İraq parlamenti ABŞ qüvvələrinin ölkədən çıxarılmasını müzakirə edəcək
İraq parlamenti ABŞ-ın bu ölkəyə endirdiyi zərbələri və onların nəticələrini müzakirə etmək üçün təcili iclas keçirəcək.
Bu barədə "Efe" agentliyi məlumat yayıb.
İclas yaxın günlərdə keçiriləcək və ABŞ-ın ölkədə təkrar hücumları ilə bağlı mövqe formalaşdırmağa imkan verəcək.
Deputatlar, həmçinin İraqın suverenliyinin beynəlxalq koalisiya qüvvələri tərəfindən pozulmasına son qoyulması barədə müzakirələr aparacaqlar. Söhbət İŞİD terror qruplaşması ilə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyadan gedir. Koalisiya qüvvələrinin bir hissəsi İraq ərazisində yerləşir. İraq hökuməti bu yaxınlarda Vaşinqtonla xarici hərbçilərin ölkədən çıxarılmasını koordinasiya etmək niyyətində olduğunu açıqlayıb.
Parlamentin bəyanatında vurğulanır ki, hazırda xarici hərbi mövcudluğu davam etdirməyə ehtiyac yoxdur və ABŞ və müttəfiq qüvvələrin ölkədə olması suverenliyə təhlükədir.
Qeyd edək ki, fevralın 3-də gecə saatlarında ABŞ Suriya və İraqa silsilə zərbələr endirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 628 Tarix: 04 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Zerrin"i ölümlə təhdid edən şəxs tapılmadı
"Uzak Şehir" serialında "Zerrin" obrazını canlandıran aktrisa Dilin Döğerin sosial şəbəkələrdə ölüm hədəsi alması ilə bağlı başladılan istintaqda hədə mesajını göndərən şəxsin kimliyi müəyyən edilə bilməyib. Axşam.az xəbər verir ki, bu səbəbdən prokurorluq iş üzrə təqibin dayandırılmas
28 dekabrMask: ABŞ təkpartiyalı dövlətə çevrilə bilər
ABŞ radikal mövqeli solçu siyasətçilərin qeyri-qanuni miqrasiyaya göz yumması səbəbindən birpartiyalı ölkəyə çevrilə və demokratiyanı itirə bilər. "Report"un məlumatına görə, bu fikri amerikalı iş adamı İlon Mask "X" sosial şəbəkə hesabında bildirib. "Radikal solçular artıq uzu
28 dekabrFransanın kino ulduzu Bricit Bardo vəfat edib
Fransanın məşhur aktrisası Bricit Bardo 91 yaşında vəfat edib. "Report"un məlumatına görə, bu barədə "Agence France-Presse" (AFP) "Bricit Bardot Fondu"na istinadən xəbər yayıb. Bardo Fransa və dünya kinosunun ən məşhur ulduzlarından biri, 1950-ci və 1960-cı illərin simvol
28 dekabrMacarıstan gündə bir milyon avro cərimə ödəyəcək
"Macarıstan gündə 1 milyon avro cərimə ödəməsinə baxmayaraq, 2026-cı ildə qüvvəyə minən Avropa İttifaqı Miqrasiya Paktının şərtlərinə əməl etməyəcək". xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib. O, hökumətin bir nəfər də olsun qanunsuz miqrantı ölk
28 dekabrPezeşkian: "İran ABŞ, İsrail və Avropa ilə müharibə vəziyyətindədir"
"İran faktiki olaraq Qərb ölkələri və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir". xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Ali lider Ayətullah Əli Xameneinin saytında dərc olunmuş müsahibəsində deyib. "Mənim fikrimcə, biz ABŞ, İsrail və Avropa ilə tammiqyaslı müharibə vəziyyətindəyik
28 dekabrEgey dənizində 38 qanunsuz miqrant xilas edilib
Türkiyənin İzmir vilayətində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 38 nəfər saxlanılıb. "Report" "HaberGlobal"a istinadən verir ki, miqrantlar Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Egey dənizində, Seferihisar sahillərində aşkarlanıblar. Qeyd olunu
28 dekabr