"Volt Azərbaycan"ın qanunsuz fəaliyyəti RƏSMƏN TƏSDİQLƏNDİ

"Volt Azərbaycan"ın qanunsuz fəaliyyəti RƏSMƏN TƏSDİQLƏNDİAzərbaycanda çatdırılma xidməti ilə məşğul olan "Volt Azərbaycan" MMC ilə bağlı şikayətlər var.

İddia olunur ki, şirkət Azərbaycanda qanunsuz olaraq məktub və bağlamaların daşınması ilə məşğul olur. Hansı ki, belə xidmətlərin göstərilməsi üçün xüsusi lisenziya tələb olunur. Bildirilib ki, "Wolt"un belə lisenziyası yoxdur.

Nəticədə məktub və bağlamaların daşınması bazarında haqsız rəqabət hökm sürür.

Qeyd edək ki, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan sorğuda qeyd edilən şirkət ("Volt Azərbaycan" MMC-red.) və digər şəxslərin aşkar edilməsi vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilən operativ vergi nəzarətinin predmetlərindən biridir və qanunsuz sahibkarlıq tərkibini yaradan bu əməllərin səlahiyyətli orqanlar tərəfindən aşkar edilməsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə nəticələnir.

Bu da "Volt Azərbaycan"ın məktub və bağlamalar çatdırılması xidmətini lisenziyasız həyata keçirdiyini təsdiqləyir.

Bildirək ki, bu BAKU.WS-in "Volt Azərbaycan" qanunsuz fəaliyyəti ilə bağlı iddiaları nə dərəcədə əsaslı olmasını müəyyənləşdirmək üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanladığı sorğuya cavabda əks olunub.

Məsələnin hüquqi tərəflərini öyrənmək üçün hüquqşünas Şamil Paşayevə müraciət etdik. O, BAKU.WS-ə açıqlamasına bildirdi ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma Azərbaycan respublikasının cinayət və inzibati xətalar məcəlləsinin tələbinə əsasən məsuliyyətə səbəb ola bilər. Burada dəymiş zərər və ziyana görə bunu daha aydın demək mümkündür:

"Azərbaycan respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada xüsusi razılıq, lisenziya tələb olunduğu halda razılıq almadan, həmçinin lisenziyalaşdırma şərtlərinin pozulması ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olma cinayət məsuliyyətinə səbəb olur. Burada vurulan ziyanın məbləğinə adekvat olaraq cəzaların artması da mümkündür".

Ş.Paşayev onu da qeyd etdi konkret olaraq Azərbaycanda sürətli poçtdaşıma xidməti lisenziyalaşdırılmış fəaliyyət növü hesab edilir. Bu lisenziyanı almadan bu kimi fəaliyyətlə məşğul olan fiziki şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Belə hallarda hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır:

99-5.1.1. cərimə;

99-5.1.2. xüsusi müsadirə;

99-5.1.3. hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;

99-5.1.4. hüquqi şəxsi ləğv etmə.

Nazirlikdən sorğumuza həmçinin bildirilib ki, :"Poçt haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən "Poçt göndərişi – poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün qəbul edilmiş poçt kartları, məktublar, teleqramlar, pul baratları, banderollar, kiçik paketlər, sekoqramlar, xüsusi "M" kisələri, bağlamalar" hesab olunur. Həmçinin, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsinə əsasən sürətli poçt xidməti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxildir və bu fəaliyyət növü üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.

Göstərilənlərlə yanaşı qeyd etmək istəyirik ki, İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin qeyd hissəsində təsbit edilmişdir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Bu formada fəaliyyət göstərən şəxslər "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən haqsız rəqabətə və inhisarçılığa yol verilməməsi prinsiplərini kobud şəkildə pozurlar.

Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.6-cı maddəsinə əsasən, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan sorğuda qeyd edilən şirkət və digər şəxslərin aşkar edilməsi vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilən operativ vergi nəzarətinin predmetlərindən biridir və qanunsuz sahibkarlıq tərkibini yaradan bu əməllərin səlahiyyətli orqanlar tərəfindən aşkar edilməsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə nəticələnir.

Xatırladaq ki, hələ 2021-ci ilin 30 iyununda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən çatdırılma xidmətləri bazarında rəqiblərin üzərində əsassız üstünlük qazanmaq məqsədilə haqsız rəqabətə və antiinhisar qanunvericiliyinin pozulmasına yol verdiyi üçün "Volt Azərbaycan" MMC barədə tədbir görülmüşdü.

Belə ki, araşdırma zamanı məlum olub ki, "Volt Azərbaycan" MMC iaşə müəssisələri ilə bağladığı müqavilələrdə əsas tələb kimi yalnız özünün müstəsna kuryer (çatdırılma) xidməti göstərən şirkət olması şərtini qoyub.

Bununla əlaqədar "Volt Azərbaycan" MMC tərəfindən "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulub.

Qanun pozuntusu hallarının aradan qaldırılması barədə "Volt Azərbaycan" MMC-nin qarşısına tələb qoyulub və haqsız rəqabətə yol verdiyi üçün müəssisəyə maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, şirkətə qarşı iş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin araşdırılması zamanı qaldırılıb. Haqsız rəqabət halları ilə rastlaşan sahibkarlar yazılı şəkildə və ya 498-15-01, 498-15-04 nömrəli telefonlar vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1045   Tarix: 30 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr