Küçədə insanları narahat edən yeniyetmənin atası biznesmendir - FOTO
Son günlər küçədə və ictimai nəqliyyatda insanları narahat edən yeniyetmənin paylaşdığı videolar sosial şəbəkələrin gündəminə çevrilib. "Jalilov" adı ilə "TikTok"da məşhurlaşmış şəxsin öz iştirakı ilə lentə aldığı görüntülər müzakiərələ səbəb olub. Belə ki, küçədə gedən yaşlı qadını qucağına götürərək videosunu paylaşan şəxsin hərəkətləri birmənalı qarşılanmayıb. Daxili İşlər Nazirliyi isə yeniyetmənin hərəkətləri ilə bağlı görüntülərin araşdırıldığını və əlavə tədbirlərin görüləcəyini açıqlayıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, "Jalilov" adı ilə "TikTok"da məşhurlaşmış şəxsin atası Nihad Cəlilovun adı bir neçə il əvvəl mətbuatda hallanıb.
Belə ki, biznes fəaliyyəti ilə məşğul olan Nihad Cəlilovun 2022-ci ildə ölkədən çıxışına qadağa qoyulub. Buna səbəb isə onun dövlətə vergi borcunu ödəmədiyi olub. Həmin vaxt Bakı Kommersiya Məhkəməsində Dövlət Vergi Xidmətinin qaldırdığı iddiaya baxılıb. Məlum olub ki, onun rəhbəri olduğu "Armada Distrubition" adlı şirkətin dövlətə 6 min manat vergi borcu var. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda Nihad Cəlilovun ölkədə çıxışına qadağa qoyulması ilə bağlı qərar verilib.
Hazırda da sözügedən şirkətin vergi borcu mövcuddur.
Xatırladaq ki, "Jalilov" adı ilə "TikTok"da məşhurlaşmış şəxsin Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir və o, babasının adını daşıyır.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2825 Tarix: 30 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Oğlum onun qurbanlarından biri olub" - Həbs edilən sahibkarın atası
Ötən ilin 21 noyabrında Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə həbs edilən Bəhruz Paşayevin atası istintaqın gedişatından narahatdır. "Qafqazinfo"ya müraciət edən Sabir Paşayev baş vermiş yanğına görə "İvolt" MMC-nin rəhbərinin məsuliyyət daşıdığını deyib
10 aprelMehriban Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığ
12 aprelAprelin pensiyası bu TARİXDƏ VERİLƏCƏK
Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix məlum olub. -un məlumatına görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayı üzrə pensiyalar qrafika uyğun şəkildə ödəniləcək. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək. Daha sonra isə qrafikə uyğu
12 aprelAlyona Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib - FOTO
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Sizi Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq, sevinc və xoş bayram əhval-ruhiyyəsi arzulayıram"
12 aprelTərtərdə iki qadın DÖNƏRDƏN ZƏHƏRLƏNDİ
Tərtər rayonunda iki nəfər dönərdən zəhərlənib. -a istinadən xəbər verir ki, hadisə aprelin 10-da qeydə alınıb. Tərtər şəhər sakinləri - 199-cu il təvəllüdlü Şəfaqət İslam qızı Paşayeva və 1983-cü il təvəllüdlü Nuranə Ədalət qızı Məmmədova qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər. Məlumat
11 aprelAzərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib
Aprelin 12-də Azərbaycanın İrandakı səfirliyi öz fəaliyyətini bərpa edib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyətlə fəaliyyət göstərəcək. Təhlükəsizlik və təşkilati məsələlə
12 aprelBakıdan rayonlara kütləvi köç başlayacaq? - Sabiq nazir MÜHÜM MƏQAMLARI AÇIR
Ermənistanda azyaşlı uşağı olan ailələrə sərhəd kəndlərində mənzil əldə etmək imkanları yaradılıb. Ölkənin Əmək və Sosial Məsələlər Nazirliyinin müşaviri Qyane Karagezyan deyib ki, sərhəd kəndlərində əhali sayının artırılması istiqamətində tədbirlər görülür. Azərbaycanda da kəndlər boşalır. Xüsusil
12 aprel7 yaşlı qız kanalda boğuldu
Tərtər rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 15 radələrində Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındakı kanala düşüb. O boğularaq vəfat edib. A.Mustafazadəni
11 aprel