"Bandotdel"dən silsilə əməliyyatlar: Saxlanılanlar var - FOTO/VİDEO
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar həyata keçirib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nəticədə qanunsuz dövriyyədən 24 kiloqram narkotik vasitə və dörd ədəd odlu silah çıxarılıb.
Tədbirlər zamanı əvvəllər məhkum olunmuş Murad Baxşızadə, Elşad Camalov, Məmməd Məmmədov və Anar Ərəbov üzərlərində odlu silah gəzdirdikləri üçün saxlanılıblar. Onlardan lüləsi və və qundağı kəsilmiş dörd ədəd tüfəng aşkar edilib. Baş İdarə əməkdaşları tərəfindən Abşeron, Nəsimi və Suraxanı rayonlarında keçirilən əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Soltan Şirinov, Cavid Əlizadə, tanışı Turan Mustafayev, əvvəllər məhkum olunmuş Fərid Kazımov və Zaur İbrahimov saxlanılıblar. Bu şəxslərdən 19 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən qurudulmuş marixuana və 5 kiloqram heroin aşkar olunub.
Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 956 Tarix: 23 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtkin qadın şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənib
Sumqayıtda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mehriban Qarayeva ilə vida mərasimi keçirilib. Report-a istinadən xəbər verir ki, vida mərasimindən sonra M.Qarayeva Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib. Qeyd edək ki, Mehriban Arif qızı Qarayeva 1970-ci ilin martın 27-də Sumqayı
20 fevralRestoranda yeyib-içdi, pul ödəmədi - Məhkəmə qərarı verdi
Qəbələdə restoranda yemək sifariş edib yedikdən sonra hesabını ödəməyən şəxs həbs edilib. Qaynarinfo-nun məlumatına görə, hadisə "Künəfə" restoranda baş verib. 1989-cu il sentyabrın 1-də Mingəçevir şəhərində doğulmuş C.H. həmin restoranda ictimai qaydanı və vətəndaşların sükunətini pozan, laki
19 fevralBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti yağıntılı və küləkli keçib. Güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib. Düşən yağıntının miqdarı Naxçıvan, Şahbuz, Astara, Daşkəsən, Balakən, Qa
20 fevralBakıda bu ərazidə İŞIQ OLMAYACAQ
Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-da
20 fevralHər kəsin gözü mavi ekranda - 1/8 mərhələnin daha bir VACİB QARŞILAŞMASI
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda daha bir ¼ finalçının adı məlum olacaq. xəbər verir ki, bu həftə meyxanaçılar Pərviz Həşimov və Tərlan Xəlilov üz-üzə gələcəklər. Uzun zamandır gözlənilən 1/8 mərhələnin ən maraqlı duellərindən biri hesab olunan bu görüşə ilk olaraq Pərviz ev sahibliy
20 fevralBakıda məşhur ticarət mərkəzinin qarşısında qadını maşın vurdu - VİDEO
Nəsimi rayonunun Neftçilər prospektində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. -ın sorğusuna cavab verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə fevralın 18-də saat 21:50-də qeydə alınıb. "KIA markalı 99-QV-175 dövlə
19 fevralDilənçinin qarşısında ödəniş terminalı görənlər şok oldu - VİDEO
Türkiyənin Şanlıurfa şəhərində qeydə alınan görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub. Küçədə dilənçilik etdiyi bildirilən bir qadının qarşısında POS-terminal (ödəniş terminalı) olduğu görülüb. türk mediasına istinadən xəbər verir ki, hadisəni mobil telefonla lentə alan vətəndaş təəccübün
20 fevralDaha bir itkin şəhidimiz dəfn olundu - Fotolar
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rafiq Hüseynovla Qaradağ rayonu Lökbatan qəsəbəsində vida mərasimi keçirilib. " "Report"a istinadən xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyəti, icra hakimiyyəti nümayəndələri, hüquq-mühafizə orqanlarını
20 fevral