Bakıda daha bir "sirli ünvan" - Bu dəfə Səhiyyə Nazirliyinin tenderində…
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi "Fıdah 2023 Qrup" MMC (VÖEN – 2007852961) olub.
"Fıdah 2023 Qrup" MMC Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə ümumi dəyəri 29 min 595 manat olan yumuşaq inventer (başmaq, əl-üz dəsmalı, hamam dəsmalı, xalat və s.) satacaq.
Məlumat üçün bildirək ki, "Fıdah 2023 Qrup" MMC 13 fevral 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 1 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov, ev 22, m. 14-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Qılman Hafiz oğludur.
Qeyd edək ki, şirkət 1 il əvvəl yaranmasına baxmayaraq son 4 ayda 6 tender müsabiqəsində qalib olub. Barəsində açıq internet resurslarda heç bir məlumat olmayan "Fıdah 2023 Qrup" MMC ötən ilin oktyabr ayında Mingəçevir Şəhər Dezinfeksiya Stansiyasına dərman ləvazimatları, Mərkəzi Seçki Komissiyasına isə avtomobil ehtiyat hissələri satıb.
Şirkətlə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, "Fıdah 2023 Qrup" MMC-nin qeydiyyatda olduğu hüquqi ünvanda - Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov, ev 22, m. 14-də başqa şirkətlər də qeydiyyatdan keçib və bu şirkətlərin də adına ancaq tender müsabiqələrində rast gəlmək olur.
Məsələn, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov, ev 22, m. 14 ünvanında qeydiyyatda olan "Ersen NN" MMC (VÖEN- 2007787551) də çoxsaylı tenderlərdə qalib olub. "Ersen NN" MMC 5 yanvar 2023-cü il tarixində, dövlət qeydiyyatına alındıqdan cəmi 20 gün sonra Dövlət Sərhəd Xidmətinin (DSX) elan etdiyi tender müsabiqəsində qalib olub. 20 gün əvvəl yaranan "Ersen NN" MMC DSX-ya 16 500 kub metr taxta kəpəyi satıb və qarşılığında 46 min 860 manat alıb. Bu şirkət daha sonra da bir neçə tender müsabiqəsinin qalibi olub.
Bundan başqa Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov, ev 22, m. 14-də qeydiyyatda olan başqa bir şirkət – "Sapfiron Trade" MMC də (VÖEN – 2007787421) təsis olunduqdan qısa müddət sonra çoxsaylı tender müsabiqələrində qalib olub.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 23.4-cü maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddədə açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin, həmçinin texniki imkanlarının və maddi-texniki bazasının olması lazımdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1236 Tarix: 06 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
30 sentyabrHəmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabrKürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
1 oktyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabr