Dünyanı şoka salan araşdırma: Qiyamət yaxınlaşır, yalnız bu ölkələr salamat qalacaq
İqlim dəyişikliyi, təbii fəlakətlər və epidemiyalar bütün dünyada həyəcan təbili çalarkən, bəzi zəngin insanların yeraltı sığınacaqlar qazması xəbərləri bütün dünyada narahatlıqları artırır. Mümkün qlobal fəlakətlər zamanı hansı ölkənin daha şanslı olduğu maraq doğurur.
Publika.az xəbər verir ki, "International Journal of Risk Analysis" tərəfindən nəşr olunan son araşdırmada qiyamət zamanı hansı ölkələrin daha təhlükəsiz olacağı traflı şəkildə açıqlanıb. İslandiya, Solomon Adaları və Vanuatu kimi ada ölkələrinin "sağ qalmaq" üçün ən yaxşı yerlər arasında olduğu qeyd edilir. Bu ölkələr nüvə müharibəsi, super vulkan püskürməsi və ya asteroidin vurması kimi dağıdıcı hadisələrin törətdiyi fəlakətlərdə şanslı vəziyyətdədirlər. Bildirilir ki, günəş işığının qəfil azalması halında həyatda qalmaq və əhalisini saxlamaq üçün ən yaxşı təchiz olunmuş ölkələr ada ölkələridir.
Araşdırmada mümkün fəlakətlər belə ifadə edilir: "Nüvə qışı - ərzaq təchizatına təsirlər nəticəsində milyonlarla ölüm də daxil olmaqla, bunun dəhşətli nəticələri olacaq. Böyük miqdarda tüstü və toz atmosferə qalxacaq və yerin səthini bürüyəcək".
Tədqiqatçılar post-apokaliptik dünyada sağ qalmaq üçün 38 ada ölkəsini 13 xüsusiyyət üzrə qiymətləndiriblər. Avstraliya qida təchizatı və infrastrukturuna görə siyahıya başçılıq edir, Yeni Zelandiya isə nüvə silahından azad statusuna və okeana yaxınlığına görə güclü mövqedə qərarlaşıb ki, bu da ekstremal temperatur dəyişikliklərindən qorunmağa kömək edəcək. "Avstraliyanın ərzaq təchizatı sahəsi böyükdür və on milyonlarla əlavə insanı qidalandırmaq potensialına malikdir", - tədqiqatda deyilir.
"Təhlillərimizə görə, o, keyfiyyətli infrastruktur, böyük enerji ehtiyatı və dünyada ikinci ən böyük səhiyyə xidmətləri baxımından ən yüksək təhlükəsizliyə malik qitədir", - alimlər əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2147 Tarix: 05 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bundesliqanın ulduzu 30 yaşında futboldan gedir
Dortmund "Borussiya"sı və Almaniya milli komandasının müdafiəçisi Niklas Zyule bu mövsümün sonunda peşəkar futboldan ayrılacağını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, 30 yaşlı futbolçu bu qərarı aprel ayında "Hoffenhaym"la oyunda diz zədəsi aldıqdan sonra verib. Zyuleni
8 mayYenidən dəbdə olan saç düzümləri - 90-cı illərin estetikası
90-cı illərin nostaljisi rəsmi olaraq gözəllik sənayesində əsas trendə çevrilib. Retro saç düzümlərinə tələbat təxminən ikiqat artıb və çoxqatlı kaskadlar yenidən bərbərxanaların istək siyahılarında birinci yerdədir. Bunlarla yanaşı, o dövrün iki qütbü də aktualdır: cazibədar həcmli podium divaları v
8 mayÇində üç ay komada olan qadın toyuna iki gün qalmış ayıldı
Çində komaya düşən qadın toyuna iki gün qalmış ayılıb. xarici mediaya istinadən xəbər verir ki, Çin sakini nişanlısı ilə altı ildir münasibətdə olub və cütlüyün toyu aprelin 25-nə təyin edilib. 2026-cı ilin əvvəlində boğazında ağrı hiss edən qadın yerli klinikaya müraciət edib və orada ona iynə vurulub
5 may14 qədəh tekila içib yıxılan tibb bacısı 300 min dollar təzminat qazandı
Kaliforniyadan olan 45 yaşlı tibb bacısı Diana Sanders, "Carnival Corporation" kruiz şirkətinə qarşı qaldırdığı məhkəmə iddiasında 300.00 dollar təzminat qazanıb. Hadisə kruiz səyahəti zamanı baş verib: qadın 14 qədəh tekila içdikdən sonra yıxılaraq kəllə-beyin travması alıb. xarici mediay
5 mayUşaqların cihazlardan istifadəsi onların nitqinə necə təsir edir?
Müasir uşaqlar elə bir dünyada böyüyür ki, ekranlar artıq oyuncaqlar qədər adi bir şeyə çevrilib. Bəs cizgi filmləri gündəlik vərdiş halını aldıqda uşağın nitqində nə baş verir? Gəlin bu məsələni daha ətraflı araşdıraq. xarici mediaya istinadən xəbər verir ki, iki yaşdan kiçik bir çox uşaq gündə təxminə
8 mayGənc qızın küçənin ortasında etdiyi rəqs tənqidlərə səbəb oldu - VİDEO
Son dövrlərdə xüsusilə xarici ölkələrdə populyarlaşan küçədə rəqs videoları Türkiyədə də gündəm mövzusuna çevrilib. xarici mediaya istinadən xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə gənc bir qadının İstanbul küçələrindən birində musiqi sədaları altında rəqs etdiyi və ətrafdakı insanları
7 may