"Azəriqaz" 7 ildir ki, yaşayış olmayan evə 140 manat borc yazdı - FOTO
"Azəriqaz" İstehsalat Birliyi 7 ildir ki, yaşayış olmayan evə 140 manat borc yazdı.
Bunu Sonxeber.az-a müraciət edən Y.İ bildirib.
Y.İ qeyd edib ki, onun Sabunçu rayonun Zabrat qəsəbəsində yerləşən və 7 ildir ki, yaşamadığı evinə "Azəriqaz" İstehsalat Birliyinin işçiləri tərəfindən140 manat borc yazılıb:
"2020-ci ildə bizə mexaniki-elektron sayğac qoşdular. Bir neçə gün öncə telefonuma 140 manat borcumun olması ilə bağlı sms gəldi. Mən dərhal Zabrat qəsəbəsinin Ruslan Göyüşov 106 ünvanında yerləşən evimə getdim. Ora çatanda sayğacımın oğurlandığını gördüm. Mən dərhal "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları ilə əlaqə saxladım. Onlar mənə sayğacımın noyabrın 28-nə kimi yerində olduğunu söylədilər. Hadisə yerinə gələn "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları sayğacımın noyabrın 28-dən sonra oğurlana biləcəyini söylədi. Bundan əlavə mən "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşlarına bu evdə 7 ildir ki, yaşayış olmadığını və mənə necə 140 manat borc yazılma səbəbini soruşdum. Onlar mənə 2023-cü ilin 3-cü ayından qaz sərfiyyatının olduğu bildirdilər. Necə ola bilər ki, mənim 7 ildir ki, yaşamadığım evə 140 manat borc yazılır. Hər ay borcla bağlı göndərilməli olan sms də mənə bir neçə gün öncə sayğacım oğurlandıqdan sonra göndərildi. Qonşular sayğacın bir aydır ki yerində olmadığını bildirdilər. 7 ildir ki, o evdə yaşayış yoxdur. Əgər həqiqətən mənim borcum var idisə, niyə sayğac oğurlandıqdan sonra bu barədə mənə məlumat verdilər. Məsələ ilə bağlı mən artıq polisə də müraciət etmişəm".
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1563 Tarix: 23 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabrKürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
30 sentyabr"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
1 oktyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabr