"TikTok"da "ulduz xəstəliyi"! Nə məcburdur ki, gənclər sosial şəbəkələrdə axmaq işlər ilə məşğul olsun- SOSİOLOQ

"TikTok"da "ulduz xəstəliyi"! Nə məcburdur ki, gənclər sosial şəbəkələrdə axmaq işlər ilə məşğul olsun- SOSİOLOQTikTok dünyada ən populyar sosial şəbəkələrindən biridir. Bir milyarddan çox aktiv istifadəçi platformada qısa video kliplər paylaşılır ki, bu da xüsusilə gənclər arasında populyardır. Gənclər populyarlıq qazanmaq və bəyənilmələri üçün bir dəstək axtarırlar. Bu baxımdan məşhur olmağın yolunu sosial şəbəkələrdə axtarırlar. Bəs gənclər arasında "ulduz" olmaq xəstəliyinin və məşhurlaşmaq istəyinin səbəbi nədir?

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Sonxeber.az-a açıqlamasında bildirib ki, bu sahə getdikcə acınacaqlı hala gəlir və artır:

"Gənclər və yeniyetmələr kütləvi şəkildə psixoloji narkomaniyaya düçar olublar. Sosial şəbəkələrdə hər cürə biabırçılıqlar var. Əsas məqsəd özünü göstərmək, dəstək, bəyənmə, pul qazanmaq üçün ağlına gələn-gəlməyən hər cürə qeyri-etik, əxlaqsız hərəkətlər etməyə başlayıblar. Bu artıq faktdır və artmaqda olan tendensiyadır. Artıq geriyə bunun qarşısını almaq yolları qalır. Bütün dünyada, Azərbaycanda sosial şəbəkələrdə istifadə üçün tələblər var. Lakin riayət olunmur. Bizimkilər çox rahat şəkildə qeydiyyatdan keçirlər və üzv olurlar. Yaşlarını böyük göstərirlər və bu metod effekt vermir. İki mübarizə üsulu var. Bunlardan biri dövlət səviyyəsində, digəri isə cəmiyyətin özüdür. Normal , ağıllı cəmiyyət belə kanalları sadəcə olaraq şikayət edir, bloklayır. Beləliklə sıradan çıxırlar. Bunlar normal cəmiyyətlərə aiddir və biz normal cəmiyyət olmadığımıza görə, bu hal bizdə çıxış yolu deyil".

Elçin Bayramlı geriyə inzibati qaydaların qaldığını və xüsusi bir qanunla qadağan edilməli olduğunu deyib:

"Sərt cəza tədbirləri görülməlidir. 18 yaşa qədər, ən pis halda 16 yaşa qədər uşaq və yeniyetmələrin sosial şəbəkələrə üzv olunması qadağan olunmalıdır. Əgər üzv olunma halları aşkar olunarsa ciddi cəzalar olmalıdır. Dövlət müəyyən texniki tətbiqlər ilə nəzarətdə saxlamalıdır. Bir çox ölkələrdə belə qadağalar var. Hətta Avropa ölkələrində, ABŞ-nin bəzi ştatlarında və xüsusilə Çində TikTok üzərində müəyyən alqoritmlər vasitəsilə yaş məhdudiyyətinə qadağalar qoyulub. Ümumiyyətlə Çin əhalisinin TikTok-dan istifadə müddətinə məhdudiyyət qoyulub. Burada şəxs 40 dəqiqədən artıq TikTok-da videolara baxa bilmir. Ən əsası xüsusi bir alqoritm vasitəsilə elə sistem qurulub ki, Çin auditoriyası "TikTok"dakı ancaq faydalı kontentləri görür. Elmi və təhsil ilə bağlı faydalı məlumatları görə bilir. Digər zərərli kontentləri görmür. Belə bir texnologiyaya imkanlar var ki, müdaxilələr olunsun. Bu şəkildə, hər-hansı bir formada məsələ tənzimlənməlidir. Əks halda tamamilə biabırçılıq olacaq".

Sosioloqun sözlərinə görə, gənclər elm arxasınca getmək, dil öyrənmək və inkişaf etmək əvəzinə sadəcə telefonu götürüb biabırçı videolar çəkirlər:

"Ağzına gələni danışır, qeyri-etik hərəkətlər ilə tanınmaq istəyir, özlərinə diqqət qazanmaq istəyirlər. Bunun qarşısı alınmalıdır. Bizim gördüyümüz bir neçə fakt hələ ictimailəşən faktlardır. Əslində məsələ daha pisdir. Qarşısını almaq istəyiriksə yığılıb tədbir görməliyik. İstəmiriksə şikayətlənməyə dəyməz. Onda artıq nədənsə danışmağa ehtiyac yoxdur. Normal cəmiyyət olmaq istəyiriksə bu kanalları bağlamalı və blok etməliyik. İfşa etməli və sıradan çıxarmalıyıq. Texniki olaraq mkanlar var. Xüsusi qanun qəbul edilməli və yanaşma olmalıdır. Son zamanlarda bəzi cəzalanma hadisələri var. Bu təqdirəlayiqdir və müsbət qiymətləndirirəm. Bunu artırmaq lazımdır ki, mənəvi dəyərlərə zidd olan təbliğatlar, paylaşımlar, özbaşınalıq, müasirlik adı altında qudurğanlıq edənlər cəzalandırılmalıdır".

Elçin Bayramlı bildirib ki, texnologiya ancaq müsbət istiqamətdə yaxşıdır, ancaq mənfi yönümlü istifadə edəcəyiksə bu bizə heç bir fayda verməyəcək:

"Zərər verəcək. Normal və müasir inkişaf etmiş ölkələrdə gənclər və yeniyetmələr öz gələcəkləri üzərində işləyirlər. Bizdə isə tam əksinə tendensiya gedir. İnternet və sosial şəbəkələr bir növ "bıçaq" kimidir. Yaxşı və pis istiqamətdə istifadə etmək mümkündür. Bizdə daha çox pis tərəf istifadə olunur. Buradan bəllidir ki, burada zərəri faydasından çoxdur. Əslində, radikal tədbirlərə əl atmaq yaxşı olardı. Mən olaydım Azərbaycanda Instagram və TikTok platformalarını tamamilə qadağan edərdim. İnternetdən istifadə üçün milyonlarla resurs var. Nə məcburdur ki, onlar sosial şəbəkələrdə axmaq işlər ilə məşğuldurlar. Axtarış sözlərinə və kanallara baxanda ancaq əxlaqsız kontentlər izlənir. Fakt ortadadır. Bunun qarşısını almaq üçün sərt tədbirlərə əl atmaq lazımdır. Əks halda vəziyyət pisləşəcək".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2618   Tarix: 01 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr