Bir qızcığaz üçün məktəb: "Bəzən onun üçün şagird oluram" - FOTO

Bir qızcığaz üçün məktəb: "Bəzən onun üçün şagird oluram" - FOTOAzərbaycanda bir şagirdin təhsil aldığı yeddi məktəb var. Bunlar, əsasən, rayonlarda ucqar kəndlərdə fəaliyyət göstərən ibtidai məktəblərdir. Onlardan biri də Gülyaz Sultanovanın təhsil aldığı Quba rayonu Qarovulüstü kənd ibtidai məktəbidir.

Məktəbdə əvvəldən ibtidai sinif proqramı tədris olunub, şagirdlər yuxarı sinifləri qonşu kəndlərdə oxuyublar. Lakin son üç ildə valideynlər azyaşlı uşaqlarını buraya deyil, qonşu kəndin məktəbinə göndəriblər. Buna səbəb isə məktəb müəlliminin tədrisinin onları qane etməməsi olub. Həmin müəllim də keçən il sertifikasiyadan kəsilib. Ona görə buraya yeni müəllim göndərilib.

Hazırda bircə şagirdi olan məktəbin müəllimi Ülviyyə Məmmədovadır. O, 2023-cü ildə MİQ imtahanı vasitəsilə buraya müddətli müqavilə ilə gəlib. Lakin Qarovulüstü kənd ibtidai məktəbinin təkşagirdli olmasından xəbəri olmayıb.

"Mənə Qarovulüstü kənd ibtidai məktəbində dərs demək tapşırılanda bilmirdim ki, burada bir şagird təhsil alır. Sənədləri təqdim edən zaman öyrəndim və bir qədər heyrətləndim. Çünki qəribə gəldi ki, tək şagirdlə tədris necə olacaq. Lakin imtina etmədim, gəldim. İndi həm özüm, həm şagird bu vəziyyətə öyrəşmişik", - deyə Ü.Məmmədova qeyd edib.

Qarovulüstü kəndi Qubanın ucqar dağ kəndlərindəndir, gedib-gəlmək çətindir. Bu səbəbdən ibtidai məktəbin həm müəllimi, həm müdiri olan Ülviyyə Məmmədova burada kirayədə qalır. Yalnız tətillərdə evinə gedir.

"Dərs dediyim Gülyaz, əslində, üçüncü sinifdə oxumalıdır, onun doqquz yaşı var. Sadəcə, mənim bilmədiyim səbəblərdən vaxtında dərsə getməyi alınmayıb, keçən il hazırlıq sinfində oxuyub, bu il isə birinci sinifdədir. Kənddə ibtidai sinif yaşında olan altı uşaq var ki, onlardan ikisi hazırlıq sinifləridir və onlar qonşu kəndə gedirlər. Gülyazı isə səhhətinə görə göndərməyiblər. Ümumiyyətlə, bu məktəbdə üç ildir ki, tək şagird təhsil alır. Əgər Gülyaz da qonşu kəndə oxumağa göndərilsəydi, bu məktəb çoxdan bağlanacaqdı".

Müəllimə qeyd edir ki, məktəbdə işləməsi üçün onunla birillik müqavilə bağlanıb. Bu il həm müəllimənin müqaviləsi bitir, həm də məktəb bağlanır. Beləliklə, Gülyaz da digər şagirdlər kimi, tədrisini qonşu kənddə alacaq:

"Əslində, valideynlər mənim burada qalıb təhsil verməyimi istəyirlər. Kənddə hazırda üç hazırlıq sinfində olan şagird var. Lakin qaydalara görə, hazırlıq sinfində şagird sayı səkkizdən az olmamalıdır. Buna görə də məktəbdə yeni sinfin açılması mümkün olmadı. Həmçinin, kənddə əhali sayı da azdır, əksəriyyəti yaşlılardır. Beləliklə, növbəti tədris ilində Qarovulüstü kənd ibtidai məktəbi fəaliyyət göstərməyəcək".

Məktəb iki sinif otağından ibarətdir, lakin haradasa 30 il əvvəl tikildiyi üçün tamamilə təmirsizdir. Bir otaq yararlı olmadığı üçün orada odun və digər texniki əşyalar saxlanılır. Digər otaq isə tədris üçün istifadə edilir.

Ü.Məmmədova qeyd edib ki, tək şagird olmasına baxmayaraq, təhsili Gülyaz üçün əyləncəli etməyə çalışır:

"Gündə dörd saat tədris proqrama uyğun həyata keçirilir. Düzdür, bəzən hər ikimiz üçün də çətinlik olur. Bunu, əsasən, qruplarla işdə müşahidə edirik. Çünki sinifdə daha çox şagird olanda metodlardan, formalardan istifadə edib, daha yaxşı dərs keçə bilirsən. Amma bir uşaq olduğu üçün situasiyanı onun təsəvvüründə yaradıram, bəzən isə özüm onun sinif yoldaşı oluram. Özümü şagird yerinə qoyub, onunla iş qururam. Birtəhər çətinliklə dərsi keçirəm. Gülyazın sinif yoldaşları olmasa da, ondan soruşanda heç darıxmadığını deyir. Dərsə sevə-sevə gəlir və qavraması da yaxşıdır"./Oxu.az
Bir qızcığaz üçün məktəb: "Bəzən onun üçün şagird oluram" - FOTOBir qızcığaz üçün məktəb: "Bəzən onun üçün şagird oluram" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1226   Tarix: 23 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr