Allahşükür Paşazadəyə, Alim Qasımova papaq tikib - Ona ən çox pulu kim ödəyib?

Allahşükür Paşazadəyə, Alim Qasımova papaq tikib - Ona ən çox pulu kim ödəyib?"Bugünkü gündə papağa, papaqçılığa tələbat, həvəs azdır. Bir neçə il əvvəl ayda 50 papaq tikirdimsə, indi 25 papaq tikirəm. Hazırda 3 şagirdim var, oğlum da papaqçıdır. Amma iş yaxşı olanda 6-7 şagirdim olurdu. Belə başa düşürəm ki, papağa marağım azalması həm də insanların maddi vəziyyətinin aşağı olması ilə bağlıdır. Çox insan köhnə papağını yamatdırmağa gətirir. Yenisini almaq istəyənlər azdır. Mənim elə müştərilərim var idi ki, yaxşı, bahalı papaqlar alırdılar. Son vaxtlar gəlib deyirlər ki, "Sədi usta, münasib qiymətə olanını ver". Həm də bu gün başına papaq qoyanlar azalıb. Çox insan müasir papaqlardan istifadə edir. Papaq bizim qədim baş örtüyümüzdür, bunu unutmaq olmaz".

Bunu Moderator.az-a açıqlamasında 30 ildən çoxdur ki, papaqçı işləyən Sədi Xalayev deyib.

"Papaq tikmək üçün müxtəlif növ dərilərdən istifadə edirik. Bu dərilər "qaragül" adlanır. Birinci növ "əntik-gümüşü", ikinci növ "qəhveyi-sur", 3-cü "boz-gümüşü", 4-cü növ isə qara rəngli dəridir. Ən münasib qiymətə olan dəri də qara rənglidir. Qara rəngli papaqların qiyməti 60-100 manat arası dəyişir. Qəhvəyi, boz-gümüş rəngli papaqların qiyməti 150-200 manat arasıdır. "Əntik-gümüşü" rəngli papaqların qiyməti isə 350-400 manat arasıdır. Papaqların materialı da bahalaşıb. Bəlkə də alıcılıq qabiliyyətinin aşağı düşməsi də qiymətin baha olmasındadır. Bəzən elə olur ki, papaq bir dəridən yox, iki rəng dəridən tikilir. Belə olan halda papağın qiyməti də yüksək olur" - deyə papaqçı qeyd edib.

Papaqçı bildirib ki, bir çox tanınmış, ictimai-siyasi xadimlər üçün papaq tikdirib.

"2 həftə öncə millət vəkili Adil Əliyev üçün papaq tikmişəm. Çox xoşuna gəldi, papaq da ona yaraşdı. Dərini də özü seçmişdi. Bir il əvvəl xalq artisti Alim Qasımova, aşıq Əhlimana papaq tikmişəm. Müdafiə Nazirliyinin ali zabitlərinə, yüksək rütbəli şəxslərinə də papaq tikirəm. Ən çox pul ödəyən aşıq Əhliman olub. Çünki o hündür papaq qoyur, bu da iki dəridən ərsəyə gəlir. 2016-cı ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə üçün də papaq tikmişəm. İdarənin işçiləri mənə zəng vurub dedilər ki, şeyxülislama 59 ölçüdə papaq lazımdır. Mən də həmin ölçüdə gözəl dəridən bir papaq tikdim. Sonradan öyrəndim, dedilər ki, şeyximiz həmin papağı çox bəyənib" deyə papaqçı Sədi Xalayev deyib.

Sədi Xalayev qeyd edib ki, papaqlarının satışının təşkil olunmasına ehtiyac var.

"ABAD-la işləyirəm, onlar mənim papaqlarımın satışını təmin edirlər. Amma son vaxtlar onlarda da satış azalıb. 4 ay bundan əvvəl 10 ədəd papaq vermişəm, hələ də satılmayıb. Ondan əvvəlkilər də heç satılmayıb. İş çox zəifləyib. Sərgilər olsaydı işlərim yolunda gedərdi, vəziyyətim yaxşılaşardı. Ümid edirəm ki, bu sahədəki böhranlı vəziyyət tezliklə aradan qalxacaq və xalqımız milli dəyəri, qeyrət rəmzi olan buxara papaqlardan daha çox istifadə edəcək" deyə papaqçı bildirib.

Allahşükür Paşazadəyə, Alim Qasımova papaq tikib - Ona ən çox pulu kim ödəyib?Allahşükür Paşazadəyə, Alim Qasımova papaq tikib - Ona ən çox pulu kim ödəyib?Allahşükür Paşazadəyə, Alim Qasımova papaq tikib - Ona ən çox pulu kim ödəyib?Allahşükür Paşazadəyə, Alim Qasımova papaq tikib - Ona ən çox pulu kim ödəyib?Allahşükür Paşazadəyə, Alim Qasımova papaq tikib - Ona ən çox pulu kim ödəyib?


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1819   Tarix: 06 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

Argentina hərbi gəmisində "yoxa çıxan" qadın dənizçi görüntüləri gündəm oldu - VİDEO

Argentinaya məxsus ARA Libertad təlim gəmisində çəkilən görüntülər sosial mediada marağa səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, gəmidə müsahibə zamanı kameranın qarşısından keçən qadın dənizçinin bir neçə saniyə sonra görüntüdə görünməməsi izləyənlərin diqqətini çəkib. Argentina Hərbi Dəni

21 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr