"Gənclər şəhərciyi"ində olay: arvadının ardınca getdiyini gördü...

"Gənclər şəhərciyi"ində olay: arvadının ardınca getdiyini gördü...Abşeron rayonunda 1992-ci il təvəllüdlü Faiq ailə qısqanclığı zəminində tanışı Aydına (adlar şərti verilib – red.) xəsarət yetirib.

Sonxeber.az "teleqraf.com"-a istinadən xəbər verir ki, Faiq arvadı Zəminəyə tanışı Aydının söz atması ilə bağlı, habelə Aydının digər hərəkətinə görə onu cəzalandırmaq qərarına gəlib.

Faiq Aydınla məsələni aydınlaşdırmaq və onu öldürməklə qisas almaq məqsədilə 6 avqust 2022-ci ildə saat 23 radələrində yaşadığı evdən cib bıçağını və istintaqla müəyyən edilməsi mümkün olmayan dəmir parçasını götürərək cibində gizlədib.

Faiq Aydının bərbər işlədiyinə görə saçını kəsdirmək istədiyini bəhanə edib və onunla Abşeron rayonu Mehdiabad qəsəbəsindəki "Gənclər şəhərciyi" yaşayış kompleksi 2 saylı binanın qarşısında görüşüb, aralarında olmuş narazılığı başqa şəxslərə yayanın ünvanına nalayiq söyüşlər söyüb.

Faiq mübahisə zamanı Aydını öldürmək niyyətini qətiləşdirib. Əvvəlcə üzərində olan dəmir alətlə, daha sonra bıçaqla Aydının bədəninin müxtəlif nahiyələrinə 5 zərbə vurub.

İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Aydınla əvvəldən aralarında mübahisə olub: "Hadisədən 1-2 gün əvvəl yolla gedəndə Aydından xoşa gəlməyən bir neçə ifadə eşitdim. Ona həmin an reaksiya vermək istəsəm də, yanımda olan şəxslər buna imkan vermədi. Mən də heç bir şey etmədim.

Daha sonra Aydına zəng edib, görüşməyi təklif etdim. Ona məni narahat edən məsələni dedim. Görüşdük, aramızda söyüş oldu, dalaşdıq. Birinci Aydın baş nahiyəmə zərbə endirdi. O, bıçaq çıxaranda mən də bıçaq çıxardım. Ona xəsarət yetirdim.

Aydını bıçaqlamaq niyyəti olmayıb deyə ilk olaraq baş nahiyəsinə bıçağın arxa hissəsi ilə xəsarət yetirdim. Daha sonra cibindən bıçaq çıxardığı üçün onunla dalaşdım, bıçaqla xəsarət yetirdim. Mənim üzərimdəki bıçaq əldəqayırma bıçaq olub".

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş Aydını uzun müddətdir tanıyır: "Arvadım Zəminə işdən çıxanda Aydının yaxınlaşdığını, ona söz deməyə çalışdığını gördüm. Həmin an ondan nə baş verdiyini soruşsam da, mənə heç nəyin düşündüyüm kimi olmadığını dedi. Mən arvadımdan Aydının ona nə dediyini soruşdum. Arvadım da mənə elə bir şey olmadığını bildirdi.

Tanımadığım bir şəxsdən eşitdim ki, Aydın haqqımda alçaldıcı ifadələr işlədib. Mən də Aydını məsələni aydınlaşdırmaq üçün çağırdım. Gecə vaxtı idi. Aramızda mübahisə yarandı, münaqişə etdik. Mən də ona xəsarət yetirdim".
İş üzrə zərərçəkmiş Aydının sözlərinə görə, bərbərlik fəaliyyəti ilə məşğul olduğu üçün Faiq və onun atası Sahib saçlarını kəsdirmək üçün həmişə onun yanına gəlib: "Aramızda heç bir şəxsi qərəz və düşmənçilik olmayıb.

Təxminən 2 il öncə Faiqin arvadı bağçada işdən çıxaraq evə gedirdi. İkimizin də yaşadığımız evə gedən yol vahid pilləkəndən keçdiyi üçün məcburən eyni yolla getməli olurduq. Mən həmin yolla evimə gedən zaman Faiqin arvadı da işdən çıxaraq evinə gedirdi, Faiq isə kənardan bizim xəbərimiz olmadan arvadına və mənə baxırmış.

Faiqin arvadının yanından ötüb öz evimə getdim, ona yaxınlaşmadım və heç bir söz demədim. Faiq isə kənardan bu mənzərəni görüb, özlüyündə qısqanclıq hissi yarandığı üçün guya onun arvadına yaxınlaşmaq, tanış olmaq istəməyimi güman edib.

İşdə olanda Faiq iş yerimə gəldi, məni kənara çəkərək niyə həyat yoldaşına yaxınlaşmaq istədiyimi soruşdu. Mən isə həyat yoldaşına yaxınlaşmadığımı, sataşmadığımı, bir söz belə demədiyimi, onun həyat yoldaşına öz bacım kimi yanaşdığımı, namaz qılıb ibadət etdiyim üçün bu cür hərəkətlərin mənə xas olmadığını bildirdim. Faiq bu söhbətlərdən sonra getdi. Aramızda olanlar barədə heç kimin bilməməsini istədi. Mən də heç kimə heç nə demədim".

Zərərçəkmiş qeyd edib ki, 6 avqust 2022-ci ildə təxminən saat 23.50-də Faiq ona zəng vuraraq sabah toya gedəcəyini və saçını kəsdirmək istədiyini bildirib: "Həm məhərrəmlik ayı, həm də artıq gecə saat 23.50 radələri olduğu üçün Faiqin məni ələ saldığını düşündüm. Ona bu vaxt işləmədiyimi, gec olduğunu desəm də, mənə məhəl qoymadı, təkidlə onun saçını kəsməli olduğumu bildirdi. Telefonda səsinin tonunu qaldıraraq danışdı.

Mən də Faiqlə danışmaq üçün aşağı düşdüm. Ona yaxınlaşanda heç bir söz demədən əlindəki dəmir parçası ilə baş nahiyəmə vurdu. Özümü müdafiə etməyə çalışsam da, buna nail ola bilmədim.

Faiq cibindən bıçaq çıxararaq məni vurmağa başladı. Qolumdan artıq qan axdığını gördüyüm üçün qaçmaq istədim. Lakin Faiq imkan vermədi, ardıcıl bıçaq zərbələri ilə məni vurmağa davam etdi. Qaçmaq istəyəndə imkan vermədi, qışqıraraq məni öldürəcəyini dedi. Bıçaqla sol kürək nahiyəmdən vurdu. Ətrafdakı insanların hadisə yerinə gəlməsindən, yaranmış səs-küydən və Faiqin başının qarışmasından istifadə edərək hadisə yerindən uzaqlaşdım.

Orada olan tanımadığım şəxslər məni avtomobilə qoyaraq xəstəxanaya apardılar. Üst-başım qan içində idi".

Zərərçəkmiş bildirib ki, xəstəxanada əməliyyat olunub, əməliyyatdan sonra təxminən 10 gün xəstəxanada qalıb: "Xəstəxanadan çıxdıqdan bu günə kimi ağ ciyərimdə ağrılar var. Nəfəs almağım çətinləşib. Buna səbəb Faiqin məni vurduğu bıçaq zərbələrindən birinin daxilə keçərək ağ ciyərimi zədələməsidir".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Faiq 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 763   Tarix: 23 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İrandan Azərbaycana indiyədək 3 439 nəfər təxliyə olunub

İrandan fevralın 28-i saat 08:00-dan aprelin 11-i saat 10:00-dək Azərbaycana ümumilikdə 3 439 nəfər təxliyə olunub. "Report"un əldə etdiyi məlumata görə, təxliyə olunanların 612 nəfəri Azərbaycan vətəndaşıdır. Eyni zamanda, Çinin 735, Rusiyanın 374, Hindistanın 284, Banqladeşin 198, Tacikistanı

11 aprel
.

Aprelin pensiyası bu TARİXDƏ VERİLƏCƏK

Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix məlum olub. -un məlumatına görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayı üzrə pensiyalar qrafika uyğun şəkildə ödəniləcək. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək. Daha sonra isə qrafikə uyğu

12 aprel
.

Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb

Qəbələ şəhərində "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir

11 aprel
.

"Mən də atam kimi mahnı oxumaq istəyirəm"

Qızı Əminə Xalq artisti Emin Ağalarovla bağlı sualları cavablayıb. Axşam.az xəbər verir ki, Əminə ad günündə Eminin ona mahnı bəstələməsinə münasibət bildirib:. "İlk dəfə mahnıya qulaq asanda nə hiss etdiyimi tam bilmirəm. Çempionatımdan bir hissəni də oraya əlavə etməsi mənim çox xoşuma gəldi"

12 aprel
.

Keşlə qəsəbəsində kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır

05-06 aprel 2026-cı il tarixlərində intensiv yağan yağışlar nəticəsində Bakı dairəvi magistral kollektorunda su həcminin kəskin artması səbəbindən Keşlə qəsəbəsinin M.Ə. Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşması nəticəsində ərazidə yaranmış fəsadların aradan qaldırılması v

11 aprel
.

Azərbaycanda toylarla bağlı MÜHÜM DƏYİŞİKLİK - Artıq bəylə gəlin…

"Aprel ayında toyların sayında ötən illərə nisbətdə azalma yoxdur". Bu sözləri -a restoran sahibi Mürvət Həsənli toyların azalması iddiaları haqda danışarkən deyib. O bildirib ki, apreldə toylarla bağlı kifayət qədər sıxlıq müşahidə olunur:. "Bu da Ramazan ayından sonrakı dövrün təbi

11 aprel
.

Azərbaycanın bəzi rayonlarına qar yağdı

Azərbaycanın iki rayonuna qar yağıb. "Report"a istinadən xəbər verir ki, dünən gecə saatlarından başlayan qar səhərə qədər davam edib. Qar əsasən Daşkəsən rayonunun Əmirvar, Qaraqullar, Qabaqtəpə, Astaf kimi ucqar kəndlərinə və Gədəbəy rayonuna yağıb. Daşkəsəndə qar örtüyünün hündürlüyü təxminə

13 aprel
.

Şahin Şıxlinski və oğluna hökm oxundu

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski dövlət məmuruna qarşı zorakılıq tətbiq etdiyinə görə 9 il, oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə azadlıqdan məhrum edilib. APA-ya istinadən xəbər verir ki, bu barədə Yekaterinburqun Kirovski Rayon Məhkəməsi qərar çıxarıb. Xatırladaq ki

13 aprel
.

Avtoqəzalarda ölənlərin üçdəbiri KƏMƏR BAĞLAMAYANLARDIR - DYP-dən XƏBƏRDARLIQ

Müasir avtomobillər uzun inkişaf yolu keçsələr də, passiv qoruyucu sistemə aid olan təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri mühafizə edən əsas vasitələrdən biridir. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib:. "Dəfələrlə təsdiq olunu

12 aprel