Hərbi xidmətə getmək istəməyən gənclərimiz nə qədər pul ödəyəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda bədəlli hərbi xidmətin tətbiq edilməsi ilə bağlı təkliflər irəli sürülüb. Milli Məclisin iclasında deputat Elnur Allahverdiyev deyib ki, tam müddət hərbi xidməti saxlamaqla aşağı müddət qradasiyalar müəyyən oluna bilər. Buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay müddətində keçmək olar. Bəs Azərbaycanda bədəlli əsgərlik tətbiq olunarsa, ödənişi nə qədər olacaq?
Məsələ ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, bədəlli əsgərliyin həyata keçirilməsi üçün qanunvericilikdə dəyişikliklər həyata keçirilməlidir:
" Xüsusən biz bilirik ki, əgər Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə modelinə və Şuşa bəyannaməsindən sonrakı mərhələdə keçidi təmin olunursa, qardaş ölkədə necə həyata keçirildiyini araşdırmalıyıq. Türkiyə Silahlı Qüvvələrində bədəlli əsgərliyin qiymətləri və ayı müəyyən olunub. Ona görə düşünürəm ki, əlimizdə bir təcrübə var. Üzərindən əsaslanmalı olacağımız məsələ bunun hansı həcmdə qarşılığının müəyyən edilməsidir. Təbii ki, parlamentin müzakirələrində, xüsusən təhlükəsizlik komitəsinin müvafiq komissiyasında müzakirələrin edilməsi çox asan bir məsələdir. Xüsusilə qiymətlərin müəyyən olunması müxtəlif zamanlar üçün müəyyən ediləcək. 3 və 6 ay, 1 il bədəlli əsgərlik var".
Ekspertin sözlərinə görə, ümumiyyətlə əsgərlikdə xidmətin qiyməti zamanına bağlı olaraq hesablamalıdır:
" Ona görə də konkret məbləğ olaraq bunun neçə manat qarşılığında olması ilə bağlı nümunələri olan ölkələr var. Oradan bunu əsas olaraq götürmək mümkündür. Amma hazırda konkret olaraq rəqəm demək ancaq müzakirələrin nəticəsində gelinecek bir qərardır. Əslində istənilən bir halda Azərbaycan Silahlı Qüvvələrində "Hərbi xidmət keçmək haqqında" əsasnamənin tələblərinə uyğun olaraq formalaşmış bir hərbi xidmət keçmə qaydaları var. Amma bu yeni qaydaların parlamentdə müzakirəsi, qanunvericilikdə öz əksini tapması üçün müvafiq təkliflərin üzərindən qərar verilməsini gözləməliyik".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 24257 Tarix: 01 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30 sentyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrAzərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30 sentyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabr