Azərbaycanda qızılcaya yoluxma ilə bağlı son VƏZİYYƏT

Azərbaycanda qızılcaya yoluxma ilə bağlı son VƏZİYYƏTAzərbaycanda qızılca əleyhinə vaksinasiya ilə bağlı ciddi tədbirlərin həyata keçirilməsi, o cümlədən, ölkədə qüvvədə olan "Profilaktik peyvəndlər təqvimi"nə əsasən uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiyanın davam etdirilməsi, qızılca peyvəndindən kənarda qalan və ya qızılca xəstəliyi keçirməyən uşaqların və qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvəndlənməyə cəlb edilməsi və eyni zamanda qızılca hadisələrinin aktiv aşkar olunması və infeksiya ocaqlarında əksepidemik tədbirlərin aparılması nəticəsində 2024-cü ilin yanvar ayından Respublikada qızılca xəstəliyinin səviyyəsində azalma müşahidə olunur.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qeyd edib ki, qızılca ilə təkrar xəstələnmə çox nadir hallarda baş verə bilər və demək olar ki, rast gəlinmir. Su çiçəyi 3-cü növ herpes virusu tərəfindən törədilir. Bu xəstəliyin kəskin formasıdır. Virus insana yoluxduqdan sonra heç vaxt orqanizmi tərk etmir, ömürlük qalır və immunitet zəiflədikdə kəmərləyici dəmrov xəstəliyinə səbəb olur.

COVİD 19-a qarşı vurulan vaksin digər viruslara qarşı yaranmış immunitetə təsir etmir. Vaksinasiya prosesində hansı vaksinlərin eyni vaxtda vurulması və ya eyni vaksinin ikinci dozasının, həmçinin digər vaksinlərin hansı vaxt intervalında vurulması bərədə qaydalar mövcuddur ki, bunlara əməl olunmalıdır. Qızılcaya qarşı yalnız bir doza peyvənd almış şəxslərdə qızılcaya yoluxma mümkündür. İki doza alan şəxslərin yalnız 1%-də qoruyuculuq formalaşmaya bilər. Suçiçəyinə qarşı peyvənd Peyvəndlərin Milli Təqviminə daxil deyil. Qızılcada olduğu kimi suçiçəyinə peyvənd olunan şəxslər xəstələnə bilər, lakin xəstəliyi yüngül keçirir, fəsadlaşma baş vermir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 887   Tarix: 23 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr