Qarabağa məxsus üzüm sortları təsdiqlənib

Qarabağa məxsus üzüm sortları təsdiqlənibAzərbaycanda şərab istehsalı üçün ting istehsalı genişləndirilir.

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutun direktoru Vüqar Səlimov deyib.

O bildirib ki, 2023-cü ildən İnstitutun Şamaxı Üzüm Tingçilik Mərkəzi fəaliyyətə başlayıb:

"Artıq bu mərkəzdə dünya standartlarına uyğun olan, müasir tələbatlara cavab verən, üzüm istehsalçılarının, emal müəssisələrinin tələblərinə cavab verən, əsasən yerli texniki üzüm sortlarından ibarət filloksera zərərvericisinə qarşı davamlı calaq tinglər istehsal olunur.

Ötən il mərkəzdə 280 minə qədər yerli texniki üzüm sortlarından fillokseraya davamlı calaq tinglər istehsal olunub".

V. Səlimov deyib ki, yerli şərab brendlərinin istehsalında texniki sortlar mühüm əhəmiyyət kəsb edir:

"Şərabçılıqda ən önəmli məsələ milli şərab brendləridir. Yerli şərab brendlərinin inkişafı texniki üzüm sortlarından aslıdır.

Şamaxı Üzüm Tingçilik Mərkəzində "Bayanşirə", "Mələyi", "Mədrəsə" , "Xindoqnı", "Şirvanşahı" kimi yerli texniki üzüm sortlarından ilk dəfə olaraq calaq tinglər istehsal olunub. Bu sortlar milli şərab brendlərinin ixracının genişlənməsinə səbəb ola bilər".

O əlavə edib ki, İnstitutda milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortları sürətli üsullarla artırılır: "İstehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün yerli üzüm sortları aşkarlanıb toplanır".

Süfrə üzümün istehsalına toxunaraq, V. Səlimov bildirib ki, onun hesabına daxili tələbat, demək olar ki, tam ödənilir: "Ölkəyə idxal edilən quru üzüm əhalinin yalnız 20 % təlabatını ödəyir. Bu baxımdan quru üzüm sortlarının istehsalının genişləndirilməsi imkanları var".

KTN rəsmisi vurğulayıb ki, Azərbaycanda üzümçülük və şərabçılıq prioritet sahə hesab edilir:

"Bu sahənin inkişafı ilə bağlı bir neçə dəfə dövlət proqramları qəbul olunub. Hazırda "2018-2025-ci illərdə Azərbaycanda şərabçılıq inkişafına dair Dövlət Proqramı" icra edilir.

Burada qarşıya qoyulan hədəflərdən biri üzüm sahələrinin genişləndirilməsidir. Dövlət proqramına uyğun olaraq ölkədə yeni, müasir standartlara cavab verən üzüm bağları salınır. İl ərzində yeni salınan üzüm bağlarının sahəsi 7,1 % artıb. Ötən il 224,5 min ton məhsul yığılıb ki, bu, 2022-ci illə müqayisədə 5,6 % çoxdur".

V. Səlimov bildirib ki, Qarabağın nadir üzüm sortları yenidən çoxaldılır:

"İnstitut yerli üzüm sortlarının genetik müxtəlifliyini müasir üsullarla öyrənmək üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu ilə elmi əməkdaşlıq barədə müqavilə imzalayıb.

Müqaviləyə əsasən 2019-cu ildə Azərbaycana məxsus 70 sort-nümunə, 2022-ci ildə 174 sort nümunə, 2023-cü ildə isə 118 sort nümunə (cəmi 392) molekulyar genetik analiz olunub.

Bunlar arasında 30-a qədər Qarabağ və Şərqi Zəngəzur bölgəsinə məxsusu üzüm sortları da vardır.

Bu işlər yerli sortlarımızın təmiz genetik profillərinin müəyyən edilməsi, onların başqa ölkələr tərəfindən mənimsənilməsinin qarşısının alınması, gələcəkdə bioloji və genetik baxımdan təmiz sertifikatlı əkin materialının istehsalı məqsədilə həyata keçirilir.

Araşdırmalar nəticəsində Qarabağa məxsus onlarla sortun, o cümlədən "Qara lkeni", "Xindoqnı", "Qaraşirə", "Arayatlı" qara üzümü, "Azıx" üzümü və s. üzüm sortunun genom xəritəsi, molekulyar-genetik xüsusiyyətləri öyrənilib, ampelo və fenotipik deskriptorlarla təsviri həyata keçirilib.

Genetik analizlər nəticəsində sortların genetik cəhətdən təmiz profil olduğu təsdiqlənib"

Onun sözlərinə görə, Üzümçülük və Şərabçılıq ET İnstitutunda yeni, müasir və cihazlarla təhciz olunmuş "molekulyar-genetik laboratoriya" da artıq fəaliyyətə başlayıb. Burada ilk dəfə olaraq 94 yerli üzüm sortunun genom quruluşu tədqiq edilmiş və müqayisəli təhlil edilib.

Bu istiqamətdə işlər daha da genişləndirləcək. Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və Beynəlxalq Sort Kataloquna (VİVC) yerləşdirməsi onların milli sortlarımız olduğunu sübut etməyə imkan verir.

Yerli üzüm sortlarının rəqəmsal təsvir edilməsində yaşıl zoğ, cavan yarpaq, formalaşmış yarpaq, salxım, gilə və toxumların əsas diaqnostik əlamətləri, məhsullarının enokarpoloji və enokimyəvi göstəriciləri mühim rol oynayır, V. Səlimov əlavə edib .


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 861   Tarix: 24 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr