Uşaqlarına söyüş öyrədib TikTokdan pul qazananlar...

Uşaqlarına söyüş öyrədib TikTokdan pul qazananlar...Son vaxtlar TikTok sosial şəbəkəsində azyaşlı övladını canlı yayıma çıxaran istifadəçilərin sayı artıb.

"Qafqazinfo" xəbər verir ki, övladlarının yaşlarına uyğun olmayan söhbətlərdə iştirak etməsinə şərait yaradan bəzi şəxslər onlardan kommersiya məqsədilə istifadə edir. Belə ki, canlı yayımlarda azyaşlılar vasitəsilə hədiyyə toplanması ilə yanaşı, onların dili ilə hansısa iaşə-ticarət obyektlərinin reklamının aparılmasını da görürük.

Belə hallardan biri kimi Ağcabədi rayonunun Hüsülü kəndində yaşayan Sadiq Mirzəyevin 9 yaşlı oğlu Adəmlə birgə etdikləri daha çox diqqəti çəkir. Azyaşlının gecəyarısı atası ilə birgə yayıma çıxması, açıq mətnlə söyüşlər söyməsi, restoran və mağazaları reklam etməsi birmənalı qarşılanmır. Sözügedən videolarda ailənin digər azyaşlı övladları da belə demək olarsa, epizodik rolda görünürlər. Daha əvvəl sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılaraq cərimə edilən TikToker Ləman Vəliyeva da yayımlarına azyaşlı övladı ilə birgə çıxır.

Bundan başqa, adları izləyicilərə o qədər də tanış olmayan digər sosial şəbəkə istifadəçiləri də platformalarında uşaq faktorunu qabardırlar. Bəziləri uşaqlarının pozitiv hərəkətlərini paylaşsa da, digərləri övladının ağlamağı, yemək istəməsi, hətta xəstəlikdən əziyyət çəkməsi ilə izləyici toplamağa çalışırlar.
Uşaqlarına söyüş öyrədib TikTokdan pul qazananlar...Bu davranışlar, onların nümayış etdirilməsi hansı hüquqi məsuliyyəti yaradır?

Mövzu ilə bağlı saytımıza danışan hüquqşünas Asim Abbasov bildirib ki, uşaq əməyinin valideynlər tərəfindən istismar edilməsi Ailə Məcəlləsində əksini tapsa da, Cinayət Məcəlləsində bununla bağlı cəzalar və ya hər hansı maddə yoxdur: "Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunur. Konstitusiyanın 17.5-ci maddəsinə əsasən, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Bu məsələ əmək qanunvericiliyində də əksini tapıb. Qanunvericiliyi pozan şəxslərə isə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunur. Belə ki, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək cərimə edilir".

Hüquqşünas əlavə edib ki, Əmək Məcəlləsinə görə 15 yaşından yuxarı şəxslər reklama çəkilən zaman sahibkarla, yəni reklam çəkən şəxslə müqavilə bağlamalıdır: "Digər yaşda olan uşaqlar isə valideynlərin icazəsi ilə reklama çəkilməlidirlər. Ancaq həmişə uşağın təhsili, səhhəti nəzərə alınmalıdır. "Reklam haqqında" Qanunun 21-ci maddəsində deyilir ki, reklamın istehsalında, yerləşdirilməsində və yayımında yetkinlik yaşına çatmayanların müdafiəsi məqsədilə onların təcrübəsizliyindən, sadəlövhlüyündən sui-istifadə edilməsi yolverilməzdir. Qanunda o da qeyd edilir ki, yetkinlik yaşına çatmayanların şüuruna təsir göstərməklə, onların öz valideynlərini və ya digər şəxsləri reklam olunan əmtəənin alınmasına vadar etməsi yasaqdır. Lakin qeyd olunan qanun normalarının pozulmasına görə konkret qanuni məsuliyyət nəzərdə tutulmayıb. Qanundakı boşluq ondan ibarətdir ki, 15 yaşdan aşağı uşaqların, ümumiyyətlə, işlədilmələri qadağandır".
Uşaqlarına söyüş öyrədib TikTokdan pul qazananlar...A.Abbasov vurğulayıb ki, Azərbaycanda sosial şəbəkədəki fəaliyyətin konkret iş sahəsi sayılıb-sayılmaması da sual altındadır: "İnzibati məsuliyyət isə işəgötürənlərə münasibətdədir və bu minvalda valideynlər üçün konkret məsuliyyət əhatə edən norma mövcud deyil. Bundan əlavə, sosial şəbəkələrdə çəkilən videolar, reklam çarxları da uşaqların təhsil və psixologiyasına mənfi təsir etməməlidir. Düşünürəm ki, bu sahədə konkret qanun layihəsi qəbul edilməli və 18 yaşına çatmayanların TikTok və digər sosial platformalarda iştirakı qadağan edilməlidir. Hazırda bütün dünyada ən güclü psixoloq və sosioloqlar həyəcan təbili çalır ki, TikTokda uşaqların psixologiyasına, əqli inkişafına təsir edəcək, səhv qərarlar verməsinə yol açacaq kifayət qədər informasiya var. Bu uşaqların da canlı yayım açıb pul məqsədli yarışlar keçirməsi birbaşa ölkənin bir çox qanununu pozur".

Psixoloq Fuad Əsədov da azyaşlıların sosial şəbəkələrdə istismarının yolverilməz olduğunu düşünür. "Qafqazinfo"ya açıqlama verən psixoloq bu kimi halların gələcəkdə həmin şəxslərin həyatında fəsadlar yarada biləcəyini deyir: "Uşaqlıq həyatın elə bir dövrüdür ki, bu dövrdə insan həyatın necə bir yer olduğunu anlamağa başlayır. İrəlidəki illərdə həyatda yaşamaq üçün gərəkli olan sosial bacarıqları əldə edir və ya hansısa peşə bacarıqlarına, elmi biliklərə, vərdişlərə yiyələnir. Biz uşaqlıqda həyatda necə yaşamağı öyrənirik, sonra da başlayırıq onu yaşamağa. Təbii ki, böyüklükdə də yaşayarkən nələrisə öyrənirik. Lakin ən təməl bilik və baxışlar uşaqlıq dövründə formalaşır. Dolayısı ilə uşaqlıq öyrənilən dövrdür, faydalanan dövr deyil. Xüsusilə də bu müddət valideynlərin uşaqdan faydalanan dövrü deyil. Bu gün TikTokda insanlar çox asanlıqla pul qazana bilirlər. Lazımsız hərəkətlər, qeyri-etik davranışlarla, diqqəti üzərinə çəkməklə qazanc əldə edirlər, böyük məbləğlər toplayırlar. Burada önəmli olan keyfiyyətli iş deyil, diqqəti cəlb etməyi bacarmaqdır. Uşaq faktoru da hər zaman diqqətçəkən bir element olub".
Uşaqlarına söyüş öyrədib TikTokdan pul qazananlar...F.Əsədov əlavə edib ki, Azərbaycanda hələ də uşaqlara balaca yaşda söyüş söydürərək dostlar, qohumlar arasında zarafat etmək adəti qalıb: "Bunun TikTok versiyası da odur ki, uşaqlar video çəkəcəklər və orada böyüklər kimi danışacaqlar, söyüş söyəcəklər, mənasını anlamadıqları şeyləri deyəcəklər. Və bu da diqqət çəkəcək, insanlar buna güləcək və ya başqa hisslər yaşayacaq. Tənqid edən də, təqdir edən də hər kəs baxacaq bu videolara və nəticədə valideynlər pul qazanacaq. Bu, həddindən artıq təəssüfləndirici, yolverilməz haldır, uşaq istismarı deməkdir. Uşaqlar üzərindən pul qazanmaq deməkdir. Uşaqların dərs oxumalı olduğu bir vaxtda kimlərsə onların əlindən tutaraq sosial platformalara çəkir və beləliklə, onların gələcək həyatlarını korlayırlar, zədələyirlər".

Müşahidələr göstərir ki, TikTokda geniş kütləyə sahib olan şəxslərin bir çoxu ibtidai biliklərə belə sahib deyil. Paylaşılan videolardan 9 yaşlı Adəmin üzündən oxuya bilməməsi, "hərfləri tanımıram" deməsi onun təhsildən kənar qaldığını göstərir.

Bəs aidiyyəti qurumlar təhsildən kənar qalmış, məktəbli yaşlı şəxsin tədris prosesinə cəlb edilməsi üçün tədbirlər görübmü?

Mövzu ilə bağlı Hüsülü kənd orta məktəbinin direktoru Baxış Baxışov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Adəm Mirzəyev məktəbin 3-cü sinif şagirdidir. O, həmin şagirdin qavrama səviyyəsinin aşağı olduğunu deyib: "Mən həmin şagirdlə bağlı İcra Hakimiyyətinə arayış təqdim etmişəm. Məktəbdə şagird kimi normal şagirddir. Dərsdən sonra evə gedib sosial şəbəkələrdə nə edirsə, bu barədə bir söz deyə bilmərəm. Onunla fərdi qaydada özüm də, psixoloq da görüşmüşük, söhbətlər aparmışıq, müəlliminə də əlavə məşğul olması tapşırılıb. Məktəbdə qeyri-adi hərəkətləri və sair olsa, biz onu sənədləşdirib məktəbdən kənarlaşdırarıq, xüsusi müəssisələrə yönləndirərik. Lakin elə bir hal mövcud deyil".

Məktəb direktoru əlavə edib ki, şagirdin məktəbdənkənar davranışları ilə bağlı valideyni ilə müzakirə aparılıb: "Lakin valideyn deyir, biz nə edirik ki?!"
Uşaqlarına söyüş öyrədib TikTokdan pul qazananlar...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 902   Tarix: 01 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr