Uşaqlara zorakılıq tətbiq edən məşqçilərin qarşısı necə alınmalıdır? - PSİXOLOQ+HÜQUQŞÜNAS RƏYİ
Xəbər verdiyimiz kimi, Azərbaycanda idmançının məşq zamanı yeniyetmələrlə davranışı sosial şəbəkədə müzakirələrə səbəb olub. Elvin Səfərov adlı idmançı "Instagram" hesabında məşq prosesindən bir hissə paylaşıb. Görüntülərdən aydın olur ki, məşqçi idman zalında sıra ilə düzülmüş uşaqların ayaqlarına, bədənlərinə təpiklə ağır zərbələr endirir. Bu zərbələrdən yayınmaq istəyənlərin isə başına qapaz vurur. Bəs uşaqlara zorakılıq tətbiq edən məşqçilərin psixoloji vəziyyətinin yoxlanılması və onlara nəzarətin tətbiq edilməsi istiqamətində hansı tədbirlər həyata keçirilməlidir.
Məsələ ilə bağlı psixoloq Edison Quliyev Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, bu tipli məsələlərə ciddi yanaılmalı və valideyn nəzarəti olmalıdır:
"Bu kimi hallarda valideyn nəzarəti altında məşqçilər uşaqla məşğul olmalıdır. Aparıb bilinməyən bir adamın əlinə uşağı vermək olmaz. Burada həm valideyn, həm də müdiriyyətin nəzarəti olmalıdır. Bu insanların kim olduğu araşdırmalıdır, yoxlanılmalıdır. Bunların bir qismi yaxşı təhsil almayan adamlardı. Hansısa bir idman sahəsində bir balaca nailiyyətləri olur. Adlarını "məşqçi" qoyurlar. Bu baxımdan çox ehtiyatlı olmaq lazımdır. İlk olaraq bu kimi şəxslərə söhbətlər aparılmalıdır. Onlara seçimi ilə əlaqədar müəyyən danışıqlar olmalıdır. Eyni zamanda yoxlanılmalıdırlar. Uşaqlara münasibəti və fəaliyyəti nəzərə alınmalıdır. Bir sözlə onların haqqında olan məlumatlar ciddi şəkildə öyrənilməlidir. Psixoloq onlar ilə maksimum söhbət apara yaxud xəbərdarlıq edə bilər".
Psixoloqun sözlərinə görə, nəzarət iki istiqamətdə olmalıdır: psixoloji və pedaqoji. Həm uşaqların, həm də məşqçilərin dərsləri izlənilməlidir:
" Təbii olaraq hər yoldan keçən idman zalı, stadion açmamalıdır. Orada təsadüfi insanlar belə ola bilər. Onlara diqqət yetirmək lazımdır. Onların tərcümeyi-halı, davranışlarına, aqressivlik dərəcələrinə baxmaq lazımdır. Bəzən məşqçi öz peşəsindən daha çox uşaqlara qarşı aqressivliyə yol verir. Fiziki təsir göstərir, uşağın əldə edə bilməyəcəyi bir işi yaxud hərəkəti ondan tələb edir. Bu baxımdan ciddi yoxlanışlar həyata keçirilməlidir. Həm seçimdə, həm də uşağını verən valideyn düşünməlidir ki, övladını bu idman növünə yönəltsin yoxsa yox. Yəni burada valideyn uşağın əlindən tutub gəlirsə, izləməlidir ki, məşq prosesindən nə baş verir".
Edison Quliyev qeyd edib ki, hansı yaşdan olan uşaqlar məşqlərə gedirsə, onlara diqqət etmək lazımdır:
"Bəzi yeniyetmələr var ki, 11-12 yaşından gedirsə, bəzilər daha erkən 7-8 yaşından hər hansı bir idman növü ilə məşğul olurlar. Özbaşına buraxmaq olmaz. Ciddi iş aparılmalıdır. Onların əvvəlki fəaliyyəti nədir və harada məşğul olublar, bunların hamısı araşdırılmalıdır. Əgər məşq zallarında psixoloq və pedaqoq varsa, gedişatı yaxından izləməlidir. İnsanların böyük bir qismində , xüsusilə idmançıların təbiətində təcavüzə meyillilik var. Onlar özləri yarışlarda iştirak etdikdə, istər-istəməz başqalarına əzab vermək zövq alırlar. Həmin davranış modeli sonradan uşaqlara belə keçə bilir. Prosesə baxılmalıdır".
Hüquqşünas Şamil Paşayev bildriib ki, bu şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər:
"Ümumiyyətlə nəzərə almaq lazımdır ki, idman məşqçilərinin uşaqlara zərbə endirmək, döymək, xəsarət yetirmək, zorakılıq etmək kimi ixtiyarları yoxdur. Uşaqlara ən az bir fəndin öyrədilməsi zamanı ola biləcək qəzalardan, hətta xəsarətlər və zərərlərdən qaçmalıdırlar. Məşqlər uşaqlara fiziki zorakılıq və zərər yetirirlərsə bu xəsarətin dərəcəsinə adekvat olaraq cinayət məsuliyyətinə səbəb ola bilər. Burada nəzərə almaq lazımdır ki, uşaqların öz əksəriyyəti bu halda qorxulu hədələnmə, qorxu altında saxlanmaqla yerinə yetirilirsə bu köməksiz vəziyyət kimi də qəbul edilə bilir. Xəsarətin dərəcəsinə görə, müvafiq olaraq "Cinayət məcəlləsi"nin "yüngül və ağır xəsarət yetirmə"yə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Eyni zamanda burada əzab vermə nəzərdə tutulması mümkündür".
Xatırladaq ki, ötən il aprel ayında yeddi yaşlı Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində yeddi yaşlı uşaq vəfat edib.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar