Fuad Hüseynəliyev: "Separatçılar Qarabağ ermənilərini regiondan çıxmağa məcbur etdilər" - VİDEO
"Azərbaycan Qarabağa qayıdacaq ermənilərə ölkənin qalan əhalisində olan hüquqları verməyə hazırdır. Ötən il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən sonra onların bir çoxu həyatları və təhlükəsizlikləri üçün bilavasitə təhlükə olmamasına baxmayaraq, separatçı rejim nümayəndələrinin təhdid və hədə-qorxularının təzyiqi altında regionu tərk etmək qərarına gəliblər".
Bunu "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Ukraynanın "Daily Europe Online" platformasının efirində deyib.
Onun sözlərinə görə, separatçılar Qarabağ ermənilərini Azərbaycanda yaşaya bilməyəcəkləri, qisas və məhv olmaq təhlükəsi ilə qorxutdular: "Əslində, belə bir şey olmayıb".
F.Hüseynəliyev qeyd edib ki, separatçı liderlərin çoxsaylı çağırış və təhdidlərinə baxmayaraq, bir çox erməni hələ də Qarabağı tərk etməyib:
"Xankəndidən Ermənistana gedən yolda uzun tıxac yarandığından Azərbaycan sərhədçiləri və polisi erməniləri su və yeməklə təmin edirdilər. Bununla bağlı çox sayda videokadr var. Bu yol vasitəsilə qısa müddət ərzində bu qədər insan tez bir zamanda gedə bilməzdi. Hər kəsin sərbəst keçidinə şərait yaradılmışdı. Yalnız separatçıların bir neçə başçısı saxlanılıb".
O vurğulayıb ki, Azərbaycan Qarabağ münaqişəsinin davam etdiyi dövr ərzində bir çox beynəlxalq platformalarda təzyiqlərlə üzləşmişdi və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi ilə bağlı son qətnaməsi ikiüzlülüyün ən yüksək zirvəsi idi:
"Qətnamədə hətta digər məsələlərlə yanaşı, insan hüquqlarının vəziyyəti ilə bağlı bir neçə məqama da toxunulub. İddia olunub ki, guya Azərbaycan öz ərazisində - Qarabağ regionunda yaşayan erməniləri zorla çıxarıb. Əlbəttə ki, belə bir şey olmayıb. Azərbaycan 2023-cü ilin sentyabrında lokal antiterror tədbirləri zamanı öz ərazisi üzərində tam suverenliyini təmin edib".
"Report" İnformasiya Agentliyinin direktoru söyləyib ki, əvvəllər heç bir üçüncü tərəf artıq başa çatmış münaqişənin həlli üçün Azərbaycan və erməni icmalarının yaxınlaşmasını, Cənubi Qafqazda sabitlik və rifahın bərqərar olması üçün onlar arasında danışıqların keçirilməsini təmin edə bilməyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?