İşdən çıxarılan baş həkim məhkəmə zalında həbs edildi
Bir neçə ay əvvəl Bakı şəhər Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilən Rauf İsfəndiyarov həbs edilib.
"Qafqazinfo" xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş açılan baş həkim bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınan müğənni Dəniz Əsədovanın vəkili R.İsfəndiyarov barəsindəki polisin nəzarəti altına verilmə qətimkan tədbirinin ləğvi və onun həbs edilməsi ilə bağlı vəsatətlə çıxış edib. Məhkəmə vəsatəti təmin edib.
Qeyd edək ki, keçmiş baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir. Ötən il də bu işlə bağlı həbs edilən R. İsfəndiyarov daha sonra ev dustaqlığına buraxılmışdı.
Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1113 Tarix: 25 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu şəxslərə ayda 2200 AZN VERİLİR - SİYAHI
Məlum olduğu kimi,Azərbaycanda Vətənin müdafiəsi uğrunda iştirak etmiş və Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə aylıq təqaüd verilir. Bəs,Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği nə qədərdir?. xəbər verir ki, Vətən müharibəs
12 aprelAzərbaycanda bu avtomobillərə taksi fəaliyyəti QADAĞAN EDİLƏCƏK - RƏSMİ
Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək. "Yeni Sabah" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb. Sənəddə qey
12 aprelBu ərazilərdə işıqlar sönəcək
Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. report-a istinadən xəbər verir ki, bu gecə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinə verilən sifariş əsasında 110/10 kV-lu
11 aprelEldar Mahmudovun oğlu üç ailənin evini dağıdır
Bakıda üç ailə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun iddia tələbi səbəbindən evsiz qalmaq təhlükəsi ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Məmməd Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Səbail rayonu, Nizami küçəsi, 706-c
10 aprelPrezident balaca Ayazın ailəsinə "Kamaz" hədiyyə etdi (VİDEO)
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev martın 17-si Xocavənd rayonunun Xanoba kəndində sakinlərlə görüş zamanı balaca Ayazla da söhbət edib. Səmimi dialoq zamanı azyaşlı ölkə başçısından "Kamaz" markalı yük avtomobili istədiyini bildirib. -ın "Teleqraf"a istinadən məlumatın
11 aprel