"Azərbaycan vətəndaşlarının evlərinə qayıtmağı AŞPA-nı ciddi narahat edib" - DEPUTAT
"Məlum olduğu kimi artıq Azərbaycan AŞPA dakı nümayəndəliyinin fəaliyyətini dayandırdı. 2001-ci ildən bu günə kimi olan dövrün təcrübəsi göstərir ki, ermənipərəst qüvvələr hər zaman dövlətimizə təzyiqlər etməyə çalışıb. Lakin əldə heçnə etmədikdə isə qarayaxma kampaniyasına başlayıb".
Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, AŞPA 23 oktyabr 2023-cü il tarixində "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul etdi:
"Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələdi. Təbii ki, Azərbaycan dövləti də layiqli cavabını ifadə etməkdə gecikmədi.
Əslində bu təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında məhz AŞPA rəhbərliyinin olduğu da bilinən faktdır. Elə AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Lakin bu qərar elə qurumun özlüyündə də fikirayrılıqlarına səbəb oldu.Qərarın ədalətsiz olduğunu dilə gətirən deputatlarda az deyil".
Deputat vurğulayıb ki, indiyənə kimi AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini "ermənilərin hüquqları" təşkil edib:
"AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik "Laçın dəhlizinin blokadaya alınması"nı qınayan, eləcə də "Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazisini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı"nı pisləyən qətnamələr qəbul edib. Bir sözlə bu qurum Azərbaycanın qələbəsindən narahatlığını açıq şəkildə ifadə etdi, ədalətin təmin olunması, doğma yurdlarından didərgin düşmüş Azərbaycan vətəndaşlarının evlərinə qayıtmağı AŞPA-nı ciddi narahat edib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1379 Tarix: 25 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrBu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur
30 sentyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabr