Erkən yaşda hamiləlik hansı fəsadlara səbəb olur? - AÇIQLAMA

Erkən yaşda hamiləlik hansı fəsadlara səbəb olur? - AÇIQLAMACəmiyyətimizin ən vacib problemlərindən biri də erkən nikahlardır. Son günlər ictimaiyyətdə marağa səbəb olan bu hallar artıq gündəmə çevrilib. Aparıcı mütəxəssislər artıq artan erkən nikahlar ilə bağlı xəbərdarlıq edirlər. Cəmiyyətdə bəzən erkən nikahlar nailiyyət olaraq başa düşülür. Erkən nikahlar digər tərəfdən ciddi sağlamlıq problemi yaradır. BU baxımdan erkən hamiləlik ana və yeni doğulacaq körpə üçün risk faktorları yaradır. Bəs erkən yaşda hamiləlik orqanizmdə hansı fəsadlar yaradır?

Məsələ ilə bağlı ginekoloq Rəşad Sultan Sonxeber.az-a açıqlama verib:

"20 yaş altı olan hamiləlikləri biz erkən yaşda hamiləlik olaraq qeyd edirik. Daha doğrusu riskli hamiləlik olaraq adlandırırıq. Bu nə deməkdir? Hamiləlik təbii haldır. 80-90 faiz hallarda ağırlaşma olmadan doğuşla nəticələnir. Sağlam ana və övladı həyatına davam edir. 10-20 faiz hamiləliklərdə hamiləliyə xas yaxud başqa səbəblərdən problemlər meydana çıxır. Ona görə də riskli hamiləlik anlayışı var. Riski yaradan amillərdən biridə yaşdır. İrəli yaşda 35 yaş üstü hamiləliklər ana və uşaq üçün risk təşkil etdiyi kimi, 20 yaş altı hamiləliklərdə risk təşkil edir. Bütün hamiləlik patologiyaların nəticəsi erkən doğuşa gətirib çıxarır. Bu yaş altı hamiləliklərdə erkən doğuş riski üç dəfə artır. Erkən doğuş nə deməkdir? Vaxtından qabaq doğulmuş körpələrin ölüm və şikəstlik riski yüksəkdir".

Rəşad Sultan bildirib ki, bütün dünyada, cəmiyyətlərin, dövlətlərin səhiyyə təşkilinin göstəricisi kimi ana və yeni doğulmuş körpənin ölümü götürülürsə, bu məsələnin nə dərəcə də önəmli olduğunu təsəvvür edə bilərik:

"Uşaq ölümünün də bir nömrəli səbəbi vaxtından qabaq doğuşdur. Erkən nikahlara, erkən hamiləliklərə səbəbiyyət verməklə, eyni zamanda vaxtından qabaq doğuşlara səbəb oluruq. Vaxtından əvvəl doğuşlara səbəb olmaqla yeni doğulmuş ölüm göstəricisini artırmış oluruq. Beləliklə biz özümüz göstəririk ki, bizim səhiyyəmizin vəziyyəti pisdir. Ona görə də erkən nikahların və erkən hamiləliklərin qarşısını almaqla ölüm və şikəstlik göstəricilərinin sayını azaltmış olarıq. Bununla yanaşı, səhiyyə göstəricilərimizi artırmış olarıq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1024   Tarix: 01 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr