Qurban Qurbanov Kadi barədə - "Gərək getməzdi"

Qurban Qurbanov Kadi barədə - "Gərək getməzdi""Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən il komandadan ayrılan braziliyalı futbolçu Kadi Borxes barədə danışıb.

Sonxeber.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolinfo.az saytına müsahibəsində vingerin addımının yanlış olduğunu bildirib:

"Məncə də. Bəzilərinin beynini elə doldururlar ki… Orada elə olacaq, belə olacaq və s. Futbolçunun bacarığını şişirdir, onu burada az dəyərləndirildiyinə inandırırlar. Onlar bu günü düşünürlər, sabahı yox. Ən çox da yerli futbolçuların belə tora düşməsindən narahatam. Biz bu yöndə də işimizi yaxşılaşdırmalıyıq, oyunçuların menecerinin sağlam adam olmasına əmin olmalıyıq. Hər menecer futbolçuya düzgün yol göstərmir, bəzən onların karyerasına zərbə vururlar.

Halbuki bəzi futbolçular var ki, onların öz komandaları olur. Məsələn, Kadidə güc, sürət, düşünmə bacarığı var idi. Amma onun yeri məhz "Qarabağ" idi, burada ən yaxşı oyununu göstərirdi, gərək getməzdi. 5-10 manat artıq qazanmaq imkanı ola bilər, amma futboldan həzz alması üçün "Qarabağ"da qalmalıydı. Avropa klubları ilə fərqimiz həm də kaprizlərlə bağlıdır. Biz bəzən hansısa oyunçudan ən yaxşısını almaq üçün onun bəzi kaprizlərinə göz yumuruq, Avropada isə belə deyil.

Kadi bizim uşağımızdır, qayıtsa, istərəm. Onun həyatı ilə maraqlanmışdım, çox əziyyət çəkmiş biridir. Çox kasıb olub, demək olar yaşamaq üçün oynayıb, Portuqaliyada aşağı liqanın autsayderində çıxış edirdi. Çox xatirələrimiz var, uşaqlıqda çox əziyyət çəkmişdi, buna görə onu daha çox istəyirdim. Ailəsinin ehtiyacları var idi, getməyi lazım bildi. Biz də pis şərait yaratmamışdıq. Gedən futbolçulardan kim qayıtmaq istəyibsə, qapımız açıq olub".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 902   Tarix: 02 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qurban Qurbanovun əsas heyətdən qovduğu oyunçu Belçikaya getdi

"Qarabağ"ın futbolçusu Sami Mmae komandanın düşərgəsini tərk edib. "Qafqazinfo"-nun əldə etdiyi məlumata görə, o, ölkəsinə yollanıb. Belə ki, belçikalı forvard şəxsi işləri ilə əlaqədar baş məşqçi Qurban Qurbanovdan icazə alıb. S.Mmae yenidən Azərbaycana qayıdacaq. Lakin onun Ağda

1 may
.

Elvin Yunuszadənin toyu oldu - Video

Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda "Karvan-Yevlax" klubunda çıxış edən Elvin Yunuszadə evlənib. "Qafqazinfo" xəbər verir ki, təcrbüəli müdafiəçinin toyu ötən gün Bakıdakı restoranlardan birində baş tutub. Qeyd edək ki, Elvin Yunuszadə karyerası ərzində "Neftçi"

4 may
.

Misli Premyer Liqası: "Qəbələ" "Qarabağ"a, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

Misli Premyer Liqasında XXI turun oyunları davam edir. Qahnarinfo xəbər verir ki, bu gün iki oyun keçiriləcək. Günün ilk matçında "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüşün start fiti 17:00-da səslənəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq

9 may
.

Bakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur

Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu 50 min avrodan çoxdur. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında bildirib

9 may
.

DÇ-2026: Fasilədə Madonna, Şakira və BTS oxuyacaq

Məşhur müğənnilər Madonna və Şakira, eləcə də Cənubi Koreyanın BTS qrupu 2026-cı il futbol üzrə dünya çempionatının final oyununun fasiləsində səhnə alacaqlar. Qaynarinfo xəbər verir ki, bu barədə məlumat turnirin rəsmi "X" hesabında yayımlanıb. Qeyd olunur ki, fasilə şousu FIFA-nın Qloba

14 may
.

AFFA-dan "Qarabağ"a SƏRT CƏZA

"Qarabağ" futbol klubunun aparıcı oyunçularından olan Marko Yankoviç ağır sanksiya ilə üzləşərək yaşıl meydanlardan 8 oyunluq uzaqlaşdırılıb. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Fərdi cəzalarla yanaşı, Ağdam təmsilçisinin büdcəsinə də ciddi ziyan dəyib - klub ümumilikd

8 may
.

"Ayaks" və Niderland millisinin sabiq üzvü "Qarabağ"da?

Cənubi Kiprin "Pafos" klubunda çıxış edən qapıçı Cey Qorter karyerasını Azərbaycanda davam etdirə bilər. Qaynarinfo Niderland mediasına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper "Qarabağ"ın maraq dairəsinə düşüb. Məlumata görə, Cey Qorterin mövsümün sonunda "Pafos"da

5 may
.

Avropa ölkəsində 133 oyunun nəticəsi ləğv edilə bilər - SƏBƏB

Niderland futbol çempionatında keçirilmiş ən azı 133 oyunun nəticələri oyunçuların qeydiyyatındakı səhvlərə görə ləğv oluna bilər. xarici mediaya istinadla bildirir ki, bəzi futbolçular İndoneziya, Surinam və Kabo-Verde vətəndaşlığı alaraq həmin ölkələrin milli komandalarında çıxış etmək imkanı qazanıblar

30 aprel
.

"AJP European Championship 2026" yarışında Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin idmançılarının uğurlu nəticələri

02-05 may 2026-cı il tarixlərində İstanbul şəhərində keçirilən "AJP European Championship 2026" yarışında Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin idmançıları uğurlu nəticələrlə yadda qalıblar. BİG.AZ xəbər verir ki, yarışda 44 ölkədən idmançılar iştirak edib. Azərbaycan yığm

7 may