6 nömrəli məktəbdəki qalmaqalla bağlı direktordan AÇIQLAMA

6 nömrəli məktəbdəki qalmaqalla bağlı direktordan AÇIQLAMABakı şəhər 6 nömrəli məktəb-liseydə II sinif şagirdinin istismara məruz qaldığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Lent.az xəbər verir ki, bu barədə məktəb-liseyin direktoru Gülşən Orucova APA-ya açıqlamasında məlumat verib.

O bildirib ki, sözügedən məsələ ilə bağlı yanvarın 10-da onlara müraciət daxil olub və şikayətçi valideynə, yaxınlarına kamera görüntülərini izləmək üçün şərait yaradılıb.

"İddia edilirdi ki, hadisə yaxın günlərdə baş vermiş ola bilər. Biz hətta onlara dekabrın 4-dən bəri qeydə alınan bütün görüntülərə baxmaları üçün imkan yaratmışıq. Müraciət daxil olduqdan sonra bununla əlaqədar biz Səbail rayon Polis İdarəsinə rəsmi şəkildə müraciət etdik. Müraciətdən sonra oradan nümayəndə məktəbə gəldi və şagirdlərlə söhbət aparıldı. Prosesə psixoloq da cəlb olunub və onun iştirakı ilə da şagirdlərlə profilaktik söhbət aparılıb".

Direktor qeyd edib ki, aparılan araşdırma zamanı sadəcə 7-ci sinif şagirdlərinin telefonlarında onların yaş həddinə uyğun olmayan qeyri-etik videolar aşkarlanıb:

"Yəqin ki, həmin şagirdlər videonu öz aralarında bölüşüblər. Mən həmin gündən etibarən valideyn qruplarında aparılan yazışmalardan sonra valideynlərlə də ayrılıqda görüşdüm. Onlara bütün məlumatları verdik".

Direktor qeyd edib ki, hadisə ilə əlaqədar Elm və Təhsil Nazirliyinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Təhsil Agentliyinə də dərhal məlumat verilib, qurum rəsmiləri məktəbə gələrək vəziyyətlə tanış olublar:

"Zorakılıq faktı qətiyyən aşkarlanmayıb. Lakin sözügedən VII sinif şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün valideynlərinə onların məktəblərinin dəyişdirilməsi tövsiyə edilib. Ötən gün şagirdlərin başqa məktəbə yerdəyişmə edildiyi barədə məlumat yayılıb. Lakin yerdəyişmə mərkəzləşmiş sistem üzərindən aparılır. Bu gün biz sistemə baxmışıq, şagird yerdəyişməsi edilməyib. Sadəcə olaraq, mən açıqlama verəndə də onların məktəbdən çıxarılmadığı, sadəcə cümə günü məktəbdə olmadığını qeyd etmişdim. Təəssüf ki, bu barədə məlumat da təhrif olunmuş formada yayımlanıb".

Gülşən Orucova, həmçinin bildirib ki, hadisə ilə əlaqədar məktəbdə mühafizə sistemi gücləndirilib, müəllimlərin mərtəbələrdə növbətçiliyi artırılıb, psixoloqların işi gücləndirilib, bütün mərtəbələrdə, siniflərdə, hətta tualetlərin girişində kameraların sayı artırılıb:

"Övladının istismara məruz qaldığını iddia edən valideyn digər şagirdlərin məktəbdən uzaqlaşdırılmasını tələb edib. Lakin fakt öz təsdiqini tapmırsa, həmin şagirdlərin uzaqlaşdırııması barədə qərar qəbul edə bilmərik. Bu gün pedoqoji iclas da keçiriləcək. VII sinif şagirdlərinin valideynləri ilə bir daha söhbət aparılacaq".

Direktorun sözlərinə görə, istismara məruz qaldığı deyilən şagird məktəbdə təhsilini davam etdirir:

"Lakin valideyni onun məktəbinin dəyişdirilməsini istəyir. Uşağın psixoloji vəziyyəti də qaydasındadır, pozitiv vəziyyətdə olan şagirddir. Məktəblərdə şagirdlərə smart telefonlar qadağan olunub. 4 ildir biz bunlarla mübarizə aparırıq. Dərslər başlayanda mobil telefonlar yığılır və dərsdən sonra özlərinə paylanılır. Uşağa smartfon telefon ehtiyac deyil. Əlaqə saxlamaları üçün adi telefon da yetərlidir. Biz valideynlərə tövsiyə edirik ki, bu qaydalara riayət etsinlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1493   Tarix: 24 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr