Cinsi zorakılığa meyilliyi olan şagirdlərin digər məktəblərə göndərilməsi hansı fəsadlar yarada bilər? - AÇIQLAMA

Cinsi zorakılığa meyilliyi olan şagirdlərin digər məktəblərə göndərilməsi hansı fəsadlar yarada bilər? - AÇIQLAMAXəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəb-liseydə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qaldığına dair məlumatlar yayılıb. Bununla əlaqədar, VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib. Zorakılığa meyilliyi olan şagirdlərin digər məktəblərə göndərilməsi hansı fəsadlar yarada bilər?

Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Sonxeber.az-a açıqlamasında bildirib ki, paytaxt Bakıda şagirdlərimizin təlim-tərbiyəsi, onlara bilik verilməsi ilə 28 minə
yaxın müəllim məşğul olur. Ölkədəki pamdemiyadan sonra bizim uşaqlarımız, şagirdlərimiz arasında münasibətlər xoşagəlməz istiqamətdə irəliləyir:

" Belə ki, pamdemiya dövründə onlayn dərslədrdə iştirak etmək üçün bizim şagirdlərimizə verdiyimiz telefonlar, planşetlər kompüterlər onların yaş xüsusiyyətlərinə və psixologiyasına uyğun olmayan informasiyalar əldə etmək imkanı verdi. Bu günləri bizim müəllimlərimiz informasiya məsələlərində şagirdlərimizə uduzurlar. Əfsuslar olsun ki, sosial şəbəkələr və platformalardan şagirdlər əldə etdiyi informasiyaları, xoşagəlməz videoları, bilikləri məktəbdə dərs prosesində tətbiq edirlər. Dərsi pozurlar yaxud tənəffüs vaxtı hərhansı bir sinif yoldaşlarına, məktəb yoldaşlarına qarşı tətbiq edirlər. Bu yaxşı hal və tendensiya deyil. Bu gün şagirdlərin iştirakı ilə məktəblərdə baş verən zorakılıq hallarının sayında biz artım müşahidə edirik. Bu çox ciddi bir məsələdir. Bu gün Azərbaycan məktəblisi informasiyanı faydalı istifadə etməlidir. Amma informasiyadan istifadəni və yönləndirməni müəllim etməlidir. Bu günləri məktəblərdə zorakılıq, eyni zamanda təcavüz halları var. Bunun bir neçə səbəbi var. Təbii ki məktəblərdə kamera və ümumi nəzarətin aşağı səviyyədə olmasıdır. Bu gün məktəblərdə kamera nəzarəti ürəkaçan deyil. Məktəblərdə kamera nəzarəti bütün otaqlarda, şagirdlərin yerlərdə, istiqamətdə olmalıdır. Valideynlər eyni zamanda nəzarət etməlidir".

Ekspertin sözlərinə görə, bugünkü məktəblərdə kameralara valideynlər nəzarət edə bilmirlər:

"Ancaq məktəbin rəhbərliyi, əməkdaşları nəzarət edə bilirlər. Bununla bağlı, düşünürəm ki, məktəblərin hər birində kameralar valideynlərdə izləməlidir. Bu zaman baş verən neqativlərin sayını azaltmaq mümkündür. Bundan başqa növbətçilik prinsipin, xüsusən Azərbaycan təhsilində əhatə dairəsi genişləndirilməlidir. Bununla yanaşı məktəblərdə psixoloji pasport hazırlanmalıdır. Hansı uşaqlar zorakılığa meyillidirsə onlar qeyd edilməlidir. Digər tərəfdən biz məktəblərdə ildə bir dəfə analoji sorğu keçirməliyik. Biz məktəblərdə neqativliklərin, zorakılığın qarşısını almaq istəyiriksə mütləq şəkildə bu tədbirləri həyata keçirməliyik. Mən təklif etmişəm ki, məktəblərin nəzarətçi funksiyasında valideynlər cəlb olunmalıdır. Ayda bir dəfə məktəblərdə dərslərdə müşahidə aparılmalıdırlar. Qeyd etdiyimiz istiqamətlərdə ciddi problemlər var. Bu aradan qaldırıla bilər. Valideynlər əfsuslar olsun ki, zaman ayıra bilmirlər. Bununla da nəticə əldə edə bilmirlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1331   Tarix: 25 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr