"Ərdoğan": "İki ay ərzində zəlzələ bölgəsində 75 min mənzili təhvil verəcəyik"
"İki ay ərzində zəlzələ bölgəsində 75 min mənzili sakinlərə təhvil verəcəyik".
Bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən sonra mənzillərin təhvil verilməsi mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, zəlzələ 11 vilayət, 124 rayon, 7000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olarkən 14 milyon Türkiyə vətəndaşı təbii fəlakətdən birbaşa zərər çəkib:
"Xalqımız bu ağrılı sınaqdan uğurla çıxıb. 11 min 500 əcnəbi komanda üzvü olmaqla axtarış-xilasetmə işlərində iştirak edən 35 min nəfərə, bütün qardaşlarımıza təşəkkür edirəm".
Qeyd edək ki, 2023-cü ilin fevralın 6-da Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirib.
Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər fevralın 6-da Türkiyəyə yola salınıb və orada fəaliyyət göstərib.
Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-in zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, yeddi nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti Türkiyədə olub.
Prezident İlham Əliyevin göstərişinə əsasən, 10 nəfər hərbi həkim, səkkiz nəfər tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da qardaş ölkədə zəlzələdən zərər görənlərə kömək edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 774 Tarix: 03 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi
ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl
30 sentyabrFransa şəkərli qidalara vergi tətbiq edəcək
Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl
30 sentyabrTutanxamonun məzarındakı gizli otaqlar və Nefertiti şübhəsi
Bir əsr əvvəl kəşf edilən Tutanxamonun məzarı yenidən arxeologiya dünyasının gündəmindədir. Tədqiqatçılar məzarın bir kraliça üçün nəzərdə tutulmuş daha böyük tikilinin hissəsi ola biləcəyini və qapalı bölmələrdə Nefertitiyə aid otaqların yerləşə biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki, Tutanxamonu
28 sentyabrDağ saniyələr içində çaya uçdu - Video
Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d
29 sentyabrMoldovada PUA partlayıb
Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy
30 sentyabr