Lavrov: Qarabağda sülhməramlıların yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur
Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Ermənistana aidiyyatı yoxdur.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirilən mətbuat konfransında "Report"un ABŞ bürosunun sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu, Moskva ilə Bakının öz arasında olan məsələdir.
"Qarabağı hər kəs Azərbaycan ayrılmaz hissəsi kimi tanıyıb. Status məsələsi bağlanıb. Bizim orada faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil, bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan məsələdir. Hazırkı mərhələdə rus sülhməramlılarının mövcudluğu regionda sabitliyin möhkəmləndirməsində müsbət rol oynayır", - nazir vurğulayıb.
S.Lavrov bildirib ki, Vladimir Putin 2020-ci ildə müharibənin dayandırılmasında həlledici rol oynayıb: "Rusiya, Azərbaycan və Ermənistan arasında bəzi parametrləri, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyasını, ticarət və nəqliyyat əlaqələrinin bərpa edilməsi və sülh sazişinin imzalanmasını əhatə edən bir neçə üçtərəfli sənəd ən yüksək səviyyədə razılaşdırıldı. Son zamanlar müşahidə edirik ki, bütün bu razılıqların əldə olunmasından sonra qərbli həmkarlarımız Rusiyanın bu istiqamətdə irəliləyişə nail olmasını düzgün saymır. Onlar Azərbaycan və Ermənistanı Brüsselə, Parisə, Vaşinqtona, Praqaya çağırır. Yeri gəlmişkən, 2020-ci ildə də Praqada Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü 1991-ci il sərhədləri çərçivəsində tanıdığını bildirən sənəd imzaladı və Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bu o deməkdir ki, o vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 625 Tarix: 25 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabrOmbudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30 sentyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrQubada daha bir nəfər ağacdan yıxılıb öldü
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabr