Azərbaycanda uşaqlara cinsi zorakılıq edən şəxslərə qarşı edam cəzası bərpa edilə bilər? - ARAŞDIRMA
Uşaqlara qarşı cinsi və fiziki zorakılıq halları ölkə gündəmini zəbt edib. Son yayılan xəbərlərdən sonra artıq cinsi zorakılıq halları cəmiyyətdə, o cümlədən dövlət qurumlarında müzakirə olunur. Bəzi ölkələrdə belə hadisələrə görə ölüm cəzası tətbiq edilir. Bəs Azərbaycanda ağır cinayətlərə, xüsusilə, uşaqlara cinsi zorakılıq edən şəxslərə qarşı edam cəzası bərpa edilə bilər?
Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu, hüquqşünas Sahib Məmmədov Sonxeber.az-a açıqlama verib. Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, ölümlə bağlı edam cəzası bərpa etməyə ehtiyac yoxdur. Bu cəzanın tətbiqi problemlər yarana və ölkənin nüfuzuna da zərər vura bilər:
"Amma ölkədaxilində sərt tədbirlər həyata keçirməliyik. Yəni uşaqlara qarşı, cinsi və fiziki zorakılıq olduğu hallar əksəriyyətini aşkar edib və ictimailəşdirməliyik. Həmin hallara yol verən şəxslərə çox ciddi cəza verilməlidir. Eyni zamanda bununla bağlı cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır. Əsas burada ictimai qınaq gücləndirilməlidir ki, hər hansı bir yerdə uşağa cinsi zorakılıq edən adam öz əhatəsi tərəfindən ciddi güclü təzyiqə məruz qalsın. Əvvəllər xəyanət məsələləri ortaya çıxanda kəndlərdə həmin insana qarşı münasibət yaranırdı ki, o şəxs ölsə daha yaxşı idi. Gərək daha çox ictimai qınaq, maarifləndirmə və sərt cəza tədbirləri kompleks şəkildə həyata keçirilməlidir. Bununla bağlı bir konsepsiyamız olmalıdır".
Hüquqşünas Sahib Məmmədov bildirib ki, edam cəzası hazırda dünyanın 105 ölkəsində mümkündür. Amma baxır hansı əmələ görə verilir:
" Öz qanunvericilimiz bir yana, bir neçə beynəlxalq sənədə qoşulmuşuq ki, ölüm hökmünün ləğvi ilə bağlıdır. O cümlədən Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 2-ci Fakutativ Protokoluna qoşulmuşuq. O cümlədən Avropa Konvensiyasına əlavə olan fakutativ protokola qoşulmuşuq. Eyni zamanda öz qanunvericilimiz ilə ölüm hökmü bizdə nəzərdə tutulmayıb. Ölüm hökmü niyə qadağan olunur? Ona görə yox ki, bu adekvat cəza deyil. Elə cinayət əməlləri var ki, edam cəzası ona tam adekvatdır. Amma bunun yeganə səbəbi isə ölüm hökmü yeganə cəza növüdür ki, şəxsin sonradan günahsızlığı müəyyən olunarsa yaxud cəzasının Amma bunun yeganə səbəbi isə ölüm hökmü yeganə cəza növüdür ki, şəxsin sonradan günahsızlığı müəyyən olunarsa yaxud cəzasının həmin cəza olmasa onun hüquqlarını bərpa etmək mümkün olmur. Yalnız bu səbəbə görə, ölüm cəzasının tətbiqi dünyada məhdudlaşdırılır. Çünki yüzlərlə hallar olur ki, məsələn elə ABŞ-nin özündə belə vəziyyət var ki, minlərlə şəxs edam cəzasına məhkum olur. Sonra illər sonra aydın olur ki, onun günahı yoxdur. Yaxud törətdiyi əməl daha yüngül idi. Sonra onun hüquqlarını bərpa etmək olmur. Amma digər hallarda tutaq ki, şəxsə 20-30 il azadlıqdan məhrum etmə cəzası verilir. Tam yaxud qismən çəkir, bəraət və kompensasiya alır. Hər halda o hüquqlarını təmin edə bilir. Bu cəzanın tətbiqinə razı deyiləm. Çünki istintaq səhvlərinin, məhkəmə araşdırmalarında səhvlər çox baş verdiyi ölkələrdə belə cəzanın tətbiqi düzgün deyil. Amma ömürlük cəza olmalıdır. Yüksək illər daha çox ola bilər. Edam cəzasına hüquqi baxımından geri dönüş ola bilər. Qoşulduğumuz beynəlxalq normalardan çıxmaq (denonsasiya) etmək olar. Qanunvericilikdə dəyişiklik etmək olar və ölüm cəzasını bərpa etmək olar. Amma mən bunu məqsədəuyğun hesab etmirəm".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar