Bu binanın sakinləri əziyyət çəkir! Qısa qapanma, partlayış, alovlanma! - "Azərişıq" hara baxır? - ŞİKAYƏT

Bu binanın sakinləri əziyyət çəkir! Qısa qapanma, partlayış, alovlanma! - "Azərişıq" hara baxır? - ŞİKAYƏTBakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19A binasının sakinləri tərəfindən müraciət daxil olub.

Sonxeber.az xəbər verir ki, 17 mərtəbəli çoxmənzilli yaşayış binasının sakinləri 2 aydan artıqdır ki elektrik təchizatında baş verən davamlı problemlərdən əziyyət çəkir.

"Soyuq qış aylarında mənzillərimizdə soyuğa məhkum və qaranlığa qərq oluruq. Belə ki, binamıza gələn Azərişığın yeraltı elektrik naqillərində müntəzəm olaraq qapanma, alovlanma, partlayışlar baş verir. Nəticədə, 17 mərtəbəli binanın 90-a yaxın ailəsi, 300-ə yaxın sakin uşaqlı, yaşlı günlərlə işıqsız qalır, liftlər çalışmır, su təchizatı, elektrikə bağlı olduğu üçün, dayanır, yaşlı, xəstə ailə üzvlərimiz günlərlə evlərinə qalxıb düşə bilmir ya da mənzillərində mahsur (qapalı) qalırlar. Mənzillərimizdə elektrikə yarı bağlı kombi sistemi çalışmır, ən kəskin şaxtalı qış günlərində istilikdən məhrum evlərimizdə soyuqdan carəsiz vəziyyətdə qalmışıq. Həmçinin, elektrik enerjisi təchizatında tez-tez baş verən kəsilmələr nəticəsində dəfələrlə bina sakinləri liftlərdə mərtəbələr arasında bir neçə saat təhlükəli və qapalı vəziyyətdə köməksiz qalıblar. Bütün ödəmələri vaxtında aparan nizamlı, binamızın qanunsevər sakinləri elektrik təchizatının tez-tez kəsildiyi belə bir şəraitsiz vəziyyətdə rahat yaşamaq hüququndan məhrumdular.

Sakinlər bildirib ki, ötən ilin sonu, 2023-cü il dekabr ayında bina sakinlərinin topladığı vəsait hesabına partlayış baş vermiş, yanmış yeraltı naqillər Azərişıq əməkdaşları tərəfindən sakinlərin vəsaiti hesabına dəyişdirilib:

"Bir ay yarım keçməmiş sakinlər eyni problemlə üzləşdilər – yenidən qapanma, partlayış, alovlanma və nəticədə yeraltı naqillər təmir və dəyişdirmədən sonra son 2 ayda 2-ci dəfə sıradan çıxdı, bu soyuq aylarda yenidən soyuq, susuz mənzillərimizdə qaranlığa qərq olduq. Buradan Azərişıq ASC-yə müraciət edib, elektrik naqillərinin belə tezliklə sıradan çıxması səbəblərini tez bir zamanda araşdırmalarını və binamıza gələn yararsız vəziyyətə düşmüş yeraltı elektrik naqillərinin qısa müddətdə dəyişdirmələrini və elektrik təchizatının fasiləsiz bərpasını xahiş edirik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1266   Tarix: 06 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr