"Videoda başına qapaz vurduğum iki nəfər var. Onun hər ikisi mənim qohumumdur, o da qohum səviyyəsində, böyük qardaş kimi vurmuşam. Valideynlərdən də heç bir narazılıq yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 922   Tarix: 22 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr