Səhnəmizin xanım-xatın Minası: Onu əməliyyat edən həkim hansı səhvə yol vermişdi?

Səhnəmizin xanım-xatın Minası: Onu əməliyyat edən həkim hansı səhvə yol vermişdi?Balam eyyyyy.....

Nə səs-küydür bu gün sizdə, Gülcahan?

Toydur bizim evimizdə, Gülbadam.

Oğlun Əhməd toy eyləyir, Gülcahan?

Yox canım, babam evlənir, Gülbadam.
Səhnəmizin xanım-xatın Minası: Onu əməliyyat edən həkim hansı səhvə yol vermişdi?Onu ən çox məh bu obrazı ilə xatırlayır, yada salırıq. Duzlu-məzəli zarafatları, bir-birindən fərqli və sevilən obrazları, şirin-şəkər söz-söhbətləriylə canlanır xəyalımızda. Yaddaşımızda həmişə filmlərdə gördüyümüz kimidir: gülüşündən, danışığından həyat eşqi yağan, gözəl qadın, peşəkar aktrisa, həm də gözəl səs sahibi, əməkdar artist Münəvvər Kələntərli.

Publika.az xəbər verir ki,bu gün teatr və kino obrazlarını yaddaşlara, adını qəlblərə yazan istedadlı və unudulmaz aktrisanın anım günüdür.

Səhnəmizin və kinomuzun sevimlisi olan Münəvvər Kələntərli 1912-ci il dekabrın 21-də Lənkəranda, tacir Səməd kişinin ailəsində dünyaya göz açıb. Anası Pəricahan xanım evdar qadın olub. Üç oğul, iki qız atası olan Səməd kişi qız atası olmağını sevinc hissi ilə qarşılayıb və ona Münəvvər (nur çöhrəli) adını qoyub. Əbəs yerə deməyiblər ki, insanın adı onun həyatına təsirsiz ötüşmür. Münəvvər adının mənası nur üzlü, nur çöhrəli deməkdir. Elə Münəvvər Kələntərlinin simasındakı nur kimi. Münəvvər istər ailədə, istər qohum-əqrəba, qonum-qonşu arasında hər zaman sevimli və istəkli olub.
Səhnəmizin xanım-xatın Minası: Onu əməliyyat edən həkim hansı səhvə yol vermişdi?16 yaşına qədər Lənkəranda yaşayıb. Qardaşı Haşım bəy bacısının sənətə sevgisini görüb və qısa zaman kəsiyində gənc Münəvvərin Bakıya getməyinə şərait yaradıb. Münəvvər Kələntərlinin Bakıya gəlişi həyatını tamamilə dəyişib. 1933-cü ildə o, Haşım bəyin təklifi, bəstəkar Müslüm Maqomayevin dəvəti ilə Dövlət Opera və Balet Teatrının xor qrupuna işə götürülüb. Burada bir müddət işlədikdən sonra sənət yolunu Musiqili Komediya Teatrından salıb. Teatrın səhnəsində "O olmasın, bu olsun"da Sənəm, "Arşın mal alan"da Cahan xala, həmçinin bir sıra tamaşalarda məzmunlu, özünəməxsus obrazlar yaradıb. Azərbaycan qadınının tipik cəhətlərini, mülayim, zəhmətkeş, yeri gələndə sərt, bəzənsə qayğıkeş xüsusiyyətlərini dolğun, real çalarlarla tamaşaçıya çatdıran peşəkar aktrisa olub Münəvvər xanım.

Ən azı teatrda olduğu kimi kinoda da öz bacarıq və istedadını göstərə, öz adını kino tariximizə həkk edə bilib aktrisa. Münəvvər Kələntərlinin kinodakı ilk rolu "Arşın mal alan" kinokomediyasındakı Cahan xala obrazı olub. Bacarıqlı aktrisa bu rolu 32 yaşında canlandırb. Film ekranlara çıxdıqdan sonra dünyanın 150-dən artıq ölkəsində nümayiş etdirilib. Bu böyük uğurun əldə edilməsində yaradıcı heyətlə bərabər Münəvvər Kələntərlinin zəhməti, əziyyəti danılmazdır.
Səhnəmizin xanım-xatın Minası: Onu əməliyyat edən həkim hansı səhvə yol vermişdi?Hər zaman nikbin, üzügülər, həyat eşqi dolu olan aktrisanın daxili plastikası, istedad və bacarığı onun daha çox kinokomediyalarda rol almasına şərait yaradıb. "Bəxtiyar" kinokomediyasında Gülzar xala obrazı bunun bariz nümunəsidir.

Vallah, heç başa düşə bilmirəm ki , niyə bizim klubumuz camaatın xoşuna gəlmir.

Biz neynəyə bilərik, Ağabala?

"O olmasın, bu olsun"da yengə, "Kazbek qutusu"nda Məmişovun arvadı, "Əmək və qızılgül" filmində yaratdığı Sonu obrazlarını təkcə aktrisanın deyil, bütövlükdə kino sənətimizin uğurudur. "Görüş" kinokomediyasında Münəvvər, "Qızmar günəş altında" filmində Gülbahar, "Onun böyük ürəyi" kinodramında Səmayənin iş yoldaşı obrazları aktrisanın fərqli xarakterə, düşüncəyə malik personajlardır.

Münəvvər Kələntərli kinostudiyada ən rahat aktrisalardan sayılıb. Həmişə bir dubla çəkilib. Ona görə də Adil İsgəndərov deyərmiş ki, "Mina, bu camaat (çəkildiyi filmlərin rejissorlarını, rejissor assistentlərini, operatorları nəzərdə tuturdu) ən çox səninlə istirahət edir".
Səhnəmizin xanım-xatın Minası: Onu əməliyyat edən həkim hansı səhvə yol vermişdi?Sənətdə bəxti gətirən, sevilən, hər zaman məhəbbətlə qarşılanan Münəvvərin şəxsi həyatında taleyi bir o qədər də ürəkaçan olmayıb. 25 yaşında Ənvər adlı ləzgi ilə ailə qurub. Bu evlilikdən bir qız övladı dünyaya gəlib. Təəssüf ki, bu izdivacın ömrü çox uzun olmayıb. Həyat yoldaşı Bakıda deyil, məhz Qusarda yaşamağa üstünlük verib. Münəvvər Kələntərli isə "Mən sənətimi atıb, heç hara gedə bilmərəm" deyib. Bu səbəbdən də onların yolları ayrılıb. Münəvvər qızı Validə ilə Bakıda qalaraq sənətini davam etdirib. Münəvvər Kələntərli ailəsini sənətinə qurban verdiyi üçün heç zaman peşman olmayıb. Çünki o, sənətini dəlicəsinə sevib. Onun üçün heç vaxt rolun böyük və ya kiçiyi olmayıb.

Münəvvər Kələntərli nə qədər şən, nikbin, xoşbəxt görünsə də, səhhətindəki problemlər onu rahat buraxmayıb. Bir neçə xəstəlikdən əziyyət çəkən aktrisa bir neçə dəfə əməliyyat keçirib.
Səhnəmizin xanım-xatın Minası: Onu əməliyyat edən həkim hansı səhvə yol vermişdi?Aktrisanın bacısı qızı müsahibələrinin birində belə deyib:

"Minanın kor bağısağı ağrıyırdı. Çəkiliş olmalı idi. Həmin vaxt ağrısının tutacağından çəkinib əməliyyata girdi. Təəssüf ki, əməliyyatdan 2 gün sonra dünyasını dəyişdi. O zaman Mina deputatlığa namizədliyini irəli sürmüşdü. Nəticənin qəzetdə çıxmasını gözləyirdi. Namizədlikdən keçmişdi, amma biz qəzeti gətirəndə əməliyyata görə artıq başı yaxşı işləmirdi, hallüsinasiyalar görürdü. Əməliyyatından sonra Münəvvər Kələntərli cəmi 2 gün yaşayır, onu da huşsuz vəziyyətdə. Aktrisanı əməliyyat edən həkim böyük səhvə yol verib, əməliyyat düzgün aparılmayıb. Korbağırsaq kəsiləndən sonra düzgün tikilməyib, eyni zamanda digər sağlam böyrək də zədələnib".

5 fevral 1963-cü il... O gün hamı 30 illik yaradıcılığı boyu hər kəsi ürəkdən güldürən və 51 yaşında həyata əbədilik vida edən böyük sənətkarın Musiqili Komediya Teatrı səhnəsindəki tabutuna baxıb, hönkür-hönkür ağlayırmış...

51 yaşında dünyasını dəyişən aktrisa özünü hər zaman xoşbəxt sənətkar hesab edib. Ona bu hissi yaşadan isə xalqın sevgisi olub. Teatr, kino sənəti Münəvvər Kələntərliyə həmişə vəfalıdır. Onu həyatda görməyənlər lentlərin yaddaşından tanıyır, tanıdıqca da xanım-xatınlığına, səmimiyyətinə, istedadına, özünəməxsus danışıq tərzinə bu gün də valeh olur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1665   Tarix: 05 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

Argentina hərbi gəmisində "yoxa çıxan" qadın dənizçi görüntüləri gündəm oldu - VİDEO

Argentinaya məxsus ARA Libertad təlim gəmisində çəkilən görüntülər sosial mediada marağa səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, gəmidə müsahibə zamanı kameranın qarşısından keçən qadın dənizçinin bir neçə saniyə sonra görüntüdə görünməməsi izləyənlərin diqqətini çəkib. Argentina Hərbi Dəni

21 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr