Hərbi xidmətdə yenilik - Getmək istəməyənlər pul ödəyəcəklər

Hərbi xidmətdə yenilik - Getmək istəməyənlər pul ödəyəcəklər"Bu gün dünyada hərbi xidmətə çağırışla bağlı bir sıra modellər istifadə olunur".

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Elnur Allahverdiyev deyib.

Deputat qeyd edib ki, ölkəmizdə hərbi xidmətdən keçmənin klassifikasiyasının tətbiq imkanları müzakirə olunmalıdır:

"Bu, bir sıra dünya ölkələrində, həmçinin qardaş və strateji müttəfiqimiz olan Türkiyənin təcürbəsində də həyata keçirilir.Tam müddət hərbi xidməti saxlamaqla aşağı müddət qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay müddətində keçmək olar".

Deputat vurğulayıb ki, belə bir dəyişiklik həyata keçirilərsə, bütün ali məktəblərdə bir vaxtlar mövcud olmuş hərbi kafedraların bərpası məsələsinə də baxıla bilər:

"Bu yolla təhsil dövründə tələbələrin hərb elmi ilə tanışlığı prosesi təşkil olunar. Orduya, hərbçi işinə cəmiyyətimizdə maraq olduqca güclüdür. Professional hərbi xidmətə meyl göstərən gənclərin sayı artır. Vətən müharibəsindəki qələbəmizlə əldə edilən ruh yüksəkliyi, vətənpərvərlik təbii ki, bu prosesdə təkanverici qüvvə rolunda çıxış edib. Eyni zamanda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindən sonra Silahlı Qüvvələrimizdə köklü islahatlar həyata keçirilir. Qardaş Türkiyə ordusunun modelində komando tipli qoşun növləri formalaşdırılır. Düşünürəm ki, çevik, hazırlıqlı, mobil hərbi heyətin formalaşması həm müasir ordu baxımından, həm də büdcəyə qənaət nöqteti-nəzərdən əlverişli olar. Ordumuzun professional, hərbçi peşəsini öz sənəti kimi qəbul edən vətəndaşlardan ibarət Silahlı Qüvvələrin formalaşdırılması yolunda mühüm addım sayıla bilər. Bu yenilik məşğulluq probleminin çözümünə də öz tövhəsini verər. Ödənişli və qısamüddətli hərbi xidmətdən əldə edilən büdcə gəlirləri isə öz növbəsində ordunun ehtiyaclarına, yaxud hərbi heyətin məvaciblərinin artırılmasına yönəldilər".

Deputat söyləyib ki, belə bir dəyişiklik etmiş olsaq, bu, bir sıra obyektiv çətinlikliklərin çözümündə öz müsbət rolunu oynaya bilər:

"Burada ilk növbədə gənclərin təhsil probleminə diqqət yetirə bilərik. Azərbaycanda iki dəfə gənclərin dövlət hesabına xaricdə təhsil almalarını tənzimləyən proqram qəbul olunub. Bu, bizim dövlət siyasətimizdir, cənab Prezidentin təşəbbüsüdür ki, əldə etdiyimiz kapitalı insan kapitalına çevirməliyik. Gənclərin savadlı kadrlar olaraq yetişmələri hökumətin prioritetlərindən biridir. Təbii ki, hər bir vətəndaş hərbi xidmət borcunu yerinə yetirməlidir. Ancaq ali təhsil almış şəxslər 1 il ərzində hərbi xidmətdə keçəndən sonra yenidən təhsilə, elmi axtarışlara adaptasiya olunmaqda, karyera quruculuğu baxımından müəyyən çətinliklər yaşayırlar. Düşünürəm ki, əgər belə bir dəyişiklik edilərsə, bu kimi gənclərimiz, misal üçün 2 aylıq hərbi xidmət proqramını keçməklə təhsilini davam etdirməyə, yaxud karyera quruculuğu prosesinə qayıda bilərlər. Bu, həm təhsil, həm də karyera kimi vacib məqamlarda ardıcıllığın əldə edilməsinə səbəb ola bilər. Yəni dövlətin gənc nəslin təhsili üçün böyük vəsaitlər xərclədiyi bir reallıqda, hərbi xidmət bu ardıcıllığı müəyyən mənada pozmuş olur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 9791   Tarix: 01 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr