Şəhid ailələrindən çəkiliş üçün pul alan kanal rəhbərinə hökm oxundu
Dələduzluqda təqsirləndirilən "İnform Xəbər TV" "YouTube" kanalının rəhbəri, 1971-ci il təvəllüdlü Azər Kazımova hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, Qax Rayon Məhkəməsi Azər Kazımovu Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilib.
Məhkəmə A.Kazımovun 4 sentyabr 2023-cü ildən 18 yanvar 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanılmasını nəzərə alaraq 2 il 3 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası verib. Onun üzərinə elektron qolbaq taxılıb.
Qeyd edək ki, Azər Kazımov jurnalist və TV rəhbəri olduğunu bildirərək Şəhla adlı qadından şəhidlər barəsində kitab çap etdirəcəyini deyərək 7 min manat pul alıb. Lakin o, vədinə əməl etməyərək vəsaiti ələ keçirib.
Daha əvvəl də A.Kazımov barəsində şəhidlərlə bağlı materialların hazırlanması ilə bağlı onların ailələrindən pul alması barədə məlumatlar ictimailəşib.
Həmçinin məlum olub ki, Azər Kazımovun bacısı Məxluqə Yusifova Azərbaycanın ilk şəhidlərindəndir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 953 Tarix: 27 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrKürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabr