Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib, istintaqını DTX aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 30 dekabr 2023-cü ildə imzalanmış və 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş qanunla Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib.
BAKU.WS xəbər verir ki, Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edildi.
Bu əməllərə görə beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Həmin əməllərin xarici təşkilatlar və onların nümayəndələrinin tapşırığı ilə törədilməsi isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Cinayət Məcəlləsinin yeni 284-2-ci maddəsi isə müharibə vaxtı və ya döyüş şəraitində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu əməlləri törədənlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, ağır nəticələrə səbəb olduqda isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə üzləşəcək.
Məzmunundan göründüyü kimi, qeyd olunan əməllər dövrümüzdə ictimai təhlükəliliyinin yüksəkliyi, doğurduğu nəticələrin ağırlığı ilə əlaqədar kriminallaşdırılmışdır.
Qeyd olunan cinayətlərin ibtidai istintaqının aparılması Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 616 Tarix: 24 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu evlərə su VERİLMƏYƏCƏK - RƏSMİ
"2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə, bu təkcə suya aid deyil, qanunsuz tikilən və sənədi olmayan evlərə su, qaz, və işığın qoşulması qadağan olunub və bunun artıq cinayət məsuliyyəti də var". xəbər verir ki, bu fikirləri "Xəzər TV"də yayımlanan "Cavabdeh" adl
12 aprelAzərbaycanın bəzi rayonlarına qar yağdı
Azərbaycanın iki rayonuna qar yağıb. "Report"a istinadən xəbər verir ki, dünən gecə saatlarından başlayan qar səhərə qədər davam edib. Qar əsasən Daşkəsən rayonunun Əmirvar, Qaraqullar, Qabaqtəpə, Astaf kimi ucqar kəndlərinə və Gədəbəy rayonuna yağıb. Daşkəsəndə qar örtüyünün hündürlüyü təxminə
13 aprel7 yaşlı qız kanalda boğuldu
Tərtər rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 15 radələrində Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındakı kanala düşüb. O boğularaq vəfat edib. A.Mustafazadəni
11 aprelBakıda satılan "dinozavr çiyələyi": TƏCİLİ TƏDBİR GÖRÜLMƏLİDİ - VİDEO
Sosial şəbəkələrdə çiyələyin tez yetişdirilməsi üçün ona kimyəvi qarışıqlar vurulması ilə bağlı görüntülər yayılıb. Bildirilir ki, oxşar üsullardan kartof, soğan, göyərti, pomidor və digər tərəvəzlərin yetişdirilməsində də istifadə olunur. Çiyələklərin həddindən artıq iri, quru və dadsız olması məh
11 aprelAzərbaycanda həyat yoldaşına xəyanət edənləri BU CƏZA GÖZLƏYİR: YENİ QƏRAR
Azərbaycanda həyat yoldaşının xəyanəti hüquqi baxımdan müəyyən nəticələrə səbəb ola bilər. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir. Məhkəmələrdə iddia qaldırmaqla şəxsi və ailə münasibətlərindən doğan hüquqlar qorunur. Mənəvi təzminatın miqdarı zərərin dərəcəsi v
12 aprelXırdalanda yaşayanlara ŞAD XƏBƏR
Ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır. Bəs, tikinti işləri nə yerdədir?
12 aprel