Füzuli şəhərində prezident seçkiləri üzrə səsvermə başlayıb

Füzuli şəhərində prezident seçkiləri üzrə səsvermə başlayıbİşğaldan azad olunan Füzuli şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb.

"Report"un Qarabağ bürosunun şəhərə ezam olunan əməkdaşının xəbərinə görə, Füzulinin işğaldan azad edilən ərazilərində 84 saylı Füzuli seçki dairəsinin 3 yeni məntəqəsi yaradılıb.

Məntəqələrdə ümumilikdə 3619 seçici qeydiyyata alınıb.

Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 saylı orta məktəbdə yaradılan 75 saylı məntəqədə 1351, "Azərişıq" ASC-nin Füzuli şəhərində yerləşən binasında yaradılan 76 saylı məntəqədə 976, Füzuli şəhəri bina 7a qeyri-yaşayış sahəsində yaradılan 77 saylı məntəqədə 1292 seçici var.

Füzuli şəhərində yaradılan məntəqələr bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.

Yerli müşahidəçilər səsvermə prosesini izləyirlər.

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 290   Tarix: 07 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistanda atışma - 6 nəfər yaralanıb

Ermənistanda 6 nəfərin yaralanması ilə nəticələnən atışma baş verib. xarici mediaya istinadən xəbər verir ki, atışma İrəvanın Açapnyak rayonunda baş verdiyi qeyd edilir. Sosial şəbəkələrdə bir qrup insanın bir-birinə atəş açdığını əks etdirən video yayılıb. İlkin məlumatlara görə, atışma zamanı ən az

18 fevral
.

Makron NATO-nu "spinal qurbağa" ilə müqayisə edib

Fransa Prezidenti Emmanuel Makron NATO-nu "spinal qurbağa" ilə müqayisə edib. "L'Express" nəşrinə istinadən xəbər verir ki, Makaron ABŞ lideri Donald Trampın siyasətində baş verə biləcək mümkün dəyişikliklər fonunda alyansın vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. Fransa prezident

18 fevral
.

Bu rayonun 4 kəndi işıqsız qalacaq

Fevralın 19-da Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq "Bambaşı" yarımstansiyasından çıxan 10 kV-luq 8 saylı hava xəttində təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-də

19 fevral
.

"Üzərlikdən istifadə məhdudlaşdırıla bilər" - Nazirlik

Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin (xalq arasında "üzərlik", "qarmala" kimi tanınır) istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. xəbər veri

19 fevral
.

Ramazan ayı başladı

Bu gündən Ramazan ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ilə yaydığı fətvada bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf etdiyi qeyd olunub. Fətvada bildirilib ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsində

19 fevral
.

"Mobil telefonda bu məlumatları saxlamaq ciddi təhlükə yaradır" - AÇIQLAMA

Rəqəmsal texnologiyaların gündəlik həyatımızda rolu artdıqca mobil telefonlarda saxladığımız şəxsi məlumatların həcmi də genişlənir. Bu səbəbdən də telefonlarda hansı məlumatların saxlanılmasının təhlükə yaratdığı məsələsi də аktuallıq qazanır. Bəs, konkret olaraq mobil telefonlarda hansı növ məlumatları

19 fevral
.

Restoranda yeyib-içdi, pul ödəmədi - Məhkəmə qərarı verdi

Qəbələdə restoranda yemək sifariş edib yedikdən sonra hesabını ödəməyən şəxs həbs edilib. Qaynarinfo-nun məlumatına görə, hadisə "Künəfə" restoranda baş verib. 1989-cu il sentyabrın 1-də Mingəçevir şəhərində doğulmuş C.H. həmin restoranda ictimai qaydanı və vətəndaşların sükunətini pozan, laki

19 fevral
.

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: "Onu sevirəm..."

Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən tanınmış klinikaların birində xanım həkimin qapısını zorla açan şəxs həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 1986-cı ildə Bakı şəhərində anadan olmuş V.M. barəsində İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 535.1 və 510-cu maddələri protokol tərti

18 fevral
.

ADSEA suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etdi (RƏSMİ)

"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixində imzaladığı Sərəncamda su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməs

18 fevral