"Avropa Şurası qərəzli, ədalətsiz yanaşmasından əl çəkmək istəmir" - Əhliman Əmiraslanov
"Avropa Şurası Parlament Assamleyasında anti-Azərbaycan mövqenin əsassız iddialarla, bəhanələrlə ifadə edilməsi təəssüf doğurur".
Bunu Sonxeber.az-a danışan deputat Milli Məcisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov bildirib.
Deputat qeyd edib ki, onlar fikirlərini bu şəkildə əsaslandırırlar ki, Azərbaycan Avropa Şurasının nümayəndələrini Laçın dəhlizinə buraxmayıb və Avropa Şurası ölkəmizdə prezident seçkilərini müşahidə etmək üçün dəvət olunmayıb:
"Lakin Avropa Şurası həmin təşkilatdır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ildən bu təşkilata üzv olmaq üçün müraciət edib. Əslində bizim o zaman bu təşkilata üzv olmaq üçün müraciət etməyimizin əsas səbəbi keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı idi. Yəni, o zamanlar Azərbaycan ərazisinin bir hissəsi işğal altında idi. 1992-ci ildə etdiyimiz müraciətə təxminəm 10 ildən sonra Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu, hücum xarakterli diplomatıyanın nəticəsində cavab verildi və 2001-ci ildə Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü oldu. Avropa Şurasına üzv olduqdan sonra Azərbaycan ilə bu qurum arasında münasibətlər çox yüksək səviyyədə olsada, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Lakin münasibətlərin yüksək səviyyəsinə baxmayaraq, torpaqlarımızın 30 ilə yaxın işğal altında olduğu dönəmdə Avropa Şurası tərəfindən Ermənistana qarşı hər hansı ciddi bəyanat səsləndirilmədi, heç bir sənəd qəbul edilmədi".
Deputat vurğulayıb ki, məhdudiyyətlə bağlı addımın atılmaması bizə onu deməyə əsas verdi ki, artıq Avropa Şurası da qərəzli, ədalətsiz yanaşmasından əl çəkmək istəmir:
"Təbii ki, bu hadisə, günümüzdə ən çox təşkilatlanmış region olan Avropanın və onun təşkilatlarının nüfuzuna çox ciddi zərbədir. Məlumdur ki, tarixən Fransa Avropa Şurası və onun Parlamentində "meydan sulayır" və bu işdə Almaniyanı da təsir dairəinə salır. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Fikrimcə, Avropa Şurası və üzv dövlətlər bu məsələdə həssaslıq göstərməlidir. Çünki Azərbaycan dövləti 90-cı ilərin dövrünü yaşamır. Bu gün Azərbaycanla zor dilində danışmaq, ona yuxarıdan aşağı baxmaq və maraqlarını heçə saymaq nəinki Avropa Şurasına, heç bir təşkilata və dövlətə müsbət heç nə qazandırmayacaq. Bu baxımdan, AŞPA "ideoloqları" anti-Azərbaycan fəaliyyətinin bumeranq effekti verəcəyini bilməli idilər. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı alqışa layiq haldır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar