Meyxanaçı Ağamirzə: "Necə deyim ki, sən meyxanaçı deyilsən?"

Meyxanaçı Ağamirzə: "Necə deyim ki, sən meyxanaçı deyilsən?""Fərqli meyxana deyənlər var, onları sıradan çıxarmaq lazımdır".

Bunu tanınmış meyxanaçı Ağamirzə Məmmədov "Teleqraf"ın suallarını cavablandırarkən deyib.

Onunla müsahibəni təqdim edirik:

- Ağamirzə müəllim, meyxananın hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

- Hazırkı səviyyə əladır, yaxşı meyxanaçılarımız var.

- Sizcə, son vaxtlar televiziyalarda meyxana sahəsinə və meyxanaçılara az yer verilməsinin səbəbi nədir?

- Əvvəllər meyxanaya həsr edilən proqramlarımız çox idi. Bununla belə, qeyd etdiyim kimi, bu gün meyxana sahəsinin səviyyəsi yaxşıdır. Meyxanaçılar arasında istedadlı gənclərimiz yetişir. Kim deyirsə, meyxana gözdən düşüb, yalan deyir.

- Meyxananın üslubunda nə kimi əskik tərəflər var, söz ustadı olaraq bu sahədə nələri dəyişmək istərdiniz?

- Elə bir sahə yoxdur ki, orada əskikliklər, nöqsanlar olmasın. İş olan yerdə nöqsan və çatışmazlıqlar da olmalıdır. Dediyim kimi, əvvəlki illərlə müqayisədə meyxananın səviyyəsi daha yüksəkdir. Burada hamımızın zəhməti var.

- Sizcə, meyxana sahəsində nəyi düzəltməyə ehtiyac var?

- Fərqli meyxana deyənlər var, onları sıradan çıxarmaq lazımdır. Yəni qeyri-peşəkarlar mövcuddur. Amma kimə deyim ki, "sən meyxanaçı deyilsən", "sən pis meyxana söyləyirsən". Bu ixtiyar əlimizdə yoxdur. Sosial şəbəkələrdə istədiyi meyxananı deyir, istədiyi meyxananı yazır, təqdim edir. Sosial media hesabında canlı yayım açır. Bunların qarşısını almaq mümkünsüzdür. Təbii, bu sahədə ciddi problem olsa, ciddi də ölçü götürərik. Bunlar ciddi problemlər deyillər.

Meyxana sahəsində ciddi problemlər olsa, hamımız ayağa qalxarıq. Maşallah, bizim yanımızda ordu var - meyxana deyənlər... Mən hansı bir meyxanaçıya desəm ki, gəlin bir araya toplaşaq, filan məsələni həll edək, 99 faizi hazırdır. Onlar dediyimi təsdiqləməyə və dəstək olmağa hazırdırlar.

- Gənclər meyxanaçı Balaəli Maştağalını daha çox sevirlər. Bununla razısınızmı?

- Bəli, Balaəli Maştağalını mən özüm də sevirəm. Yaxşı meyxana deyəndir, hazırcavabdır. Yalnız Balaəli Maştağalı deyil, bir neçə meyxanaçı var ki, çox sevilir. Balaəli çox ağıllı, tərbiyəli və böyüyə qulaq asan oğlandır.

- Bir çox meyxanaçı meyxanadan mahnı janrına keçib, Namiq Qaraçuxurlu, Pərviz Bülbülə...
- Bir ara bu hal dəhşət idi. Bir çoxu musiqili meyxanaya qaçdı, sonra gördü ki, alınmır. Bu sahənin bir neçə ustadı var, yalnız onlarda gözəl alındı. Mən də onları dəstəkləyir və alqışlayıram.

Dəfələrlə bir neçəsinə dedim ki, ay bala, meyxana deyənsənsə, meyxananı söylə, müğənnisənsə, müğənniliyini et. Bir-iki meyxanaçıda musiqili meyxana yaxşı alındı, digərləri də elə zənn etdi ki, onlarda da keyfiyyətli alınacaq. Gördülər ki, keyfiyyətli iş ortaya çıxmadı, yerlərində oturdular. Namiq Qaraçuxurlu, Pərviz Bülbülə, Vüqar Maştağalı, Vasim Əzizovda bu janr gözəl alındı, başqalarında yox.

- Samirə Yusifqızıdan başqa qadın meyxanaçı yoxdur. Necə düşünürsünüz, bu sahə yalnız kişilər üçündür?

- Samirə Yusifqızıdan başqa bir neçə qadın meyxanaçımız da var, Mətanət Naxçıvanlı və başqaları.

- Ümumiyyətlə, xanım və meyxana sənəti nə dərəcədə bir-birinə uyğundur?

- Meyxana olduqca çətin sənətdir. Çox böyük istedad tələb edir. Məsələn, Samirə Yusifqızıda meyxana alınır, Mətanət Naxçıvanlı normal meyxana deyir. Meyxana deyənlərdən bir çoxu bəzi Xalq artisti və Əməkdar artistimizdən ustadır. Məsələn, Əməkdar artistlərdən biri ildə iki mahnı yazdırır, yarımsaatlıq toy mərasimlərində iştirak edir.

Amma meyxana sahəsi elə deyil, hər gün təzə meyxana deməlisən. Bunun üçün savad və güc lazımdır. Biz hər gün meyxana meydanında oluruq. Elə bir meyxana meydanı olmur ki, oradan tərlə çıxmayım.

Bəzi müğənnilər isə ildə beş-altı mahnı yazdırır və məclislərdə yalnız fonoqrama oxuyur. Bunlarla meyxana deyənləri necə eyni çəkiyə qoymaq olar?! Hər dəfə məclisə gedəndə yenə də sözün yaxşı mənasında həyəcan keçirirəm, yaxşı meyxana demək üçün... Meyxana sahəsi çox çətin sənətdir.

- Həmkarınız, meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti necədir?

- Ağakərimin səhhəti yaxşı deyil. Necə var, elə də davam edir, nə danışır, nə hərəkət edir. Ailəsi, yaxınları sağ olsunlar, əziyyətini çəkirlər. Allah ailəsinə, yaxınlarına səbir versin! Allah dostuma şəfa versin! Mən ziyarətinə gedəndə üzümə baxır, tanıyır, amma heç nə büruzə vermir. Deyəndə ki, bildin kim gəlib, başını tərpədir ki, hə.

- Bir müddət əvvəl Ağakərimə baş çəkib, sosial şəbəkələrdə paylaşım edən sənətçiləri tənqid etmişdiniz...

- Əslində, sosial şəbəkədə Ağakərimin o vəziyyətdə videosunu paylaşmağı düzgün hesab etmirəm. Mən də bir-iki dəfə sosial media hesabımda paylaşım etdim.

Onu da deyim ki, elə sənətçilər var, bir dəfə də Ağakərimin yanına gəlməyiblər. Onu ziyarət edənlər barmaqla sayılası qədərdir.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1097   Tarix: 27 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Məni silkələyən ikinci belə hadisə olmayıb"

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın

29 sentyabr
.

Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi "Nəyindən narahatsan" adlı duet artıq dinləyicilərə təqdim olunub. BİG.AZ xəbər verir ki, sənətçilərin yeni layihəsi ötən gün açıqlanmışdı. Üzeyir Mehdizadə sosial şəbəkə hesabında Alim Qasımovla birgə görüntülərini paylaşara

19 sentyabr
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20 sentyabr
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

15 sentyabr
.

Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə

20 sentyabr
.

"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO

Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl

17 sentyabr
.

"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"

Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl

20 sentyabr
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13 sentyabr
.

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi - FOTO

Bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə iddialar yayılmışdı. Respublika Psixiatriya Xəstəxanası yayılan iddiaları təkzib etsə də, Səhiyyə Nazirliy

13 sentyabr