Van Damm yeni komediyada çəkiləcək
Jan-Klod Van Damm "Bağban" (Le jardinier) komediyalı döyüş filmində baş rolu ifa edəcək. Filmin çəkilişlərinə 2024-cü il fevralın 5-də Belçika və Fransada start veriləcək.
Lent.az xəbər verir ki, layihənin rejissoru qismində David Şaron çıxış edəcək, Van Damm onunla "Son muzdlu" filmində artıq əməkdaşlıq edib. Bu film 2021-ci ildə "Netflix" yayım kanalının əsas hitlərindən birinə çevrilib. Şaronun digər işləri arasında Omar Si ilə "Zarafatsız" və Daniel Otoy ilə "Gəmi qəzasından sonra sağ qalanlar" yer alıb.
Filmin süjeti hansısa dövlət sirrinə çıxışı olduğu üçün hökumət məmurlarının "qara" siyahısına düşən, indi isə ölüm təhlükəsi qarşısında olan Serj və onun ailəsi haqqındadır. Xilas olmaq üçün ailə hiyləgər plan hazırlayır, onların Leo adlı qəribə bağbanları bu planın icra olunmasında müəyyən rol oynayır.
Layihədə Van Damm ilə yanaşı, baş rollardan birini Maykl Yun ifa edəcək ("Şef"). Filmdə, həmçinin Navel Madani, Kaaris, Raqnar Le Breton və digərləri çəkiliblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 821 Tarix: 26 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb
Türkiyənin Çanaqqala vilayətində sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb. "Report" bu barədə "İxlas" Xəbər Agentliyinə istinadən xəbər verir. Məlumata görə, Ankara-Çanaqqala marşrutu ilə hərəkət edən avtobus Biqa rayonunun girişində idarəetmədən çıxaraq aşıb
24 mayAvtomobil bazarında yeni böhran: Sintetik yağlara limit qoyuldu
"Nissan" və "Toyota" şirkətləri sintetik mühərrik yağlarının tədarükünə limit tətbiq etməyə və dilerlərə göndərilən həcmləri azaltmağa başlayıblar. "Carscoops" nəşrinə istinadən xəbər verir ki, sürtkü materialları böhranı günü-gündən daha da kəskinləşir. Avtomobil istehsalçılarını
24 mayABŞ gündəmini silkələyən xəbər: Donald Trampın oğlu gizli evləndi
ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Jr. model Bettina Anderson ilə gizli şəkildə evlənib. xəbər verir ki, bu barədə "People" nikah sənədinə istinadən məlumat yayıb. Məlumata görə, toy mərasimi Florida ştatının Uest-Palm-Biç şəhərində Bettina Andersonun bacısı Kristinanın evind
24 mayPentaqon rəhbəri hərbçilərin sayını artırmağı planlaşdırır
ABŞ, ordusundakı hərbçilərin sayını 2027-ci ilə qədər artırmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib. "Gələn il ordunun sayını artırdığımız zaman daha da böyük olacaq", - deyə o bildirib. Pentaqon rəhbəri əlavə edib ki, ABŞ ordusu 2026-c
24 may"Qiyamət günü radiosu" yenidən efirdə: Sirli mesaj yayımlandı
"Qiyamət günü radiosu" kimi tanınan UVB-76 stansiyası ardıcıl ikinci gündür efirə çıxaraq yeni şifrəli mesaj yayımlayıb. xəbər verir ki, məlumat stansiyanın "Telegram" kanalında paylaşılıb. Efirə verilən mesaj belə olub:. "TОD3 U352 DXQЕ 94066 09270 32781 SКАZОPАТ 7507 4374 SNOPOTYU
24 mayGünəşdə güclü partlayışlar gözlənilir
Mayın 26-27-də Günəşdə partlayış aktivliyinin aşağıdan orta dərəcəliyə qədər olacağı, eyni zamanda, yüksək X sinfindən partlayışların ola biləcəyi proqnozlaşdırılır. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "26 və 27 may tarixlərində Günəşd
26 mayTramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çin lideri onu tənqid edərkən Yaponiyanın Baş naziri Sanae Takaiçini dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri Shimbun" qəzeti hökumət mənbələrinə istinadən yazıb. Nəşri
24 may