Klublar Komitəsi işçi qrupunun yaradılmasını qərara alıb
Klublar Komitəsi işçi qrupunun yaradılmasını qərara alıb.
Bu barədə "Report"a qurumun sədri Maqsud Adıgözəlov məlumat verib.
Futbol funksioneri bildirib ki, iki gün əvvəl baş tutan iclasda akademiyaların direktorlarının və AFFA əməkdaşlarının daxil olacağı işçi qrupunun yaradılması məqsədəuyğun bilinib.
"Sabah" klubunun prezidenti Azərbaycan Premyer Liqasında legioner limitinin dəyişdirilməsi məsələsinin də müzakirə olunduğunu əlavə edib: "Əcnəbi oyunçular üçün tətbiq olunan limitin 8+3 qaydasına əsasən müəyyənləşdirilməsi məsələsi müzakirə edildi. Bu qərarın ölkə futbolunun inkişafına necə müsbət təsir edə biləcəyi nəzərdən keçirildi. Müzakirə zamanı klubların müxtəlif fikirlərə malik olduqları müəyyənləşdi. Qərara alındı ki, hər klub öz mövqeyini tez bir zamanda dəqiqləşdirsin və yalnız bundan sonra ümumi təklif irəli sürülsün".
Maqsud Adıgözəlovun sözlərinə görə, iclas zamanı klublar arasında yaşı 18-dən aşağı olan futbolçuların transferi mövzusu da gündəmə gətirilib: "Bəzi hüquqi məsələlərlə bağlı suallar ortaya çıxdı ki, federasiya bunun yaxın vaxtlarda təhlil olunacağını vəd etdi".
Klublar Komitəsinin sədri iclasda iştirak edən AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəyin ofsayd sisteminin necə işlədiyini ətraflı izah etdiyini vurğulayıb: "Hakimliyin keyfiyyəti mövzusuna da toxunuldu. Razılığa gəlindi ki, klublar matçlardan sonra hakimlər briqadasının öz aralarında olan danışıqların səsyazmalarını dinləmək imkanı əldə etsinlər. Lakin bu, yalnız komandaların öz oyunları üçün keçərli olacaq".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 814 Tarix: 03 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır
İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy
17 sentyabrNene "Fənərbağça"dan ayrılmaq istəyir
Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin
22 sentyabr"Sabah"ın qapıçısı ən çox qurtarış edənlər siyahısında
"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb. "Qafqazinfo" xəbər verir ki, o, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib. Siyahıya hərəy
11 sentyabrŞahruddin milliyə çağırılmadı
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind
18 sentyabrAzərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabrAvroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya
17 sentyabr"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır
18 sentyabrNəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli
18 sentyabr