Nə üçün "Kor şeytan" deyirik, o kordur? – Belə yaranıb
İşimiz düz getməyəndə "Lənət sənə kor şeytan" ifadəsini tez-tez işlədirik. Görəsən, şeytana nə üçün kor deyirik? Bu ifadə necə yaranıb?
Lent.az "Belə yaranıb"rubrikasında "Kor şeytan" ifadəsinin yaranma tarixçəsindən bəhs edir.
Dini rəvayətlərə görə, şeytan insan yaranmazdan öncə Allaha sədaqətlə qulluq və ibadət edirmiş. Allah onu atəşdən, cinləri tüstüdən, insanı isə torpaqdan xəlq edir. İnsan yaradıldıqdan sonra Tanrı şeytana əmr edir ki, yeni yaratdığı ali varlığa səcdə etsin. Bütün yaranmışlar səcdə etsə də, İblis ( şeytanların lideri) oddan yaranmış məxluqun torpaqdan yaranmışa səcdə etməyəcəyini deyir.
Şeytan Allah-Təalanın ona bəxş etdiyi yaxşılıq və nemətlərə, hədiyyə və iltifatlara məhəl qoymadan təkəbbür göstərərdiyinə, "Adəmə səcdə et" əmrinə üsyan etdiyinə görə, kor və nankor hesab edilib. O lənətlənir, rəhmətdən uzaqlaşdırılır. Allaha qarşı çıxana qədər etdiyi ibadətlərin xətrinə Allah ona möhlət verir, şeytan isə qiyamət gününə qədər Allahın çox sevdiyi insanları yoldan çıxarıb öz arxasınca aparacağına söz verir.
Bu ifadənin yaranmasını başqa bir əfsanə ilə də əlaqələndirirlər.
İslam aləmində məşhur olan bir rəvayətə görə, İbrahim peyğəmbər oğlu İsmayılı Allah üçün qurban kəsməyə apararkən şeytan İsmayılın gözünə görünür. Yol boyu İsmayılın atası tərəfindən qurban ediləcəyini bildirən şeytan onu üsyana səsləyir. İsmayıl onu qovmaq üçün yerdən bir daş götürüb şeytana atır və şeytanın sol gözü kor olur. Bundan sonra islam aləmində şeytan kor olaraq bilinməyə başlayıb.
Ancaq "kor şeytan" ifadəsinin işlədilməsini Məhəmməd peyğəmbər uyğun görülməmişdir. Onun fikrincə, qəzəblənmək, ona pis sözlər söyləmək, lənətləmək şeytanın gücünü , qüvvətini artırır. İnanca görə, Şeytanın gücünü alan yeganə silah "Bismillah" kəlməsidir.
Xristina aləmində də Şeytan kor olaraq anılır. Qədim dini kitab olan "Evangeliya" da Pavelin məktublarında şeytan-demon haqqında kor ifadəsi işlədilib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1418 Tarix: 02 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla
14 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrHər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
7 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrMətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü
7 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabr