İçməli su vasitəsi ilə VİRUS YAYILIR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, son günlər sosial şəbəkələrdə içməli suda Hepatit A virusunun olması ilə bağlı əssasız iddialar paylaşılıb.
Həmin səslərdə kimliyi məlum olmayan şəxslər xəbərdarlıq edir ki, suyun tərkibində virus var, uşaqlara qaynamamış su verilməsin.
Mövzu ilə bağlı BiG.AZ-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib ki, su ilə bağlı narahatlığa səbəb yoxdur:
"Bu gün suyun keyfiyyəti ilə bağlı narahatlığa heç bir əsas yoxdur, vəziyyət nəzarətdədir. Bütün mənbələrdən həm Bakıya, həm regionlara, həm Sumqayıta verilən su tam keyfiyyət standartlarına uyğundur".
Anar Cəbrayıllı vurğulayıb ki, bu yaxınlarda Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbəsində yayılan Hepatit A virusu xəstəliyinin də su ilə heç bir əlaqəsi yoxdur:
"Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları profilaktik tədbirlərlə əlaqədar "Azərsu" ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçiriblər. Müxtəlif nöqtələrdən, evlərdəki su çənindən, şəbəkə xətlərindən, mərkəzi anbardan su nümunələri götürüb yoxlayıblar. Heç bir kənarlaşma yoxdur. Bu gün içməli su standartlarına tam uyğundur. Həmin ərazi digər ərazilərdə olduğu kimi, keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunur. Qeyd edim ki, Bülbülə və Əmircan qəsəbələrini qidalandıran 54 Ramanı mərkəzi su anbarımız, Suraxanı və Sabunçunun böyük bir ərazisini içməli su ilə tam təmin edir".
Qeyd edək ki, Səhiyyə Nazirliyindən BiG.AZ-a verilən açıqlamada bildirilib ki, suyun tərkib göstəricilərinin yoxlanılması ilə bağlı mütəmadi olaraq monitorinqlər keçirilib.
"Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, qurum tərəfindən mərkəzləşdirilmiş qaydada içməli suyun tərkib göstəricilərinin yoxlanılması ilə bağlı mütəmadi olaraq monitorinqlər keçirilir. Monitorinqlərin nəticələrinə əsasən, "Azərsu" ASC tərəfindən əhaliyə verilən içməli suyun tərkib göstəriciləri qüvvədə olan dövlət standartları və normativlərinə cavab verir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1069 Tarix: 24 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
30 sentyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrAzərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30 sentyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabrBu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur
30 sentyabr