"Papanin hospitalı"nda onkoloji xəstələrin başına gələnlər: 40 manatlıq prosedura 1400 manat alınıb

"Papanin hospitalı"nda onkoloji xəstələrin başına gələnlər: 40 manatlıq prosedura 1400 manat alınıbQiymətlər də "Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli"ndə müəyyənləşdirilib.

Bu cədvəl müdafiə nazirinin 1 aprel 2019-cu il tarixli qərarı ilə təsdiqlənib.

Hərbi Hospitalın onkologiya şöbəsinin rəisi İslam Məmmədov və bu şöbənin həkimi Pərvanə Rüstəmova orada onkoloji xəstəliklərdən əməliyyat olunanlardan cədvəldə göstəriləndən bir neçə dəfə çox pul almaqda suçlanırlar.

İddia olunur ki, məsələn, süd vəzi xərçəngindən əziyyət çəkən qadının yaxınlarından 1500 manat alıblar. Bunun cəmi 300 manatını kassaya ödəyib, qalan 1200 manatı aralarında bölüblər.

Yaxud qalxanabənzər vəzin əməliyyatından ötrü 1200 manat alınıb, bu vəsaitdən 320 manat kassaya köçürülüb. Daha bir xəstə onkoloji əməliyyatdan sonra dörd dəfə kimyaterapiya proseduru keçib və hər birinə görə 350 manat pul verib.

Bu prosedurlardan ötrü alınan 1400 manatdan hospitala cəmi 40 manat (hər birinə görə 10 manat) köçürülüb.

50 yaşlı İ.Məmmədov və 40 yaşlı P.Rüstəmova haqqında cinayət işinin materiallarında 10-a yaxın onkoloji əməliyyatda xəstələrin ailə üzvlərindən artıq pul alınmasından bəhs olunur.

Polkovnik-leytenant İ.Məmmədov həm də rəhbərlik etdiyi şöbədə analıq məzuniyyətinə gedən tibb bacısının yerinə işə götürülən başqa birindən 1500 manat pul almaqda suçlanır.

Şöbə rəisi və həkim haqqında vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi başlansa da, həbs olunmayıblar. Onlar həm istintaq, həm də məhkəmə dövründə azadlıqda olublar. Sadəcə, barələrində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Tibb bacısından 1500 manat aldığına görə İ.Məmmədova dələduzluq ittihamı da verilib.

"İslam müəllim icazə verdi ki..."

Polkovnik-leytenant İ.Məmmədov məhkəmədə dindiriləndə özünü təqsirli bilmədiyini söyləyib.

Onun sözlərinə görə, xəstələrdən əlavə pul alıb, özlərinə götürsələr və bir sıra hallarda bölüşdürsələr də, bölgüdə kimə nə qədər çatacağı haqda öncədən qayda olmayıb.

Hərbi hospitalda əməliyyat zamanı artıq pul ödəmiş şəxslər bu cinayət işində zərərçəkmiş qismində tanınıblar.

İ.Məmmədov vurğulayıb ki, zərərçəkmişlərə vurduqları ziyan istintaq dövründə ödənilib.

O, hərəkətlərindən peşman olduğunu da dilə gətirib.

Eyni zamanda "Ege Hospital"ın həkimi olan digər təqsirləndirilən P.Rüstəmova məhkəmədə danışıb ki, Baş Klinik Hospitalda tibbi xidmətlərin qiyməti başqa tibb ocaqlarından daha ucuzdur. Bu üzdən çoxsaylı onkoloji xəstələr müayinə və müalicədən ötrü ora üz tuturdular.

Onun sözlərinə görə, qiymət cədvəlində göstərilən qiymətlərlə müalicə və əməliyyatlar həkimlərə sərfəli deyildi: "Ona görə də İslam müəllim icazə verdi ki, müayinə və müalicədən ötrü gələn mülki şəxslərdən cədvəldəkindən daha artıq pul alınsın. Hansısa xəstədən alınmış artıq pulun konkret hansı qaydada bölünməsi haqda danışmamışdıq. Adətən, hərəmiz öz xəstələrimizdən aldığımız pulu özümüzə götürür, amma bir xəstəyə hər ikimiz tibbi xidmət göstərəndə pulu aramızda bölürdük".

Zərərçəkmiş qismində tanınanların heç biri məhkəmədə onlardan şikayətçi olmayıb. Əksinə, aralarında elələri olub ki, özünü, ümumiyyətlə, zərərçəkmiş saymadığını deyib.

Məhkəmə polkovnik-leytenant İ.Məmmədova 3 il şərti cəza verib.

Baş leytenant P.Rüstəmova isə təqsirli bilinsə də, 1000 manat cərimə edilib./AFN.AZ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1068   Tarix: 01 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr